Türk aktrisa ABŞdə şiddətə məruz qaldı Qabırğaları sındırıldı FOTO
Şou-biznes 05 May 2025 11:41:15 71 0
"Hayat Devam Ediyor" serialı ilə tanınan türkiyəli aktrisa Meltem Miraloğlu həyatının növbəti çətin dövrünü yaşayır. Uzun illər əvvəl evlənərək ABŞ-a köçən və həyat yoldaşının ölümündən sonra tək qalan Miraloğlu yenidən ailə qurmağa hazırlaşdığı bir vaxtda zorakılığa məruz qalıb.
Bu xəbəri də oxu: "Onların səslərindən quyruqlu lüləkabab iyi gəlir"
Son.az xəbər verir ki, məlumata görə, 38 yaşlı aktrisa ABŞ-da amerikalı tərəfindən vəhşicəsinə döyülərək xəstəxanaya yerləşdirilib. Meltem Miraloğlu bu dəfə özündən 40 yaş böyük olan, 78 yaşlı amerikalı iş adamı ilə evlənmək üzrə idi. Lakin ona aşiq olan gənc bir amerikalı tərəfindən döyüldüyü iddia olunub.
İddiaya görə, zorakılıq nəticəsində Miraloğlunun qabırğaları qırılıb və ağciyərinə zərər dəyib. Cərrahi müdaxilə ilə vəziyyəti stabilləşdirilən aktrisanın səhhətinin hazırda yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Meltem Miraloğlu ilk dəfə 2019-cu ildə gündəmə gəlmiş, özündən 48 yaş böyük Patriklə evlənməsi və ABŞ-a köçməsi ilə medianın diqqətini cəlb etmişdi. Hazırda Nyu-Cersi ştatında yaşayan aktrisa gündəlik dolanışığını bazarda təmizlik işi görməklə və türk yeməkləri bişirməklə təmin edirmiş.
Fidan Son.az
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində yaranmış proble

İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalini

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan a

Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzil

Tamstore Marketlər Şəbəkəsi üç yox, beş yox tam yeddi gün pərakəndə

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərind�

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sür

Əskişəhərdə 40 il doğum şöbəsində işləyən və 3 min doğuşda işti

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəm

Ermənistan tərəfinin Xoznavar kəndində yerləşən Azərbaycan postundan m�

May 2025 ayı astroloji baxımdan bəzi bürclər üçün sınaqlarla dolu ola b

Müğənni Qumral Musayeva açıqlaması ilə diqqət çəkib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
