Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib


Siyasət 05 May 2025 18:38:00 71 0

Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.

Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.

Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində "fin evi" adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. "Fin evi" adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, "Belarus" markalı traktorun yaxınlığında 3 meyit aşkarlanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək. Son.az


Xəbərə aid foto

“O olmasın, bu olsun“ tamaşasını nümayişi olacaq  əsas rolda Azər Zeynalov like
  • 05 May 18:08  
Kriminal “O olmasın, bu olsun“ tamaşasını nümayişi olacaq əsas rolda Azər Zeynalov

Mayın 14-də Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrı Opera stud

arrow Ətraflı
Seriallara çəkilən 11 yaşlı uşaq ürəktutmadan öldü  FOTO like
  • 05 May 18:00  
Dünya Seriallara çəkilən 11 yaşlı uşaq ürəktutmadan öldü FOTO

Seriallara çəkilən 11 yaşlı uşaq vəfat edib.

arrow Ətraflı
Dünya ordularında hərbi xidmət müddətləri  3 il...  SİYAHI like
  • 05 May 17:56  
Dünya Dünya ordularında hərbi xidmət müddətləri 3 il... SİYAHI

Hərbi xidmət bir çox ölkədə vətəndaşlıq borcu kimi qəbul edilir. Bəz

arrow Ətraflı
Real iş, yoxsa dələduzluq?  ALDANMAYIN! like
  • 05 May 17:50  
Digərləri Real iş, yoxsa dələduzluq? ALDANMAYIN!

Son zamanlar geniş yayılan dələduzluq üsullarından biri - naməlum mənbə

arrow Ətraflı
Tramp 3cü dəfə prezident olacaq?  AÇIQLAMA like
  • 05 May 17:44  
Dünya Tramp 3cü dəfə prezident olacaq? AÇIQLAMA

ABŞ-ın prezidenti Donald Trampın üçüncü müddətə prezidentliyə namizə

arrow Ətraflı
"Onların səslərindən quyruqlu lüləkabab iyi gəlir" like
  • 05 May 17:37  
Şou-biznes "Onların səslərindən quyruqlu lüləkabab iyi gəlir"

Müğənni Elnar Xəlilov qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasinda Məmmədağa Umudovun müəllif gecəsi baş tutub  FOTO like
  • 05 May 17:25  
Kriminal Gəncə Dövlət Filarmoniyasinda Məmmədağa Umudovun müəllif gecəsi baş tutub FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Kons

arrow Ətraflı
Renka oğlu ilə bağlı suala əsəbiləşdi  efirdən GETDİ  VİDEO like
  • 05 May 17:18  
Şou-biznes Renka oğlu ilə bağlı suala əsəbiləşdi efirdən GETDİ VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.

arrow Ətraflı
Yarıdan çoxu 300dan az bal TOPLAYIB like
  • 05 May 17:09  
Digərləri Yarıdan çoxu 300dan az bal TOPLAYIB

2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib v

arrow Ətraflı
Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb  FOTO like
  • 05 May 17:07  
Siyasət Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qı

arrow Ətraflı
"Skype" tarixə qovuşdu like
  • 05 May 17:00  
Digərləri "Skype" tarixə qovuşdu

Amerikalı texnologiya nəhəngi "Microsoft"un məşhur "Skype&qu

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ like
  • 05 May 16:51  
Digərləri Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə ba�

arrow Ətraflı
Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilib like
  • 05 May 16:32  
Siyasət Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilib

Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilib.

arrow Ətraflı
Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri müəyyənləşib like
  • 05 May 16:30  
Siyasət Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri müəyyənləşib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamə

arrow Ətraflı