Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür


Digərləri 09 May 2025 10:00:00 71 0

Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür

Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli şəkildə sökülməsi planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata əsasən, hazırda paytaxt üzrə 194 bina və 6 415 mənzili əhatə edən tədbirlərin icrasına start verilib. Bu proses yalnız şəhərin simasının yenilənməsinə deyil, daşınmaz əmlak bazarında mühüm dəyişikliklərə də yol aça bilər. 

Lakin illərdir köhnə və qəzalı binaların sökülməsi ilə bağlı müxtəlif proqram və planlar açıqlansa da, bu prosesin real icrasında ciddi ləngimələr müşahidə olunur. Sakinlərin razılığının alınması, alternativ mənzillə təminat məsələləri, maliyyə vəsaitlərinin ayrılması və texniki prosedurların vaxt aparması kimi səbəblər bu ləngimənin əsas amilləri sırasında yer alır. Bəzi hallarda isə bina sakinləri ilə investorlar arasında razılaşmanın əldə olunmaması layihələrin illərlə uzanmasına gətirib çıxarır.

Bəs növbəti söküntü işləri harada aparılacaq və proses nə zaman başlayacaq?

Globalinfo.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı news24.az-a açıqlamasında bildirib ki, mövcud proqram çərçivəsində artıq qiymətləndirmə işləri aparılıb və müəyyən binalarla bağlı tenderlər elan edilib:

"Proses əslində gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qiymətləndirmə işləri aparıb və hətta tenderlər elan edib. Düzdür, proqramda binaların hamısının yerində tikinti nəzərdə tutulmur. Onların bəziləri sökülür və sakinlərə kompensasiya verilməklə ərazidən köçürülür. Amma elə ərazilər var ki, orada söküntünün aparılması və yeni binaların tikilməsi mütləqdir".

Ekspertin sözlərinə görə, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır:

"Bu proses mərhələli şəkildə davam edəcək və hər birinin yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Bu, təkcə şəhərin görüntüsünü dəyişmək üçün yox, həm də vətəndaşların daha təhlükəsiz və rahat yaşayış şəraiti ilə təmin olunması baxımından vacibdir. Proses Bakı şəhərinin baş planına uyğun şəkildə həyata keçirilir və bu il ərzində sürətləndirilməsi ilə bağlı müvafiq göstərişlər də verilib. Böyük ehtimalla ilin ortalarından sonra daha fəal dinamika müşahidə olunacaq".

Ramil Osmanlı həmçinin qeyd edib ki, bu tip yenidənqurma və söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni layihələr bazara daxil olduqca, həm qiymət dinamikasında, həm də təklif strukturunda dəyişikliklər baş verə bilər.

 
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib  FOTO like
  • 09 May 09:55  
Siyasət Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram

arrow Ətraflı
“Bundan da açıq geyinim?” like
  • 09 May 09:52  
Şou-biznes “Bundan da açıq geyinim?”

Müğənni Xatirə İslam açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər like
  • 09 May 09:40  
Siyasət Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızı

arrow Ətraflı
"HindistanPakistan müharibəsi bizi "maraqlandırmır" like
  • 09 May 09:34  
Dünya "HindistanPakistan müharibəsi bizi "maraqlandırmır"

ABŞ-nin vitse-prezidenti JD Vance Hindistan və Pakistan arasında artan gərgi

arrow Ətraflı
Zelenskinin üzünə nə olub? like
  • 09 May 09:22  
Dünya Zelenskinin üzünə nə olub?

Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni fotosu müzakirələrə səbəb ol

arrow Ətraflı
Günün şanslı bürcü hansılardır? like
  • 09 May 09:15  
Digərləri Günün şanslı bürcü hansılardır?

Bu gün, yəni 8 may 2025 üçün xarici astroloqların dediyinə görə şansl�

arrow Ətraflı
Paşinyan niyə sülh müqaviləsini imzalamır? like
  • 09 May 09:00  
Siyasət Paşinyan niyə sülh müqaviləsini imzalamır?

İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq dörd ildən çox va

arrow Ətraflı
Anqola Prezidenti İlham Əliyevə zəng edib like
  • 09 May 08:57  
Siyasət Anqola Prezidenti İlham Əliyevə zəng edib

Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Respub

arrow Ətraflı
"Heç vecimə də deyilsiniz" like
  • 09 May 08:47  
Şou-biznes "Heç vecimə də deyilsiniz"

Avroviziya təmsilçimiz Samirə Əfəndi qalmaqallı açıqlama verib.

arrow Ətraflı
"Kim qalib gəldi?" yox, "Kim sağ qaldı?" sualına cavab MÜHARİBƏ OLACAQ? like
  • 09 May 07:35  
Siyasət "Kim qalib gəldi?" yox, "Kim sağ qaldı?" sualına cavab MÜHARİBƏ OLACAQ?

Son zamanlar beynəlxalq medianın diqqəti yenidən Hindistanla Pakistan arası

arrow Ətraflı
Bir şagirdin "Son zəng" xərci nə qədərdir?  AÇIQLAMA like
  • 09 May 07:07  
Digərləri Bir şagirdin "Son zəng" xərci nə qədərdir? AÇIQLAMA

Hər il məktəblərdə keçirilən məzun mərasimi şagirdlər üçün həm se

arrow Ətraflı
Yataq otağınızda görünməyən zəhər: Alimlərin şok araşdırması like
  • 09 May 06:35  
Digərləri Yataq otağınızda görünməyən zəhər: Alimlərin şok araşdırması

Tədqiqatçılar müəyyən ediblər ki, yeni tikili mənzillərin sakinləri te

arrow Ətraflı