Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO
Kriminal 05 May 2025 22:07:00 66 0
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən birgə təşkil olunub. Tədbirin əvvəlində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Alla Bayramova konsert iştirakçılarına söz verərək, toplaşan tamaşaçılara giriş sözü ilə müraciət edib. Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina dinləyicilərə görkəmli Azərbaycan musiqiçilərinin: bəstəkarların, ifaçıların və müəllimlərin o dəhşətli müharibədə qələbəyə verdiyi töhfələrdən danışıb. BMA-nın tələbələri Nəzrin Məmmədova və Əminə Məmmədova II Dünya müharibəsində faşizm üzərində qələbə uğrunda Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaəti haqqında məlumatlarla çıxış edib. Bayram konsertinin proqramında Azərbaycanın Xalq Artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Dövlət Xor Kapellasının artistlərinin - Kamilla İmanova, Elyar Əliyev, Tofiq Zeynalov, Fərhad Ələkbərov, Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, BMA-nın məzunu Nərgiz Məmmədova, musiqiçi Cavid Babayev, eləcə də BMA-nın tələbələri Aişə Məmmədova, Nigar Novruzova və Nərmin Günəşova ifalarında o dövrün qəhrəmanlıq hadisələrinə həsr olunmuş klassik əsərləri və müharibə illərinin mahnıları səsləndirilib. Tədbir zamanı tamaşaçılar Sülh Səfiri, sülh mədəniyyəti İnstitutunun (UNESCO) "Avropa-Asiya" humanitar və kommersiya layihələri departamentinin direktoru, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Renat İlyazovun və "Yaşlek" Tatar Gənclər Mərkəzinin solistləri Amina Ahmedcanova və Raul Kərimovun ifasında rəqsdən həzz ala bildilər. Tədbir zamanı qonaqlar və konsert iştirakçıları müharibə qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Əgər çay axşamdan qalıbsa, əsla içməyin — ilk 45 dəqiqədə içilməs

Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi s

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə m�

Bu həftə astroloji baxımdan əhəmiyyətli dəyişikliklər baş verir və b�

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər

İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib.

Mayamidə 30-a yaxın influenserin yaxta gəzintisi biabırçılıqla bitib.

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir v�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon

Özbəkistan Mərkəzi Asiyada regional əlaqələrin yaxşılaşdırılmasında
