Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri müəyyənləşib
Siyasət 05 May 2025 16:30:00 81 0
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri müəyyənləşib.
Bu xəbəri də oxu: Məhkəmədə Sarkisyanın və Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 5 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamədə deyilir.
Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirmək və Azərbaycan Respublikasını beynəlxalq münasibətlərdə təmsil etmək;
- Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, milli təhlükəsizliyini və milli maraqlarını xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorumaq və təmin etmək;
- Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərini, sülhü və əməkdaşlığı inkişaf etdirmək;
- beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək vermək;
- xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;
- Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflər hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
- Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirmək;
- beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətini, xarici dövlətlərin xarici və daxili siyasətini, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etmək və Azərbaycan Respublikasının digər dövlət orqanlarına (qurumlarına) müvafiq məlumatları və təklifləri təqdim etmək;
- Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrini həyata keçirmək;
- xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək vermək;
- Azərbaycan Respublikasının dövlət protokolunun təmin edilməsində iştirak etmək;
- konsul işini təşkil etmək və konsul funksiyalarını həyata keçirmək;
- xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatik xidmət orqanlarında xidmət sahələrində normayaratma fəaliyyətini həyata keçirmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkd

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında əsasnamə tə

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm o

"Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.

Prezident İlham Əliyev "Feldyeger rabitəsi haqqında" qanunda dəyi

Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra H

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə ş�

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gəncl

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı a

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı m

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xo

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanın�
