Paşinyan aciziklə ümidsizlik arasında


Siyasət 07 May 2025 12:27:00 70 0

Paşinyan aciziklə ümidsizlik arasında

44 günlük İkinci Qarabağ Müharibəsində total məğlubiyyətdən sonra Nikol Paşinyanın ikinci dəfə hakimiyyətə qayıdışından demək olar ki, dörd il keçir. Bununla belə, Ermənistanın baş nazirinə qarşı kəsilməyən tənqidlərə və cəmiyyətin əhəmiyyətli hissəsinin dərin məyusluğuna baxmayaraq, erməni müxalifəti əsas məqsədinə - onun istefasına yaxınlaşa bilməyib.

Hazırda təzyiq göstərmək üçün üç əsas ssenari müzakirə olunur: növbədənkənar seçkilər, küçə etirazları və parlamentdə etimadsızlıq (impiçment) səsverməsi.

Fəqət bu vasitələrin heç biri nəzərəçarpacaq nəticə verməyib.

Müxalifət parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini israrla tələb edir. Bu strategiya seçicilərin Paşinyandan elə dərəcədə narazı olduğu fərziyyəsinə əsaslanır ki, onlar istənilən alternativə səs verməyə hazırdırlar. Amma praktika göstərir ki, sosioloji mənzərə nikbinliyə əsas vermir.

Siyasi uğursuzluqlara baxmayaraq, Paşinyan xüsusilə əyalətlərdə öz elektorat bazasında sabit dəstəyini qoruyub saxlayır. Bu isə onun siyasətinə inamdan yox, daha çox məntiqli alternativin olmamasından qaynaqlanır.

Habelə, Ermənistan Konstitusiyasına əsasən parlamentin buraxılması üçün baş nazirin istefa verməsi və parlamentin iki dəfə yeni hökumət rəhbərini seçə bilməməsi tələb olunur.

Nikol Paşinyan isə nə siyasi, nə də rasional baxımdan buna getməyəcək. Deməli, iqtidardakı "Vətəndaş müqaviləsi" partiyası ilə konsensussuz növbədənkənar seçkilər mümkün deyil.

Küçə səviyyəsində səfərbərlik cəhdləri dəfələrlə olub. 2022-ci ilin yazında İrəvanda keşiş Vazgen Qalstanyanın nominal "lider" olduğu "Müqavimət" hərəkatının "Hayastan" və "Şərəfim var" partiyalarının iştirakı ilə genişmiqyaslı aksiyaları keçirilmişdi. Amma bu etirazlar tezliklə zəiflədi. Bunun bir neçə səbəbi var: "Paşinyan getməlidir!" kimi abstrakt çağırışlardan başqa aydın gündəmin olmaması, liderliyin parçalanması və cəmiyyətə gələcəyə dair konkret strategiya təklif edə bilməmək. Əvvəllər "məxməri inqilab"ın hərəkətverici qüvvəsi olan gənclik indi müxalifətin təşəbbüslərinə kütləvi şəkildə biganə yanaşır.

Köhnə elitanın, o cümlədən sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın fiqurları isə etirazçılarda heç bir entuziazm yaratmır. Üstəlik, Paşinyan "keçmişə qayıtmayacağıq" şüarından məharətlə istifadə edərək müxalifəti revanşistlər ittifaqı kimi təqdim edir.

Müxalifətin parlamentdə iki fraksiyası, yaxud bloku var - "Hayastan" və "Şərəfim var". Yəni ümumilikdə 35 mandat. Etimadsızlıq (impiçment) səsverməsi üçün isə 107 yerlik parlamentdə 54 səs lazımdır. Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının isə 71 mandatı var. Hətta bütün müxalifət və neytral deputatlar birləşsə belə, kritik say əldə edilə bilməz.

Vaxtaşırı hakim partiyada "bölünmə" barədə şayiələr yayılır, xüsusən də Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qeyri-populyar qərarlardan sonra. Amma indiyə qədər bu söz-söhbətlər real addımlarla təsdiqlənməyib. Paşinyanın fraksiyasında daxili intizam güclü olaraq qalır, bu da əsasən şəxsi sədaqət və namizəd siyahılarına nəzarət mexanizmləri ilə təmin olunur.

Sabiq prezident Robert Köçəryan Ermənistanda revanşistlərin, irqçilərin, neonasistlərin, radikal müxalifətin simvolu olaraq qalır. Onun mediada aktivliyi davam edir, amma siyasi kapitalı çox məhduddur.

Korrupsiya işləri və 2008-ci il 1 mart hadisələrində zorakılıq da daxil olmaqla onun çoxsaylı mənfi irsi var.

Prezident Aparatının keçmiş rəhbəri Edqar Kazaryanla ittifaqı isə daha çox köhnə inzibati resursların səfərbərlik cəhdi kimi görünür, nəinki real güclənmə.

Digər sabiq prezident Serj Sarqsyan demək olar ki, kölgəyə çəkilib, nadir bəyanatlarla kifayətlənir və siyasi ölü rolunu oynayır.

Onun fiquru sistemli korrupsiya ilə assosiasiya olunur və tərəfdarları belə etiraf edir ki, o, elektorat baxımından artıq yükdür.

"Milli hökumət" konsepsiyasını irəli sürən Edqar Kazaryan isə marginallaşmış fiqurdur. Onun gündəliyi həddindən artıq hüquqi, akademik xarakter daşıyır və geniş kütlələrdə əks-səda doğurmur.

Paşinyanın açıq tənqidçisi, sabiq deputat Ovik Aqazaryan isə gənclər təşəbbüsləri və aşağıdan yuxarı təşkilatlanmalar üzərində fokuslanaraq özünəməxsus niş yaratmağa çalışır.

Amma hələlik daha iri oyunçuların kölgəsindən çıxa bilmir.

Ermənistan müxalifətinə gələndə, Kremlin təsiri ilk baxışdan göründüyü qədər böyük deyil. Paşinyanla çətin münasibətlərə baxmayaraq, Moskva status-kvonu saxlamağa üstünlük verir. Səbəb sadədir: Nikol Paşinyan idarəolunan, proqnozlaşdırılandır və geosiyasi "qırmızı xətləri" keçmir.

Üstəlik, Qarabağdan qaçış və Rusiyanın regiondakı hərbi iştirakının faktiki ləğvindən sonra Kreml Ermənistanın daxili işlərindən açıq şəkildə uzaqlaşır. Ukraynadakı müharibə və Azərbaycanla, Türkiyə ilə münasibətlərin prioritetləşməsi fonunda erməni müxalifəti Moskva üçün dəyərli alət olmaqdan çıxıb.

Nə Köçəryan, nə Sarqsyan indiki Kremlin elitası tərəfindən rəğbətlə qarşılanmır. 1990-cı illərdən fərqli olaraq bu gün Ermənistan Kreml üçün prioritet deyil, başağrısıdır.

Azərbaycan heç bir halda Ermənistanın daxili işlərinə qarışmır. Lakin de-fakto Bakı üçün mövcud vəziyyət əlverişlidir: Paşinyan, populist ritorikasına baxmayaraq, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin icrası və Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına inteqrasiyası istiqamətində ardıcıl addımlar atır.

Müxalifət isə Azərbaycanın ərazi bütövlüyünün legitimliyini açıq şəkildə inkar edir və revanşist əhval-ruhiyyəni qızışdırır. Bu baxımdan, onun hakimiyyətə gəlməsi danışıqlar prosesini dondura və regionu yenidən qeyri-sabitliyə sürükləyə bilər. Deməli, hətta sırf praqmatik baxımdan belə, Bakı üçün proqnozlaşdırıla bilənlik xaosa nisbətən daha üstündür.

Avropa İttifaqı və ABŞ İrəvana diplomatik və maliyyə dəstəyi göstərməyə davam edirlər. Lakin bu dəstək institusional xarakter daşıyır və siyasi müxalifəti əhatə etmir. Üstəlik, Vaşinqton və Brüssel Paşinyanı Cənubi Qafqazda Qərbyönlü kursun daşıyıcısı kimi görürlər.

Müxalifətin Avropaya müraciət cəhdləri - xüsusilə də "avtoritarizm təhlükəsi" kontekstində - inandırıcı görünmür.

Qərb hakimiyyət dəyişikliyində maraqlı deyil, xüsusən bu dəyişiklik Rusiyapərəst qüvvələrin qayıdışına və ya qeyri-sabitliyə yol aça bilərsə.

Etiraz dalğasının zəifliyi və parlament təcridinin fonunda müxalifət 2026-cı il seçkilərinə dağınıq və demorallaşmış şəkildə yaxınlaşır. Vahid cəbhə yaratmaqla bağlı danışıqlar dalana dirənib. Köçəryan və Sarqsyanın bir-birilə belə anlaşa bilmirlər. Kazaryan müstəqil fəaliyyət göstərir, yeni simalar isə hələlik media meydanına çıxmağa nail ola bilməyiblər.

Cəmiyyətdə nə Paşinyanla, nə də keçmiş sistemin "veteranları" ilə bağlı olmayan bir "üçüncü qüvvəyə" ehtiyac artır.

Məzkur tələbat hələlik boş qalır. Gənclər təşəbbüsləri, vətəndaş cəmiyyəti fəalları, xarizmatik merlər - hələ ki, birgə siyasi platforma formalaşdırmayıblar. Sosioloji sorğular Paşinyanın reytinqinin azaldığını qeydə alır, lakin bu azalma alternativ güclərin artması ilə müşayiət olunmur.

Bu isə seçkiyə aşağı iştirak səviyyəsi və parçalanmış müxalifətlə hazırkı baş nazirin yenidən hakimiyyətdə qalması ilə nəticələnə bilər. Nəticə: tənəzzülün astanasında status-kvo Ermənistanın 2025-ci ildəki siyasi mənzərəsi: hərəkət əvəzinə durğunluq Ermənistan 2026-cı ilin seçkiqabağı dövrünə siyasi durğunluq şəraitində daxil olur. Burada əsas siyasi aktorlar iflic vəziyyətindədir, institusional dinamika isə demək olar ki, yoxa çıxıb.

Elə təəssürat yaranır ki, ölkənin siyasi sistemi dəyişiklik gözləntisində donub, lakin heç kim bu dəyişiklikləri başlatmaq gücündə deyil. Şahmat taxtasına bənzər bir metafora vəziyyəti dəqiq təsvir edir: bütün fiqurlar öz yerlərindədir, lakin heç biri həlledici gediş edə bilmir.

Nikol Paşinyan siyasi səhvlər yükünə, eləcə də ictimai etimadın azalmasına baxmayaraq, ölkəni idarə etməyə davam edir. Onun mənəvi lider kimi legitimliyi sarsılıb, lakin inzibati aparat, parlament nəzarəti və beynəlxalq tərəfdaşların dəstəyi hələlik onun davamlılığını təmin edir.

Paşinyan xarizmatik olmasa da sistemli operator kimi büdcədən tutmuş təhlükəsizliyə qədər əsas hakimiyyət rıçaqlarını effektiv şəkildə nəzarətdə saxlayır və daxildə mümkün etiraz ocaqlarını neytrallaşdırır. Ona qarşı tənqidlər getdikcə güclənir, xüsusilə erməni diasporasında, keçmiş hərbçilər və ziyalılar arasında.

Həmin tənqidlər siyasi təzyiqə çevrilmir, çünki müxalifət cəmiyyətə nə mənəvi liderlik, nə də institusional alternativ təqdim edə bilmir. Paradoks ondadır ki, Paşinyan hakimiyyətdə ictimai əhval-ruhiyyənin nəticəsi olaraq yox, ona zidd şəkildə qalır.

Onun hakimiyyəti - boşluqda hakimiyyətdir, alternativlərin yoxluğunda mövcuddur.

Ermənistan müxalifəti üçqat tələyə düşüb.

Birincisi, o küçəni itirib - etiraz mexanizmləri ya tükənib, ya da əhali tərəfindən emosional cavab doğurmur.

İkincisi, onun parlament resursu yoxdur - "Hayastan" və "Şərəfim var" fraksiyalarının sayı hətta simvolik təzyiq üçün belə kifayət deyil.

Üçüncüsü, müxalifət xarici aktorların dəstəyindən məhrumdur - nə Qərb, nə də Rusiya indiki müxalifətçiləri etibarlı tərəfdaş kimi görür. Daxili koordinasiyanın olmaması, ambisiyalar uğrunda mübarizə, köhnəlmiş simalar - bütün bunlar müxalifəti vətəndaşların gözündə problemin bir hissəsi kimi göstərir, onun həlli kimi yox. O, kapitulyasiya, korrupsiya və subyektivliyin itirilməsi barədə düzgün fikirlər səsləndirsə də, artıq ona inanmırlar. İnsanlar bir vaxtlar onları yarı yolda qoyanların bayrağı altında yenidən toparlanmağa hazır deyillər.

Ermənistanda cəmiyyət emosional tükənmə vəziyyətindədir. Davamlı böhranlardan, bitməyən müharibə və alçaldılmalardan, boş vədlər və dəyişən şüarlardan yorulmuş xalq özünəməxsus "psixoloji geri çəkilmə" yaşayır.

Getdikcə daha çox vətəndaş siyasətdən imtina edir - bu, onlara hər şeyin eyni gəlməsi ilə deyil, dəyişikliklərin mümkünlüyünə inamsızlıqla bağlıdır. Bu atmosferdə siyasi apatiya 2026-cı ilin əsas çağırışına çevrilir.

Seçkilərdə aşağı iştirak, gənclərin passivliyi, yeni ideyaların və simaların olmaması - bütün bunlar mövcud sistemin təkrar istehsalına xidmət edir. Paşinyan seçkiləri ona görə udmaya bilər ki, onu sevirlər, sadəcə onun rəqibləri cəmiyyətdə daha böyük qıcıq doğururlar.

İnstitusional tənəzzül təhlükəsi bu cür inersiya xarakterli sabitlik siyasi durğunluğun ən təhlükəli formalarından biridir. Zahiri sabitlik fonunda alt qatda parçalanma prosesi gedir: seçkilərə etimad azalır, parlament formal təsisat səviyyəsinə enir, məhkəmə sistemi icra hakimiyyətinin nəzarətinə keçir, vətəndaş cəmiyyəti isə marginal vəziyyətə salınır.

Ermənistanda respublikaçı demokratiya artıq ideyaların rəqabət aləti yox, məzmunsuz institusional qabığa çevrilməkdədir. Əgər bu proses dayandırılmasa - yeni gücün meydana çıxması, gündəmin yenidən qurulması və ya siyasətdə nəsil dəyişikliyi baş verməsə - ölkəni uzunmüddətli institusional böhran gözləyir.

İki zidd nəticə mümkündür: ya icra hakimiyyətinin tam dominantlığı ilə parlamentarizmin simulyakraya çevrilməsi, ya da xarici şokla - yeni münaqişə, iqtisadi böhran və ya geosiyasi sabitsizliklə - baş verəcək kəskin və ağrılı sosial partlayış.

Bu gün Ermənistanın əsas problemi Paşinyanın fiqurunda deyil. O, səbəb yox, simptomdur. Əsas səbəb siyasi elitanın ölkəni keçmiş deyil, gələcək ətrafında birləşdirəcək alternativ təqdim edə bilməməsindədir.

Ermənilərə yeni ictimai müqavilə, inkişaf strategiyası və mənəvi çərçivə lazımdır. Bunsuz istənilən seçki sadəcə kozır olmayan bir kart dəstində kartların mexaniki qaydada qarışdırılması olacaq. Gerçək transformasiya şansı yalnız o zaman doğacaq ki, siyasi meydanda yeni nəsil liderlər - gənc, korrupsiyaya bulaşmamış, xalqla illüziya deyil, realizm dilində danışmağı bacaran şəxslər meydana çıxacaq.

O vaxta qədər Ermənistan dairəvi hərəkətlə böhranı təkrarlayacaq: çünki yorğunluq norma, ümid isə anaxronizmə çevrilib.

Elçin Alıoğlu Trend

Nəsrin Cavadzadə iç geyimində balkona çıxdı like
  • 07 May 12:09  
Şou-biznes Nəsrin Cavadzadə iç geyimində balkona çıxdı

Türkiyənin tanınmış aktrisası Nəsrin Cavadzadə Pamir Pekin ilə yaşad�

arrow Ətraflı
Mayın əvvəli bu 5 bürcün həyatı dəyişəcək  İşinizdə ehtiyatlı olun like
  • 07 May 12:00  
Digərləri Mayın əvvəli bu 5 bürcün həyatı dəyişəcək İşinizdə ehtiyatlı olun

2025-ci ilin may ayının əvvəlində bəzi bürcləri həyatlarında mühüm d

arrow Ətraflı
Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu like
  • 07 May 11:59  
Dünya Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu

Pakistan Ordusunun Kəşmirdə nəzarət xətti boyunca həyata keçirdiyi dəqi

arrow Ətraflı
77 yaşlı anası çəkiliş vaxtı YIXILDI  VİDEO like
  • 07 May 11:50  
Şou-biznes 77 yaşlı anası çəkiliş vaxtı YIXILDI VİDEO

"Gün ortası" verilişinin çəkilişləri zamanı həyəcanlı anlar

arrow Ətraflı
Tramp Qərbə ayna tutdu: sadəcə, bu qədər… like
  • 07 May 11:43  
Siyasət Tramp Qərbə ayna tutdu: sadəcə, bu qədər…

Amerika heç vaxt öz süqutu anında olduğu qədər parlaq yanmamışdı.

arrow Ətraflı
Məşhur marketlər şəbəkəsi bağlanır?  AÇIQLAMA like
  • 07 May 11:35  
Digərləri Məşhur marketlər şəbəkəsi bağlanır? AÇIQLAMA

"AL Market" mağazalar şəbəkəsinin ölkə üzrə fəaliyyət göst

arrow Ətraflı
Hacı Şahinin oğlu atasının vəfatından danışdı  “Mənim üçün hər şey sönüb” like
  • 07 May 11:28  
Digərləri Hacı Şahinin oğlu atasının vəfatından danışdı “Mənim üçün hər şey sönüb”

2023-cü ildə dünyasını dəyişən mərhum ilahiyyatçı və din xadimi Hac�

arrow Ətraflı
"Vasmoy" bazarında qəribə fırıldaq  Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər like
  • 07 May 11:22  
Digərləri "Vasmoy" bazarında qəribə fırıldaq Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər

Vasmoy bazarında pomidorların qırmızı görünməsi üçün hiylə işlədil

arrow Ətraflı
Ziya Əliyev müşavir vəzifəsindən azad edildi like
  • 07 May 11:16  
Digərləri Ziya Əliyev müşavir vəzifəsindən azad edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzif�

arrow Ətraflı
17 azərbaycanlı Almaniyadan geri qəbul edildi like
  • 07 May 11:10  
Digərləri 17 azərbaycanlı Almaniyadan geri qəbul edildi

Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul ed

arrow Ətraflı
Özünü şəhid atası kimi təqdim edərək dələduzluq edən şəxs saxlanıldı like
  • 07 May 11:06  
Digərləri Özünü şəhid atası kimi təqdim edərək dələduzluq edən şəxs saxlanıldı

Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri

arrow Ətraflı
Tiktoker Mahirə insan alverində günahlandırılır like
  • 07 May 10:52  
Digərləri Tiktoker Mahirə insan alverində günahlandırılır

Tiktoker Mahirə Marandskaya cinayət məsuliyyətinə cəlb olunub. 

arrow Ətraflı
Magistraturaya qəbul imtahanı keçiriləcək  BU TARİXDƏ like
  • 07 May 10:50  
Digərləri Magistraturaya qəbul imtahanı keçiriləcək BU TARİXDƏ

Mayın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahan

arrow Ətraflı