ADNA terrorundan 16 il ötür...
Digərləri 30 Apr 2025 00:06:00 70 0
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.
Bu xəbəri də oxu: Bakıda məşhur klinika cərimələndi
Son.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30-da baş verib.
ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər qətlə yetirilib:
1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
12. Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü.
Yaralananların siyahısı:
1. İsayev Kənan
2. Mustafa Məhəmməd
3. Rüstəmbəyov Faiq
4. Şirəliyev İlkin Azər oğlu (1989-cu il)
5. Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)
6. Axundov Rəhman
7. Cəmiyev Elvin Azər oğlu (1989-cu il)
8. Hüseyinli Zemfira
9. Daas Muavviyyə (Suriya)
10. Seyidəhməd Əmru.
Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.
Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. Son.az
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İti tərəfindən hücuma məruz qalan müğənni Əli Mirəliyev səhhəti il�

"Təkcə bu ilin martından bəri 25-ə yaxın yeniyetmə qız Azərbaycan

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

Show TV-də yayımlanan və Gold Film-in istehsalı olan "Kızılcık Şerb

Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səslər

"Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard

Dolğu inyeksiyaları qısa müddətdə üzə təzəlik və həcm qazandırsa da

"Oğlumla qonşu yaşayırıq. Aramızda bir neçə bina var. Bütün gün�

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölü

Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhi

Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq

Türkiyənin Kahramanmaraş şəhərində salınan "Azərbaycan məhəlləs

Xəzər rayonu Binə qəsəbəsinin Atçılıq yaşayış massivində yerləşə

Türkiyəli məşhur şoumen və aktyor Mehmet Ali Erbil özündən 41 yaş kiç
