Kredit faizləri düşəcək? Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib


Digərləri 29 Apr 2025 23:05:00 56 0

Kredit faizləri düşəcək?  Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib

"Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard dollarlıq depozit yerləşdirmsi iqtisadi müzakirələrə səbəb olub. Bəzən bu hadisə Azərbaycanda kredit faizlərinin ümumi ucuzlaşmasının başlanğıcı kimi şərh edlir. Lakin belə bir nəticəyə gəlmək üçün ciddi əsaslar yoxdur".

Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O, bildirib ki, bu gün depozit portfeli təxminən 40 milyard manatdır. Bir müddət əvvəl bu portfel 38 milyard manat olandakı faizlərlə 40 milyard manat olandakı faizlər arasında ciddi faizləri endirimi yox idi. Deməli, depozit porfelnin indi 2-3% artması sistem üzrə kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə deyil:

"Nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi yerləşdirdiyi bu vəsaitləri qısa müddətə əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki bank kreditləri isə uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısa müddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi isə mümkün deyil.

Kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti, makroiqtisadi risklər, inflyasiya gözləntiləri və bank sektorunun risk qiymətləndirmə siyasətləri də bu məsələdə həlledici rol oynayır. Bugünkü reallıqda isə Azərbaycanda pul siyasəti ehtiyatlı qalır və inflyasiya hələ də diqqət mərkəzindədir.

Əlqərəz, 1 milyard dollarlıq depozitin yerləşdirilməsi fonunda kredit faizlərinin kəskin düşəcəyini gözləmək qeyri-real arzulara qapılmaqdan başqa bir şey deyil. İqtisadi proseslər isə reallıq üzərində qurulmalıdır, qeyri-realist gözləntilər isə yanlış qərar və ümidlərə səbəb ola bilər".

O zaman Maliyyə Nazirliyi niyə bunu etdi?

Ekspert bildirib ki, cavab çox sadədir. Maliyyə Nazirliyinin əsas vəzifələrindən biri dövlət büdcəsinin səmərəli idarə edilməsidir.

"Buna görə müstəqillik dönəmindən bəri ilk dəfə atılan bu addımı Maliyyə Nazirliyinin yeni komandasının tamamilə doğru addımı hesab edirəm. Sadəcə növbəti illərdə bu depozitlər təkcə sistem əhəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri ilə digər banklara da etibar edilməlidir".

Asya Son.az 

Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ  10 il sonra üz dərinizdə... like
  • 29 Apr 22:53  
Digərləri Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ 10 il sonra üz dərinizdə...

Dolğu inyeksiyaları qısa müddətdə üzə təzəlik və həcm qazandırsa da

arrow Ətraflı
"Gəlinimə ehtiyacım yoxdur" like
  • 29 Apr 22:40  
Şou-biznes "Gəlinimə ehtiyacım yoxdur"

"Oğlumla qonşu yaşayırıq. Aramızda bir neçə bina var. Bütün gün�

arrow Ətraflı
İspaniyada elektrik kəsintisinə görə ölənlər var like
  • 29 Apr 22:28  
Dünya İspaniyada elektrik kəsintisinə görə ölənlər var

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölü

arrow Ətraflı
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər like
  • 29 Apr 22:16  
Şou-biznes Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər

Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhi

arrow Ətraflı
Əhalinin nəzərinə: Maaş belə like
  • 29 Apr 22:06  
Digərləri Əhalinin nəzərinə: Maaş belə

Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq

arrow Ətraflı
Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşdı like
  • 29 Apr 22:02  
Digərləri Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşdı

Türkiyənin Kahramanmaraş şəhərində salınan "Azərbaycan məhəlləs

arrow Ətraflı
Paytaxtın bu küçəsində hər gün ölüm təhlükəsi var like
  • 29 Apr 22:00  
Digərləri Paytaxtın bu küçəsində hər gün ölüm təhlükəsi var

Xəzər rayonu Binə qəsəbəsinin Atçılıq yaşayış massivində yerləşə

arrow Ətraflı
41 yaş kiçik sevgilisini məhkəməyə verdi like
  • 29 Apr 21:44  
Şou-biznes 41 yaş kiçik sevgilisini məhkəməyə verdi

Türkiyəli məşhur şoumen və aktyor Mehmet Ali Erbil özündən 41 yaş kiç

arrow Ətraflı
Ticarət artır, sərhəd genişlənir: İranAzərbaycan əlaqələrində yeni iqtisadi müddət like
  • 29 Apr 21:31  
Digərləri Ticarət artır, sərhəd genişlənir: İranAzərbaycan əlaqələrində yeni iqtisadi müddət

"Azərbaycana gözlənilən xüsusi səfərlərdən biri reallaşdı. Ötə

arrow Ətraflı
"Ona baxan olsa, adımı dəyişərəm"  efirdə dava like
  • 29 Apr 21:19  
Şou-biznes "Ona baxan olsa, adımı dəyişərəm" efirdə dava

Əməkdar artist Qormaz Əlilican ilə meyxanaçı Namiq Məna küsülüdür.

arrow Ətraflı
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər like
  • 29 Apr 21:10  
Siyasət Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
Əhaliyə may ayı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ  Həmin günlər təhlükəli tarixlərdir like
  • 29 Apr 21:06  
Dünya Əhaliyə may ayı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi

arrow Ətraflı
Ad gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN like
  • 29 Apr 20:54  
Digərləri Ad gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN

Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.

arrow Ətraflı
İranda daha bir partlayış  ölən və yaralananlar var like
  • 29 Apr 20:39  
Digərləri İranda daha bir partlayış ölən və yaralananlar var

İranın İsfahan vilayətində yerləşən anbarda partlayış baş verib.

arrow Ətraflı