“Su və Pələnglər Sirki” Circus Sea Breeze səhnəsində bu yay Bakının ən möhtəşəm sirk hadisəsi!
Kriminal 06 May 2025 21:37:00 63 0
29 may tarixindən etibarən Circus Sea Breeze səhnəsində beynəlxalq səviyyəli yeni proqram - "Su və Pələnglər Sirki" təqdim olunacaq. Bu unikal şouda su, işıq, musiqi və emosiyalar bir araya gəlir və səhnə əsl sehrli dünyaya çevrilir. Tamaşada dünyanın müxtəlif ölkələrindən gəlmiş ulduz artistlər çıxış edəcək: su elementli eksklüziv nömrə ilə Avropalı ekvilibrist, Rusiyadan hava gimnastları, Monqolustandan çevik konturisionistlər, Cənubi Amerikadan kanata çıxanlar, qadınlardan ibarət hulahup qrupu və Latın Amerikası klounu səhnədə olacaq. Tədbirin kulminasiyası isə üç fərqli növdən olan pələnglərin iştirakı ilə hazırlanmış unikal çıxışdır - benqal, ağ və nadir çəhrayı pələnglər. Bu dünyada analoqu olmayan nömrəni Monte Karlo Beynəlxalq Sirk Festivalının qalibi, İtaliyanın Əməkdar artisti Bruno Toni təqdim edir. Tədbirin təşkilatçısı, "Sirk Oskarı" mükafatçısı Allahverdi İsrafilov, öz ənənəsinə sadiq qalaraq, şounun ilk gününü valideyn himayəsindən məhrum uşaqlara, sağlamlıq imkanları məhdud olan uşaqlara, şəhid və qazi ailələrinin övladlarına həsr edəcək. Məkan: Circus Sea Breeze Başlama tarixi: 29 may Bilet qiymətləri: 15 - 40 manat Biletləri şəhərin bütün kassalarından və bu keçiddən əldə edə bilərsiniz: iticket.az/events/circus/aqua-tigers-circus "Koroğlu" metrosundan sirkə və geri transfer mövcuddur Proqramın müddəti: 90 dəqiqə Əlaqə nömrəsi: +99455 959 12 12 İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Bu xəbəri də oxu: “Orqan musiqisi axşamı” adlı konsert keçirilib FOTO
Aktrisa Oksana Rəsulova ilk dəfə ayrıldığı həyat yoldaşı, aparıcı Ş

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Əməkdar artist Xumar Qədimova məclislərin birində görüntülənib.

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci k

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadis

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntə

Belarus Respublikası Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb.

Tanınmış aktyor Vahid Əliyevin səhhəti yenidən pisləşib.

İlon Mask dünyanın necə məhv olacağını açıqlayıb

Tamaşaçıların tez-tez qınağına tuş gələn aparıcı Zaur Nəbioğlu bu

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə

ABŞ-də qeyri adi hadisə baş verib.

Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əh
