"Ankara nə Rusiya ilə münasibətləri pozmaq, nə də Ukraynanı tək qoymaq istəyir"
Siyasət 06 May 2025 23:13:00 68 0
ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 5-də telefon danışığı olub. Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. Ərdoğan Trampın müharibələrə son qoymağa mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini bildirib.
Həmçinin dövlət başçıları Qəzza ilə bağlı fikir mübadiləsi aparıblar. Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. Ərdoğan, həmçinin həmkarını Türkiyəyə dəvət edib.
Son.az xəbər verir ki, bu Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra liderlərin ilk telefon danışığıdır. Yayılan məlumatdan da aydın olur ki, müzakirə məhsuldar və səmərəli olub.
Mövzunu şərh edən siyası ekspert Kənan Novruzov bildirib ki, Türkiyə və ABŞ bir çox məsələ ilə bağlı fikir ayrılığına baxmayaraq, iki NATO müttəfiqi kimi münasibətlərin kəskinləşməsində maraqlı deyil. Bu, dövlət başçılarının ritorikasından hiss olunur:
"Qlobal geosiyasətlə bağlı ABŞ və Türkiyənin mövqeyi əslində aşağı - yuxarı eynidir. Hər iki dövlət mümkün qədər çalışır ki, müharibəni dayandırsın və potensial savaşların qarşısını alsın. Bu mənada Türkiyə Ərdoğanın da dediyi kimi, ABŞ-nin səylərini dəstəkləyir. Şərqi Avropada savaşın davam etməsi nə Ankaraya lazımdır, nə də Vaşinqtona. Əksinə, hər iki tərəf müharibənin bitməsində maraqlıdır. Bu mənada tərəflərin bundan sonra atəşkəs istiqamətində koordinasiyalı davranmaları və səylərini birləşdirmələri gözləniləndir. Məlum olduğu kimi, Ankara Kiyev və Moskva arasında neytral mövqeyə sahibdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Rusiya ilə münasibətləri də pisləşdirməkdə maraqlı deyil. Odur ki, ABŞ-nin məsələyə yanaşması Türkiyəni qane edir.
Qəzza məsələsi ilə bağlı isə tərəflərin konsensus əldə etməsi daha çətindir. Belə ki, İsrail Qəzzanı darmadağın edir. Türkiyə Yaxın Şərqdə baş verənlərdə barışmır. Əgər ABŞ İsrailə "qırmızı işıq yandırsa" gərginlik xeyli dərəcədə azala bilər. Amma Vaşinqton hələ ki, bunu etmir. Bu, İsrailə hücumlarını intensivləşdirməyə şərait yaratmaqla yanaşı, həm də Ankaranın narazılığına səbəb olur. Suriya məsələsində Ankaranın mövqeyi kifayət qədər konkret və qətidir. Türkiyə Suriyada heç bir üçüncü gücə, o cümlədən ABŞ-yə güzəştə getməyəcək".
Asya Son.az
Türkiyənin tanınmış aktrisası İpek Tenolcay illər sonra sənətini dəyi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 9 mərtəbəli binan

Aktrisa Pərvin Abıyeva müğənni Nigar Camalın qızı Jasmini müdafiə edib

Bakıda maraqlı dələduzluq hadisəsi baş verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyas

ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni 6 may tarixində

29 may tarixindən etibarən Circus Sea Breeze səhnəsində beynəlxalq səviyy

Aktrisa Oksana Rəsulova ilk dəfə ayrıldığı həyat yoldaşı, aparıcı Ş

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Əməkdar artist Xumar Qədimova məclislərin birində görüntülənib.

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci k

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadis
