Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
Siyasət 29 Apr 2025 21:10:00 67 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.
Bu xəbəri də oxu: Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ICESCOnun regional ofisinin rəsmi açılış mərasimində iştirak ediblər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, TMİF-in prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-in atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakının daha da artırılmasının vacibliyini vurğulayıb.
TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.
Yekunda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası, dəstəklənməsi daxildir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində TMİF-in fəaliyyətində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir. Son.az
May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi

Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.

İranın İsfahan vilayətində yerləşən anbarda partlayış baş verib.

Aprelin 29-da Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoru

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

Təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxe

"Ad günü edirsənsə özünə ən yaxın olan adamları yığ ora. Heç �

Aprelin 28-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq�

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntül

Aprelin sonu və Mayın əvvəlində başlayaraq, 2025-ci ilin May ayı astrolog

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz He

Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin
