Alça kimlərə olmaz?
Digərləri 09 May 2025 19:49:00 86 0
Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsizliklə gözlədiyi meyvələrdən biri alçadır. May ayı başlayar-başlamaz bazar və marketlərdə alçaya böyük maraq müşahidə olunur. Küçədə, evdə, ofisdə - insanlar alçanı duza batıraraq yeməyi bir adət halına çeviriblər.
Bu xəbəri də oxu: Lerikdə dərəyə yıxılan qadının vəziyyəti
Bəs bu meyvə kimlərə fayda, kimlərə ziyan gətirir? Son.az xəbər verir ki, "Yeni Sabah" bunu araşdırıb:
Alça - yəni yaşıl gavalı - vitamin və minerallarla olduqca zəngindir. Tərkibində C vitamini, kalium, A və K vitaminləri, dəmir və antioksidantlar yer alır. Bu maddələr immun sistemini gücləndirir, dərini cavanlaşdırır, orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərir. Həzm sisteminə faydalı olan liflərlə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizlik problemini aradan qaldıra bilir. Turş dadı sayəsində iştahanı azaldır və artıq yeməyin qarşısını alır. Aşağı kalorili olması isə onu arıqlamaq istəyənlər üçün uyğun qida edir. Kalium sayəsində ürək-damar sisteminə faydalı təsir göstərir. Eyni zamanda, A vitamini və antioksidantlar dərini və göz sağlamlığını qoruyur.
Alçanı duza batırıb yemək ölkəmizdə geniş yayılmış bir vərdişdir. Bu üsul bəzi hallarda faydalı hesab oluna bilər. Məsələn, isti havalarda orqanizmdə baş verən natrium itkisini az miqdarda duzla kompensasiya etmək mümkündür. Bəzi insanlarda duz mədə turşusunu tənzimləməyə kömək edə bilər. Turşluq və duzun birlikdə verdiyi ləzzət isə doyum hissini artırır. Lakin duzun həddindən artıq istifadəsi ürək, böyrək və qan təzyiqi problemləri olan insanlar üçün risklidir. Buna görə bu vərdişi yalnız sağlam insanlar və az miqdarda yeyənlər davam etdirməlidir.
"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan m�

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol P

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərt�

Miqren sadəcə adi baş ağrısı ilə kifayətlənməyən, bir çox insana g�

Yazın son ayı bir neçə bürc üçün xüsusilə əlamətdar olacaq. Onları

Azərbaycanda bir sıra dərman vasitələrinin icbari tibbi sığortaya daxil e

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətləri

Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş probleml�

Roma Papası XIV Leonun taxta çıxma prosesi mayın 18-də baş tutacaq.

Astroloqlar bildirirlər ki, bəzi bürclər yalnız daxili dəyişikliklər və

Əgər gününüzün çox hissəsini oturaraq keçirirsinizsə, bu adi görünə

Rusiyanın şərqində yerləşən Kamçatka vilayətində eyni vaxtda iki zəlz
