Bank kartları necə talanır? Ciddi XƏBƏRDARLIQ
Digərləri 07 May 2025 14:13:00 88 0
Azərbaycanda son dövrlərdə bank kartlarından kütləvi şəkildə vəsaitlərin oğurlanması və vətəndaşların adından qanunsuz onlayn kreditlərin götürülməsi halları artmaqdadır. Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında paylaşım edib.
Bu xəbəri də oxu: Bu ərazilərdə qaz olmayacaq
Son.az-ın məlumatına görə, Osman Gündüz bildirib ki, bu sahədə artan vətəndaş müraciətləri bank sektorunda problemlərin düşündüyümüzdən də ciddi olduğunu ortaya qoyur:
"Son günlər bank kartlarından edilən kütləvi oğurluqlar və bankların məsuliyyəti ilə bağlı paylaşımımızdan sonra bizə çoxsaylı müraciətlər daxil olub. İnsanlar onların xəbəri olmadan adlarına kredit götürüldüyünü bildirirlər və araşdırmalar nəticəsində vəziyyətin həqiqətən də kritik olduğu görünür".
Ekspertin sözlərinə görə, hazırda ölkədə demək olar ki, bütün banklar onlayn kredit xidmətləri təqdim edir. Bu xidmətlər geniş yayılsa da, ciddi riskləri də özü ilə gətirir. Kiberfırıldaqçılar vətəndaşların adından saxta üsullarla kredit götürə bilirlər və vətəndaşlar bu əməliyyatlardan yalnız günlər sonra xəbər tutur. Banklar isə məsuliyyəti üzərlərinə götürmək əvəzinə, "siz təsdiqləmisiniz" cavabı ilə kifayətlənirlər.
Osman Gündüz qeyd edib ki, bankların onlayn kredit prosesində identifikasiya sistemləri zəifdir:
"Qısa araşdırma ilə məlum oldu ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemindən istifadə edir. Digər banklar isə adi üsullarla və ya ən yaxşı halda videozəng vasitəsilə identifikasiya aparırlar. Hətta bəzi böyük banklar öz daxili biometrik sistemlərini yaradıblar, lakin qanunvericiliyə uyğun lisenziyaları yoxdur".
Ekspert həmçinin Mərkəzi Bankın bu məsələyə qarşı ciddi tədbirlər görmədiyini də vurğulayıb. Onun fikrincə, artıq videozənglə identifikasiya sistemi öz aktuallığını itirib, dünya praktikasında isə üstünlük biometrik identifikasiya üsullarına verilir.
"Azərbaycanda da qanunvericilik təkmilləşdirilməli və onlayn kredit üçün yalnız biometrik identifikasiya məcburi olmalıdır. Yalnız lisenziyalı biometrik imzalama vasitələrinə icazə verilməlidir".
Bundan başqa, rəqəmsal savadlılığı zəif olan və bir neçə bank kartı olan vətəndaşlar da risk altındadır. Osman Gündüz bu kateqoriyadan olan şəxslərə bank tətbiqlərində müəyyən təhlükəsizlik imkanlarının - məsələn, onlayn kreditə tam məhdudiyyət qoyma seçimlərinin verilməsini təklif edir.
Sonda o, bankların məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb:
"Mərkəzi Bank bu sahədə banklara qarşı yeni yanaşma ortaya qoymalıdır. Banklar vətəndaşlara "özünüz təsdiqləmisiniz" deyib məsuliyyətdən yayınmamalıdır. Əgər məsuliyyət artırılmasa, bu problemin həlli çox çətin olacaq".
Kənan Son.az
Son dövrlər pensiya kapitalından istifadə məsələsi cəmiyyətin diqqət m

Son illər video oyun dünyasında ən çox gözlənilən layihələrdən biri o

Şair və qiraətçi Nazilə Səfərli sevincini izləyiciləri ilə bölüşüb

Abşeron rayon Məhkəməsində 11 yaşlı qıza qarşı seksual hərəkətlər

Bir zamanların məşhur türkiyəli müğənnisi Nezin yeni görüntüləri yay

Mayın 3-də Oğuz rayonunda "Toyota" markalı avtomobilin ağaca çı

KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirak imkanlarının

Tanınmış müğənni Vəfa Şərifova toylarda çıxış üçün aldığı qon

Yayın gəlməsinə hələ zaman olsa da, ağcaqanadlar indidən çıxıb. Belə

44 günlük İkinci Qarabağ Müharibəsində total məğlubiyyətdən sonra Nik

Balıda ana və övladını maşın vurub.

Türkiyənin tanınmış aktrisası Nəsrin Cavadzadə Pamir Pekin ilə yaşad�

2025-ci ilin may ayının əvvəlində bəzi bürcləri həyatlarında mühüm d

Pakistan Ordusunun Kəşmirdə nəzarət xətti boyunca həyata keçirdiyi dəqi
