Şəhid Rəcaidəki yanğının külündən inkişafa doğru: Bakının Tehrana təklifləri var


Siyasət 30 Apr 2025 11:42:00 74 0

Şəhid Rəcaidəki yanğının külündən inkişafa doğru: Bakının Tehrana təklifləri var

İranın Bəndər-Əbbas şəhərindəki Şəhid Rəcai limanı üzərində tüstü çəkilməyə başlayanda havada yalnız yanıb kül olmuş konteynerlərin, məhsulların və yanacağın kəsif qoxusu yox, həm də geosiyasi qeyri-müəyyənliyin acı dadı qaldı.

Şəhid Rəcai limanındakı partlayış - təkcə faciəvi hadisə deyil, həm də sanksiya blokadası, texnoloji tənəzzül və artmaqda olan hibrid təhdidlər dövründə İranın həssaslığının lakmus kağızıdır. Amma hər bir böhrandan - əgər strateji yanaşma tətbiq edilərsə - struktur üstünlüklər çıxarmaq mümkündür.

Məhz bu kontekstdə Bakı İran üçün həm logistik, həm də siyasi müttəfiq kimi xüsusi əhəmiyyət qazanır.

Liman alovu strategiyaya siqnaldır. Şəhid Rəcai limanı İranın konteyner daşımalarının 85 faizindən çoxunu qəbul edir və yalnız iqtisadi yox, həm də hərbi funksiyaya malik qovşaq kimi çıxış edərək sanksiyaların dolanması və kölgə ticarətinin təminatında əsas rol oynayır. Onun müvəqqəti fəaliyyətsizliyi ölkənin iqtisadi sisteminin lokal olsa da, iflici deməkdir.

Cəmi bir neçə günlük dayanma milyonlarla dollarlıq gündəlik itkilər, ixrac marşrutlarında pozuntu, nəqliyyat xərclərinin artması və potensial ticarət tərəfdaşlarında inamın sarsılması deməkdir.

Hadisədən dərhal sonra İran rialı təzyiqlə üzləşdi, daxili bazarlarda isə bir sıra strateji məhsullarda qısamüddətli defisit müşahidə olundu. İrandan "boz sxem"lərlə ixrac olunan neftin 60 faizinin cənub limanlarından keçdiyini nəzərə alsaq, hər günün dayanması Tehranın rəqibləri üçün əsl geo-iqtisadi hədiyyəyə çevrilir. Sadə, amma ritorik sual yaranır: nəticələri necə minimuma endirmək və logistik sistemi yenidən necə qurmaq olar?

Və onda bəlli olur ki, Bakı logistik alternativ və diplomatik amildir. Azərbaycan təkcə qonşu deyil, həm də post-sanksiya dövründə İran iqtisadiyyatının sağ qalması üçün makrostrategiyanın bir hissəsidir. Azərbaycanın ərazisindən Hindistanı Rusiya, Avropa və Baltik ölkələri ilə birləşdirən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin quru hissəsi keçir. Bu dəhliz, xüsusilə də cənub marşrutlarının fiziki və kiberhücumlara, eləcə də sanksiyalara qarşı daha həssas olduğu indiki şəraitdə, daha da aktuallaşır.

Avrasiya İnkişaf Bankının proqnozlarına görə, 2030-cu ilə qədər "Şimal-Cənub" dəhlizi ilə ildə 32 milyon tonadək yük daşınacaq. Azərbaycan artıq bu məqsədlə Bakı, Ələt və Astara kimi nəqliyyat qovşaqlarını modernləşdirir. İran bu prosesə yalnız tranzit ölkə kimi deyil, həm də tamhüquqlu tərəfdaş kimi qoşula bilər, logistik asılılıqlarını şaxələndirərək Qafqaz və Şərqi Avropa ilə ticarət dövriyyəsini gücləndirə bilər.

İran tərəfindəki Astara limanı artıq Azərbaycanla eyni adlı qovşaqla birləşib. Bu bağlantı sayəsində yüklər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyə, Avropa və daha uzaq istiqamətlərə tez bir zamanda çatdırıla bilər. Bu infrastruktur layihələrinə yatırımlar böhrana cavab deyil, İranın cənubdan şimala və şimal-qərbə doğru strateji yönəlişidir.

Sanksiyaların artdığı, logistik zəncirlərin qırıldığı və siyasi təcridin dərinləşdiyi bir şəraitdə Azərbaycanla əməkdaşlıq İran üçün sadəcə əlverişli seçim deyil, strateji zərurətə çevrilib. Bu tərəfdaşlıq Tehrana bəyannamə yox, ölçülə bilən real iqtisadi dividendlər verir. Gəlin, bu üstünlükləri ətraflı təhlil edək.

Azərbaycan - İranın qonşuları arasında ABŞ-nin CAATSA və ITSR, eləcə də, Aİ-nin sanksiyalar rejimlərinə qoşulmayan yeganə ölkədir. Türkiyə ilə strateji tərəfdaşlıq, İsraillə yaxın hərbi-siyasi əlaqələr və NATO ilə əməkdaşlıq fonunda Bakı İrana qarşı iqtisadi təzyiq mexanizmlərindən kənarda dayanmağı bacarıb.

Bu isə o deməkdir ki, Azərbaycan Qərblə Şərq arasında tranzit baxımından neytral və açıq platformaya çevrilib. Məhz bu səbəbdən, 2022-ci ilin sonundan etibarən İran öz ixracat və idxalatını Fars körfəzi və Hörmüz boğazı ətrafındakı risklərdən yan keçərək, Azərbaycan üzərindən yönəltməyə başladı.

Bu xüsusilə İranın neft-kimya və sənaye məhsulları üçün aktualdır. Astara dəmir yolu vasitəsilə bu yüklər Bakı-Tbilisi-Qars xətti ilə Türkiyə və Avropaya çıxış əldə edir. İranın dəniz daşımaçılığında istifadə etdiyi gəmi şirkətlərinin əksəriyyəti ABŞ-nin ikinci dərəcəli sanksiyaları altındadır. Bu baxımdan Azərbaycan ərazisi iqtisadi nəfəs borusuna çevrilir.

Eyni zamanda, Azərbaycanla enerji "swap" razılaşmaları çərçivəsində İran qazını regional bazarlara çıxara bilir. 2021-ci ildə başlanan Türkmənistan-İran-Azərbaycan üçtərəfli qaz mübadiləsi illik 1,5 milyard kubmetrlə başlamış, 2023-cü ildə bu rəqəm 2,5 milyarda çatmış və artırılması müzakirə olunur. Bu mexanizm sanksiyalardan tam kənarda, regional texniki razılaşma kimi işləyir.

Dünya Bankının 2023-cü il məlumatlarına görə, İrandan Avropaya bir konteynerin Fars körfəzi - Süveyş kanalı - Aralıq dənizi marşrutu ilə daşınması 2800-3200 ABŞ dolları arasında dəyişir. Eyni konteynerin İranın Rəşt şəhərindən - Astara - Bakı - Tbilisi - Qars - İstanbul marşrutu ilə göndərilməsi isə 1400-1800 dollar arasında başa gəlir.

İkiqat qənaət - bu, yalnız maliyyə deyil, həm də strateji üstünlükdür. Qeyd edək ki, Fars körfəzindəki hücumlar nəticəsində 2022-ci ildən bəri gəmi yük sığortaları 45% bahalaşıb. Həmçinin Süveyş kanalı üçün Misir hökumətinin tətbiq etdiyi tranzit rüsumları 2024-cü ilin yanvarından etibarən 5,3 dollar/ton səviyyəsinə yüksəlib.

Üstəlik, çatdırılma vaxtı da fərqlidir. Dəniz yolu ilə İrandan Avropaya yükün çatdırılması 22-28 gün çəkir. Eyni yük quru yolu ilə Azərbaycan vasitəsilə 8-10 günə ünvanına çatır. Bu isə təkcə sürət deyil - kapitalın dövriyyəsinin sürətlənməsi, anbar xərclərinin və valyuta ehtiyatlarına təzyiqin azalması deməkdir.

Azərbaycan yalnız fiziki marşrut təqdim etmir. Bakı İran üçün siyasi, diplomatik və texnoloji baxımdan neytral ekosistem yaradır. ABŞ və İsraillə münasibətlərdə təcridə məruz qalan Tehran, məhz Bakı platforması vasitəsilə regional balans siyasəti qura bilir.

Buna misal olaraq, 2025-ci ilin martında Naxçıvanda keçirilən yüksək səviyyəli Azərbaycan-İran nəqliyyat və energetika sammitində Astara logistik mərkəzinin genişləndirilməsi, avtomobil yollarının altı zolağa qədər artırılması və gömrük rəqəmsallaşdırılması üzrə razılaşmaları göstərmək olar. Bu layihələr sərhəd ticarətinin keyfiyyətini artırmaqla yanaşı, İran üçün Avrasiya bazarlarına çıxış imkanlarını genişləndirir.

Azərbaycan, eyni zamanda, İranın beynəlxalq təcridini neytrallaşdıran çoxtərəfli formatlara inteqrasiya üçün platforma rolunu oynayır. Bakı Tehranın Türkdilli Dövlətlər Təşkilatına müşahidəçi statusunda qoşulmasına, Xəzər geologistik formatında (Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan, İran) fəal iştirakına dəstək verir.

Nəticə etibarilə, Azərbaycan İran üçün Avrasiya İqtisadi Məkanına çıxışda körpü, sanksiyaları dolanmaqda vasitəçi və texnoloji transformasiyada müttəfiq rolu oynayır.

Azərbaycanla əməkdaşlıq - bu gün İran üçün təkcə alternativ deyil, strateji zərurət və iqtisadi ağıllılıq formuludur. Bu tərəfdaşlığın verdiyi dividendlər konkret və ölçülə biləndir. Yəni sanksiyalardan yan keçmək üçün real tranzit imkanı, daşıma xərclərinin və valyuta təzyiqlərinin azalması, habelə diplomatik və texnoloji mühitə inteqrasiya fürsətləri.

Və bütün bunlar İranın geoiqtisadi mövqeyini gücləndirməklə yanaşı, Bakı-Tehran xəttini regionda sabitliyin və ağıllı əməkdaşlığın əsas dayağına çevirir. Hörmüzün kölgəsində boğulmamaq üçün İran Kaspiy və Cənubi Qafqazda nəfəs almağı öyrənməlidir - və bu nəfəs, heç şübhəsiz, Bakının üzərindən gəlir.

İran prezidenti Məsud Pezeşkianın Bəndər-Əbbasda baş vermiş faciədən cəmi iki gün sonra Bakıya səfəri protokol diplomatiyasından daha artıqdır. Bu, strateji siqnaldır. Böhran sonrası ilk səfər kimi Pezeşkian məhz Bakını seçdi - və bu, rasional ittifaqa verilmiş üstünlükdür.

Bakıda keçirilən görüşlərdə əsas müzakirə mövzuları enerji, tranzit və təhlükəsizlik məsələləri olsa da, gündəmin ana xəttini İranın regional iqtisadi arteriyalara "yenidən qoşulması" təşkil edirdi. Bakı Astarada dəmir yolu və avtomobil qovşaqlarının ötürmə qabiliyyətinin artırılmasını, yük daşımalarının həcminin genişləndirilməsini, eləcə də Transxəzər marşrutlarının razılaşdırılmasının sürətləndirilməsini təklif etdi.

Avropa İttifaqı və ABŞ tərəfindən artan sanksiya təzyiqləri fonunda Bakı İran üçün iqtisadi nəfəs kanalına çevrilir. Bu isə birtərəfli maraq deyil. Azərbaycan özünü regional mərkəz kimi təqdim edir - ekologiya, energetika və nəqliyyat diplomatiyasının qovşağı. Tehranla tərəfdaşlıq bu statusu gücləndirir, Bakıya geniş Yaxın Şərqdə əsas vasitəçi rolunu oynamaq imkanı verir.

Şəhid Rəcai limanındakı partlayışın təxribat, yoxsa səhlənkarlıq nəticəsində baş verdiyindən asılı olmayaraq, bu hadisə strateji bir həqiqəti üzə çıxardı: çoxqütblü dövrdə kritik infrastruktur tək bir həssas mərkəzdə cəmləşdirilə bilməz.

Mövcud reallıq sadəcə,İrana aid deyil. Ukrayna, Yəmən, Səudiyyə Ərəbistanı, hətta Almaniya kimi böyük geosiyasi oyunçular logistikaya qarşı assimetrik zərbələrin çağırışları ilə üz-üzədirlər. Tək cavab var - mərkəzsizləşmə və resursların paylanması. Bu kontekstdə İran təkcə Şahid Rəcaini bərpa etməməli, ticarət coğrafiyasının memarlığını tamamilə yenidən qurmalıdır. Azərbaycan platforması burada müvəqqəti çarə deyil, yeni modelin dayağıdır. Xəzər dənizi isə maneə yox, arteriyadır.

İranın Rəşt və Ənzəli şəhərlərindən yola çıxan yüklər gəmilərlə Bakıya, oradan isə dəmir yolu ilə Gürcüstan-Türkiyə-Avropa istiqamətində çatdırılır və bu, sanksiyaların diktəsinə qarşı logistik revanşın canlı nümunəsinə çevrilir.

Astara-Bakı avtomobil yolunun inkişafı, rəqəmsal gömrük həllərinin tətbiqi və sənəd dövriyyəsinin elektronlaşdırılması İran üçün "ağıllı tranzit" modelini reallaşdırmağa şərait yaradır - indiyə qədər təcrid səbəbindən əlçatmaz olmuş texnologiyalar sayəsində. Bakı isə yüksək rəqəmsallaşma səviyyəsi ilə bu sistemlərin Tehran üçün ötürülməsi rolunu oynaya bilər.

Azərbaycanı təkcə logistika yox, həm də enerjidiplomatiya sahəsində strateji oyunçu kimi dəyərləndirmək lazımdır. Bakı və Tehran bu sahədə artıq uzun müddətdir güc mübadiləsi formatında güzgülü siyasət aparırlar.

Türkmənistan, İran və Azərbaycan arasında qaz mübadiləsi (swap) layihələri qışda İranın şimal bölgələrində qaz təchizatının sabitliyini təmin edir. Bu mexanizm genişləndirilə bilər. Hazırda İran ildə təxminən 3,5 milyard kubmetr qazı tranzit və bərabərhəcmli geri təchizat müqabilində ixrac edir. Amma liman böhranından sonra belə alternativ sxemlərin əhəmiyyəti daha da artır. Azərbaycan təkcə enerji körpüsü rolunu oynamır, həm də İran qazının MDB ölkələrinə ötürülməsində vasitəçiyə çevrilə bilər, tranzit infrastrukturunu gücləndirərək.

Uzunmüddətli perspektivdə bu, Xəzər regionunda vahid enerji şəbəkəsinin yaradılmasına səbəb ola bilər ki, burada Azərbaycan balanslaşdırıcı mərkəz, İran isə strateji mənbə və istehlakçı rolunda çıxış edəcək. Bu yanaşma hər iki ölkəni həm xarici təzyiqlərə, həm də qlobal bazarlarda qiymət şoklarına qarşı daha dayanıqlı edəcək.

Bakı-Tehran oxu regional təlatümlərə cavab kimi yeni siyasi istiqamətin əsasına çevrilməkdədir. Bir çox analitiklər qeyd edirlər ki, İranla Azərbaycanın yaxınlaşması regionun geosiyasi memarlığının yenidən qurulması fonunda baş verir.

Cənubda Qəzzada müharibə qızışır, Səudiyyə Ərəbistanı İsraillə normallaşma ilə İranla balans arasında sıxılır. Şərqdə qeyri-sabit Əfqanıstan, şimalda isə 2020-ci ildən sonra güc balansının yenidən qurulduğu Cənubi Qafqaz var.

Belə bir mühitdə Bakı ilə Tehran arasında ittifaq - xarici diktatordan asılı olmayan iki dövlətin sabitliyə yönəlik rasional seçimidir. Nə ABŞ, nə Avropa İttifaqı, nə də Rusiya regiona logistik, energetik və diplomatik sabitlik vəd edə bilməz. Yalnız regional aktorlar bu sabitliyi təmin edə bilər. İran və Azərbaycan birgə çalışaraq yeni formul təklif edə bilərlər - texnoloji və infrastruktur modernləşmə ilə birləşdirilmiş regional suverenlik.

Bu, xüsusilə Azərbaycanın COP29-a hazırlığı fonunda xüsusi əhəmiyyət kəsb edir. Bakı təkcə iqlim gündəminin yox, həm də geo-iqtisadi legitimliyin meydanına çevrilir və dünyaya sübut edir ki, davamlı inkişaf real iqtisadiyyatla necə birləşdirilə bilər. İran bu prosesə qoşulmaqla sanksiyaların aradan qalxmasını gözləmədən qlobal bazarlara çıxış əldə edə bilər.

Nəticə etibarilə: tüstü çəkiləcək - körpü qalacaq. Şəhid Rəcailimanını bürüyən alov təkcə bir faciənin deyil, həm də tarixi dönüş nöqtəsinin simvoluna çevrildi. Bu, təcrid məntiqinin partlayışı idi. Tehranın reaksiyası isə reaktiv yox, proaktiv olmalıdır. İran əvvəlki həssas limanlara bağlı modelə qayıtmaq əvəzinə, qitədaxili ittifaqlara üstünlük verməlidir.

Məzkur ittifaqların mərkəzində isə Bakı dayanır.

Azərbaycan təkcə qonşu deyil. O, keçid, dəhliz, platforma və ən başlıcası - Tehranın yeni regional balans qurmaq üçün güvənə biləcəyi tərəfdaşdır.

Bu, emosiyalara söykənən geosiyasət yox, dəqiq hesablı geoiqtisadiyyatdır.

Hesablamanın ilk addımı Astaradakı körpüdən keçir.

Elçin Alıoğlu Trend

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub  FOTO like
  • 30 Apr 11:37  
Siyasət Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayo

arrow Ətraflı
Azərbaycanda bu addımı atanların cəzaları SƏRTLƏŞDİRİLDİ like
  • 30 Apr 11:23  
Digərləri Azərbaycanda bu addımı atanların cəzaları SƏRTLƏŞDİRİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzib

arrow Ətraflı
“20 Yanvar”da ŞOK OLAY  Özünü qəsdən maşınların altına atan şəxs kimdir? like
  • 30 Apr 11:15  
Digərləri “20 Yanvar”da ŞOK OLAY Özünü qəsdən maşınların altına atan şəxs kimdir?

Bakının Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsi kimi tan�

arrow Ətraflı
Hindistan yaxın 24 saat ərzində Pakistanı vura bilər  Nazir like
  • 30 Apr 11:07  
Dünya Hindistan yaxın 24 saat ərzində Pakistanı vura bilər Nazir

"Hindistan qarşıdakı 24-36 saat ərzində Pakistana qarşı hərbi hücu

arrow Ətraflı
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib like
  • 30 Apr 11:05  
Siyasət İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycanİran əməkdaşlığı regional sülhə böyük töhfə verir” like
  • 30 Apr 11:00  
Siyasət Kamaləddin Qafarov: “Azərbaycanİran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-

arrow Ətraflı
Sahib Məmmədov köməkçisini işdən çıxardı like
  • 30 Apr 10:54  
Digərləri Sahib Məmmədov köməkçisini işdən çıxardı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib M

arrow Ətraflı
Azərbaycanlı tələbədən rüşvət alanlar həbs olundu like
  • 30 Apr 10:49  
Digərləri Azərbaycanlı tələbədən rüşvət alanlar həbs olundu

Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetində iki müəllim rüşvə

arrow Ətraflı
Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar  Atası fəryad edir  FOTO like
  • 30 Apr 10:47  
Dünya Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar Atası fəryad edir FOTO

Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya tərəfindən qaçırılıb

arrow Ətraflı
İkinci əl paltar aldı, dərisi bu günə düşdü  FOTO like
  • 30 Apr 10:34  
Dünya İkinci əl paltar aldı, dərisi bu günə düşdü FOTO

İkinci əl geyim mağazasından paltar alan şəxsin dərisinə infeksiya düş

arrow Ətraflı
Bu 4 bürcə ŞAD XƏBƏR  Yeni mərhələ başlayır like
  • 30 Apr 10:25  
Digərləri Bu 4 bürcə ŞAD XƏBƏR Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhə

arrow Ətraflı
HindistanPakistan arasında barıt çəlləyi: "Bölgədə yeni bloklar formalaşır" like
  • 30 Apr 10:10  
Siyasət HindistanPakistan arasında barıt çəlləyi: "Bölgədə yeni bloklar formalaşır"

"Geosiyasi silkələnmə: Hindistan-Pakistan münasibətləri qırılma nöqtəs

arrow Ətraflı
Tbilisidə ticarət mərkəzində güclü YANĞIN like
  • 30 Apr 10:05  
Digərləri Tbilisidə ticarət mərkəzində güclü YANĞIN

Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiya

arrow Ətraflı
Türkiyədə yenə zəlzələ oldu like
  • 30 Apr 09:58  
Digərləri Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.

arrow Ətraflı
Göbəyi açıq gəzməyi sevənlər üçün mükəmməl idman növü  Bunu bilmirdiniz like
  • 30 Apr 09:51  
Digərləri Göbəyi açıq gəzməyi sevənlər üçün mükəmməl idman növü Bunu bilmirdiniz

Mükəmməl qarın əzələlərinə sahib olmağı arzulayırsınız, amma uzun

arrow Ətraflı