Körpənizi havaya atıbtutanda 2 dəfə düşünün:


Digərləri 11 May 2025 16:05:00 90 0

Körpənizi havaya atıbtutanda 2 dəfə düşünün:

Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanması və göz daxili qanama kimi ciddi sağlamlıq riskləri yarada bilər.

Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Ferunda Demir xüsusilə 1 yaşdan kiçik körpələrə qarşı edilən bəzi yanlış hərəkətlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. 

O, bildirib:

"Sevgi göstərərkən geri dönüşü olmayan nəticələrə səbəb ola bilərik."

O, körpələri yelləməyin və havaya atıb tutmağın təhlükələrinə xüsusi diqqət çəkib.

"Yelləmək - doğru bilinən yanlışlardan biridir"

Cəmiyyətdə körpələri ağlamaqdan sakitləşdirmək və ya güldürmək üçün edilən yelləmə, tullanma və havaya atıb tutma kimi hərəkətlərin əslində təhlükəli olduğunu bildirən Dr. Demir deyib:

"Körpələrin baş ölçüsü, bədənlərinə nisbətən daha böyükdür. Bu da baş nahiyəsinə gələn sarsıntıların daha ciddi nəticələrə yol açmasına səbəb olur. Başın irəli, geri və ya yana sarsılması beyin damarlarında yırtıqlara, göz daxili qanamalara və hətta beyin qanamasına səbəb ola bilər."

"Zehni və fiziki zədələr baş verə bilər"

Dr. Demir bildirib ki, sarsıntı nəticəsində yalnız beyində deyil, tənəffüsü idarə edən sinirlərdə də zədələnmələr ola bilər:

"Bu cür travmalar qəfil tənəffüs dayanmasına səbəb ola bilər. Sadəcə əylənmək və ya sakitləşdirmək məqsədilə edilən bu hərəkətlər körpələrdə həyati təhlükə yarada bilər."

Dr. Demir qeyd edib ki, bəzən körpələrin havaya atılıb tavana çırpıldığı və ya yerə düşərək travma aldığı hallar da müşahidə olunur:

"Bu cür qəzalar həm baş, həm də bədən travmalarına səbəb olur. Qalıcı zehni və fiziki zədələr yarana bilər."

"Göz təması sağlam bağlanmanı dəstəkləyir"

Dr. Demir körpələri sevməyin ən düzgün yolunun yumşaq və sakit bir təmas olduğunu vurğulayıb:

"Körpə ilə göz təması qurmaq, onunla danışmaq, mahnı oxumaq, toxunmaq kimi üsullar həm inam yaradır, həm də sağlam bağlanmanı dəstəkləyir. Bunun üçün körpənin bezinin təmiz, qarnının tox və ümumilikdə rahat olması da vacibdir."

Sonda Dr. Demir sarsıntı və ya travma sonrası müşahidə edilə biləcək əlamətləri də sadalayıb:

"Əgər körpə bir nöqtəyə sabit baxırsa, davranışlarında qəribəlik varsa, şiddətli qusma, gözlərdə sürüşmə kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət olunmalıdır. Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər."

Hüseyn Son.az

“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı”  Bakıda DƏHŞƏT like
  • 11 May 15:53  
Kriminal “Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” Bakıda DƏHŞƏT

Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təf

arrow Ətraflı
Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi" like
  • 11 May 15:45  
Digərləri Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gü

arrow Ətraflı
"Mənə çiyin atan qız deyirdilər" like
  • 11 May 15:30  
Şou-biznes "Mənə çiyin atan qız deyirdilər"

Müğənni Nəfəs iddialı açıqlama verib.

arrow Ətraflı
Ərdoğandan Putinin təklifinə REAKSİYA like
  • 11 May 15:23  
Digərləri Ərdoğandan Putinin təklifinə REAKSİYA

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

arrow Ətraflı
Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... like
  • 11 May 15:15  
Digərləri Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb...

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.

arrow Ətraflı
Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır  bu, hamısından üstündür like
  • 11 May 15:00  
Digərləri Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır bu, hamısından üstündür

Sağlam qidalanmanın əsas elementlərindən biri olan çərəzlər həm enerji

arrow Ətraflı
Kaleriya Kislova vəfat etdi like
  • 11 May 14:55  
Digərləri Kaleriya Kislova vəfat etdi

"Vremya" verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı la

arrow Ətraflı
Bu ölkədə güclü zəlzələ oldu like
  • 11 May 14:26  
Dünya Bu ölkədə güclü zəlzələ oldu

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal

arrow Ətraflı
Ay bitmədən gözlənilməz şad xəbərlər alacaq BÜRCLƏR like
  • 11 May 14:14  
Digərləri Ay bitmədən gözlənilməz şad xəbərlər alacaq BÜRCLƏR

May 2025, bürclər üçün şad xəbərlərlə dolu bir ay olacaq. Xüsusilə b

arrow Ətraflı
Xudafərin körpüsündə qazıntı aparan iranlılar aşkarlandı like
  • 11 May 14:13  
Digərləri Xudafərin körpüsündə qazıntı aparan iranlılar aşkarlandı

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sər

arrow Ətraflı
Bu bürclərin cibinə yayda "PUL AXACAQ" like
  • 11 May 14:05  
Digərləri Bu bürclərin cibinə yayda "PUL AXACAQ"

2025-ci ilin yayı üçün astroloji proqnozlara əsasən, bəzi bürclər maliy

arrow Ətraflı
Ürək çatışmazlığının çarəsi TAPILDI like
  • 11 May 13:58  
Digərləri Ürək çatışmazlığının çarəsi TAPILDI

ABŞ alimləri innovativ gen terapiyası vasitəsilə ağır ürək çatışmazl

arrow Ətraflı
Azərbaycanın Venesiya Arxitektura Biennalesində debütü  FOTO like
  • 11 May 13:51  
Digərləri Azərbaycanın Venesiya Arxitektura Biennalesində debütü FOTO

Azərbaycan son illərdəki memarlıq inciləri ilə ilk dəfə Venesiyada Beyn�

arrow Ətraflı
"Bu sözdən sonra öpə bilərsən"  VİDEO like
  • 11 May 13:42  
Şou-biznes "Bu sözdən sonra öpə bilərsən" VİDEO

Xalq artisti Aygün Kazımovanın videosu marağa səbəb olub.

arrow Ətraflı