Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir”
Siyasət 11 Okt 2025 15:30:00 79 0
"Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar, sülhsevər və dinamik inkişaf xəttinə malik ölkədir. Dövlətimizin başçısının çıxışında səslənən fikirlər qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanırdı. Cənab Prezident Tacikistan xalqını əldə etdiyi uğurlar münasibətilə təbrik edərək, bu ölkənin sürətli inkişafını məmnunluqla qeyd etdi. Bu, Azərbaycanın xarici siyasətində səmimiyyət və qarşılıqlı hörmətin əsas yer tutduğunu bir daha sübut edir".
Bu xəbəri də oxu: Ceyhun Bayramov Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan ilə Tacikistan arasındakı münasibətlər qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanaraq təkcə iki ölkə üçün deyil, ümumilikdə MDB məkanında əməkdaşlıq ruhunun güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:
"Prezident İlham Əliyev öz çıxışında MDB-nin humanitar sahədə birliyini dəstəkləyərək, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin MDB ölkələrinin diqqətini çəkməsi Azərbaycanın nüfuzunun artdığını göstərir. Dövlətimizin başçısı, həmçinin MDB-nin həyatında önəmli hadisə olan III MDB Oyunlarının Gəncə və digər şəhərlərimizdə yüksək səviyyədə keçirilməsini xüsusi qeyd etdi. Bu tədbir həm Azərbaycan idmanının gücünü nümayiş etdirdi, həm də MDB məkanında dostluğun, əməkdaşlığın və humanitar əlaqələrin inkişafına töhfə verdi. Cənab Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı hörmət, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir. Düşənbə iclasında səslənən mesajlar MDB daxilində birliyin möhkəmlənməsinə, xalqlar arasında səmimiyyət və dostluq körpülərinin daha da güclənməsinə xidmət edir".
Bakıda qadın faciəvi şəkildə ölüb.

Müharibə o dövrü yaşayan, həmin vaxtların ağrı-acısını görən, şah

Payızın gəlməsi ilə havaların soyuması və rütubətin azalması dəri sa

Kibertəhlükəsizlik tədqiqatçıları "Mobdro Pro IP TV + VPN" adı

"Telegram"ın qurucusu və milyarder Pavel Durov 41 yaşını qeyd etm

12 oktyabrdan etibarən Şengen bölgəsinə daxil olan 29 Avropa ölkəsində y

Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiq işlə

Keçmiş İsrail əsgəri Adva Lavie Los-Ancelesdə yaşlı və varlı kişilər

"Bu gün Şəki şəhərində "Slou Fud" beynəlxalq təşkilatı

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avstraliyanın Shellharbour hava limanında təyyarə qəzası baş verib.

Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşa bilər.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

Suriya rejiminin devrilmiş lideri Bəşər Əsəd hazırda Moskvada təhlükəs

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyind
