"Kim qalib gəldi?" yox, "Kim sağ qaldı?" sualına cavab MÜHARİBƏ OLACAQ?


Siyasət 09 May 2025 07:35:00 82 0

"Kim qalib gəldi?" yox, "Kim sağ qaldı?" sualına cavab MÜHARİBƏ OLACAQ?

Son zamanlar beynəlxalq medianın diqqəti yenidən Hindistanla Pakistan arasındakı gərginliyə yönəlib. Tarixən bir-birinə düşmən münasibəti bəsləyən bu iki qonşu ölkənin diplomatik çıxışlarında və hərbi ritorikasında artan sərtlik bölgədə və dünyada narahatlıq doğurur. 

Bəs Hindistan-Pakistan arasında şiddətli müharibə olacaq yoxsa sadəcə səs-küydür? 

Son.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu kimi gərginliklər təkcə regional deyil, qlobal təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji tarazlıq baxımından da ciddi nəticələr doğura bilər:

"Əgər bu iki nüvə ölkəsi birbaşa silahlı qarşıdurmaya girsə, nəticələri təkcə Asiya ilə məhdudlaşmayacaq. Dünyanın ərzaq təminatında ciddi böhran yaşana bilər. Havanın çirklənməsi qlobal iqlimə təsir göstərər, məhsul bolluğu azalar, aclıq və yoxsulluq daha da dərinləşər. Regionun valyutaları dəyər itirər, sərmayələr sürətlə geri çəkilər. Yəni iqtisadi sistem ciddi sarsıntı keçirər. Bununla yanaşı, geosiyasi aspektdən də bu qarşıdurmanın dalğaları Cənubi Qafqazda hiss olunar. Silah balansında dəyişikliklər baş verər, regional layihələr gecikər, diplomatik müzakirələr daha mürəkkəb mərhələyə keçər".

Ekspert qeyd edir ki, bu ssenari gerçəkləşməyəcək. Çünki bu cür müharibə vəziyyəti baş versə, "qalib kim oldu?" deyil, "neçə nəfər sağ qaldı?" sualı əsas sual olacaq. Heç bir beynəlxalq güc bu cür riskli vəziyyətə maraqlı deyil. Ərzaq böhranı, enerji sahəsində dalğalanmalar, maliyyə bazarlarında çöküş və beynəlxalq siyasətdə domino effekti bunların heç biri dünya üçün məqbul deyil: 

"Bu səbəbdən hesab edirəm ki, baş verənlər daha çox səs-küylə aparılan diplomatiyadır. Müasir dövrdə savaşlar birbaşa güllə ilə deyil, iqtisadi və informasiya alətləri ilə aparılır. Kimin gücü silahda çoxdursa, qorxu yaradaraq üstünlük qazanmağa çalışır, kimin təsiri bazarlarda böyükdürsə, o, ayaqda qalır". 

Aysel Əkbər Son.az

Bir şagirdin "Son zəng" xərci nə qədərdir?  AÇIQLAMA like
  • 09 May 07:07  
Digərləri Bir şagirdin "Son zəng" xərci nə qədərdir? AÇIQLAMA

Hər il məktəblərdə keçirilən məzun mərasimi şagirdlər üçün həm se

arrow Ətraflı
Yataq otağınızda görünməyən zəhər: Alimlərin şok araşdırması like
  • 09 May 06:35  
Digərləri Yataq otağınızda görünməyən zəhər: Alimlərin şok araşdırması

Tədqiqatçılar müəyyən ediblər ki, yeni tikili mənzillərin sakinləri te

arrow Ətraflı
Rayon camaatına kredit niyə yüksək faizlə verilir? like
  • 09 May 06:06  
Digərləri Rayon camaatına kredit niyə yüksək faizlə verilir?

Bəzi rayonlarda yaşayanlara kredit daha yüksək faizlə verilir. Mərkəzi Ba

arrow Ətraflı
1 qaşıq yeyənlər 10 il xəstələnmir  Bəhməz deyil like
  • 09 May 05:05  
Digərləri 1 qaşıq yeyənlər 10 il xəstələnmir Bəhməz deyil

Tarix boyu sağlamlığın simvolu sayılan bəhməz bu gün özünə güclü b

arrow Ətraflı
Trampın qızı görünüşü ilə göz qamaşdırdı  FOTO like
  • 09 May 04:04  
Digərləri Trampın qızı görünüşü ilə göz qamaşdırdı FOTO

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp partiyə qatılıb.

arrow Ətraflı
Bu bürclər "ay"ı "çay" başa düşür like
  • 09 May 03:03  
Digərləri Bu bürclər "ay"ı "çay" başa düşür

Bəzi bürclər deyilənləri deyil, hiss etdiklərini əsas götürür və bu d

arrow Ətraflı
Cahit Bağcı yüksək vəzifəyə təyinat aldı like
  • 09 May 01:13  
Digərləri Cahit Bağcı yüksək vəzifəyə təyinat aldı

Türkiyənin Azərbaycandakı sabiq səfiri Cahit Bağcı yüksək vəzifəyə t

arrow Ətraflı
Papa ilk dəfə çıxış edib like
  • 09 May 01:09  
Dünya Papa ilk dəfə çıxış edib

Yeni seçilmiş Roma Papası XIV Lev ilk çıxışını edib.

arrow Ətraflı
Ruhiyyə Hacıyevaya yüksək vəzifə verildi like
  • 09 May 01:03  
Digərləri Ruhiyyə Hacıyevaya yüksək vəzifə verildi

Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov özünə yeni

arrow Ətraflı
Çimərlikdən hissələrə ayrılmış qadın meyiti tapıldı  FOTO like
  • 09 May 01:01  
Dünya Çimərlikdən hissələrə ayrılmış qadın meyiti tapıldı FOTO

Çimərlikdən hissələrə ayrılmış qadın meyiti tapılıb.

arrow Ətraflı
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər  like
  • 09 May 00:47  
Digərləri Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər

arrow Ətraflı
“İnşallah qızım böyüyəndə məni bağışlayar” like
  • 09 May 00:35  
Şou-biznes “İnşallah qızım böyüyəndə məni bağışlayar”

Müğənni Aysun İsmayılova Moskvadan Bakıya qayıda bilməyib.

arrow Ətraflı
Xalq artisti illər sonra like
  • 09 May 00:25  
Şou-biznes Xalq artisti illər sonra

Əməkdar artist Rəşad İlyasov 83 yaşlı Xalq artisti, məşhur diktor Roza

arrow Ətraflı
Gecə yatmadan əvvəl telefonda bu funksiyanı düzəldin  Daha yaxşı yatacaqsınız like
  • 09 May 00:21  
Digərləri Gecə yatmadan əvvəl telefonda bu funksiyanı düzəldin Daha yaxşı yatacaqsınız

"Biohacking atası" kimi tanınan Dave Asprey gecə saatlarında daha

arrow Ətraflı
Faciəvi şəkildə ölən məşhur müğənninin sərvəti açıqlandı like
  • 09 May 00:13  
Şou-biznes Faciəvi şəkildə ölən məşhur müğənninin sərvəti açıqlandı

31 yaşında faciəvi şəkildə ölən "One Direction" qrupunun keçm

arrow Ətraflı