Həftəlik bürc proqnozu Vəzifəniz dəyişəcək, gizli qalan məsələlər üzə çıxacaq:
Digərləri 28 Apr 2025 11:00:00 61 0
Qız bürcü - Ürəyində qalan sözləri söyləmək üçün fürsət yaranacaq
Bu xəbəri də oxu: Bakıdakı sürücü gündəm oldu
Həftəyə Ayın Əqrəb bürcündəki emosional enerjisi ilə başlayırıq. Günəş Buğa bürcündə irəlilədiyi üçün sabitlik və dözümlülük ön plana çıxır. Venera ilə Yupiter arasındakı təsir isə sevgi və sosial münasibətlərə rəng qatır. Marsla Neptun arasındakı əlaqə xüsusən həftə sonuna yaxın ruh düşkünlüyü və motivasiya azalması yarada bilər. Bəs bu güclü enerjilər sənin bürcünə necə təsir edəcək?
Son.az 28 Aprel - 4 May 2025-ci il həftəlik bürc proqnozlarını təqdim edir:
Qoç bürcü (21 Mart - 19 Aprel)
Bu həftə Qoçlar üçün maliyyə məsələləri, daxili hesabatlar və ortaq işlər ön plana çıxır. Ayın Əqrəb bürcündə olması ilə həftəyə dərin emosional təsirlərlə başlayırsan. Xüsusən həftənin əvvəlində ortaq gəlirlər, miras, kredit və borc mövzuları gündəmə gələ bilər. Keçmişdən qalan maliyyə məsələləri bağlana və ya yeni ortaq maliyyə planı üzə çıxa bilər. Münasibətlərdə isə partnyorunun hisslərini daha aydın görməyə başlayırsan, ancaq qısqanclıq və idarə istəyi problemlərə səbəb ola bilər. Həftə ortasında Ayın Oxatan bürcünə keçməsi ilə ruh halın yüngülləşir, öyrənmək və səyahət istəyi artır. Təhsil və xarici əlaqəli planlar üçün əlverişli bir dövrdür. İmmunitetini gücləndirməlisən, xüsusən də yuxu rejiminə və stressə diqqət yetir. Həftə sonuna doğru yorğunluq və motivasiya azalması yaşana bilər.
Buğa bürcü (20 Aprel - 20 May)
Günəş bürcündə irəlilədiyi üçün bu həftə şəxsi gücünü artırır, münasibətlərdə daha açıq və aydın davranırsan. Nə istədiyini dilə gətirdiyin dövrdəsən. Ancaq bu enerji bəzən münasibətlərdə təzyiq kimi hiss oluna bilər, buna görə balansı qorumaq önəmlidir. Münasibəti olan Buğalar üçün bu həftə sərhədlərin müəyyən olunacağı və etimadın sınanacağı zaman ola bilər. Subay Buğalar yeni tanışlıqlar yaşaya bilərlər. Karyerada yaradıcı həllər tapıb, məsuliyyətlərini yenidən düzənləyə bilərsən. Maliyyə baxımından tələsik qərarlar verməkdənsə, büdcə planlamasına önəm verməlisən. Fiziki baxımdan boğaz, boyun və çiyin bölgələrinə diqqət yetirməlisən. Ilıq içkilər və yüngül qidalanmaq faydalıdır.
Əkizlər bürcü (21 May - 20 İyun)
Bu həftə daxili aydınlaşmalar, sağlamlıq və iş mühitində münasibətlər diqqət çəkir. Gündəlik rutinlərini nəzərdən keçirmək və yenidən qurmaq ehtiyacı hiss edirsən. Xüsusən həftə başında iş yoldaşlarınla səthdə gülümsəyən münasibətlərin altında gizli gərginliklər ola bilər. Detallara ilişmədən həll yönümlü olmağa çalış. Fiziki baxımdan həzmsizlik, mədə narahatlığı və yuxusuzluq ön plana çıxa bilər. Həftə ortasında Ayın Oxatan bürcünə keçməsi ilə münasibətlərdə açıqlıq və hərəkətlilik artır. Partnyorunla dürüst söhbətlər etməyə əlverişli bir vaxtdır. Subay Əkizlər üçün sürpriz tanışlıq yaşana bilər. Həftə sonuna doğru Neptunun təsiri ilə motivasiyada azalma ola bilər, karyera ilə bağlı söz-söhbətlərdən uzaq durmalısan.
Xərçəng bürcü (21 iyun - 22 iyul)
Bu həftə yaradıcılığın, sevgi həyatın və sosial əlaqələrin daha da güclənəcək. Həftəyə Ayın su ünsürlü Əqrəb bürcündə olması ilə başlayırsan, bu da duyğusal əlaqələri dərinləşdirir. Xüsusilə sevgi münasibətlərində keçmişdən gələn məsələ yenidən gündəmə gələ bilər; köhnə incikliklər və gizli qalan hisslər ortaya çıxa bilər.
Övladı olan Xərçənglər bu həftə uşaqlarına daha çox vaxt ayıra bilər, onların inkişafı və təhsili ilə bağlı məsuliyyətlər arta bilər. Həmçinin sənət, hobbilər və ruhunu qidalandıran işlərlə məşğul olmaq üçün çox əlverişli dövrdür. Həftənin ortasında Ay Oxatan bürcünə keçəcək və bu zaman üzərindəki öhdəliklər artacaq. Sağlamlıq baxımından isə bağırsaq və mədə həssaslığına diqqət yetirmək lazımdır.
Maddi məsələlərdə daha planlı olmalısan. Qarşına çıxan yeni yatırım imkanları çox cazibədar görünə bilər, amma detalları yaxşı araşdırmalısan. Həftə sonu özünü duyğusal olaraq qərarsız hiss edə bilərsən; bir az tək qalmaq və içinə qulaq asmaq sənə yaxşı təsir edəcək.
Şir bürcü (23 iyul - 22 avqust)
Bu həftə həm emosional, həm də fiziki baxımdan özünü yenidən qurmaq vaxtıdır. Ailə, ev və köklərinlə bağlı mövzular ön plana çıxacaq. Evdə dəyişiklik etmək, köçmək və ya ailə böyükləri ilə bağlı məsuliyyətlərin artması mümkündür. Həftənin əvvəlində valideynlərlə münasibətlərdə köhnə məsələlər gündəmə gələ bilər və bir az kövrəklik yaşana bilər.
İş və karyera sahəsində hədəflərinə daha çox fokuslanırsan. Həftənin ortasında isə həm özünə, həm də münasibətlərinə daha çox vaxt ayırmaq istəyəcəksən. Həftə sonu isə sosial çevrəndə parlayacağın, diqqət çəkəcəyin hadisə yaşana bilər. Amma Mars və Neptun təsiriylə xəyal qırıqlıqlarına da açıq zamandasan, buna görə gözləntilərini real tutmalısan.
Səhhətinlə bağlı kürək, ürək və qan dövranı sisteminə diqqət etməlisən. Xüsusilə stressin ürək ritmini poza biləcəyi bir dövrdür.
Qız bürcü (23 avqust - 22 sentyabr)
Bu həftə sənin üçün ünsiyyət, planlaşdırma, səyahət və aydın düşünmək ön plana çıxır. Həftəyə Ayın Əqrəb bürcündəki təsiri ilə başlayırsan, bu da səni daha dərindən düşünməyə vadar edir. Xüsusilə yaxın çevrənlə (bacı-qardaş, qonşu, qohum) bağlı köhnə məsələ yenidən gündəmə gələ bilər; ürəyində qalan sözləri söyləmək üçün fürsət yaranacaq.
Həftənin ortasında isə Ay Oxatan bürcünə keçir və bu da sənə qısa səyahətlər, sənədləşmə işləri və ya köçmək kimi gündəlik dəyişikliklər gətirə bilər. Zehni yorğunluq yaşaya bilərsən, qərarlarını tələsik verməməlisən, bir az zaman tanı. Təhsil almaq, yazmaq, araşdırma aparmaq istəyən Qızlar üçün isə həftə çox məhsuldar keçəcək.
Sağlamlıqda əsəb sistemi, bağırsaqlar və yuxusuzluq önə çıxır. Bitki çayları içmək, vaxtında yemək və sakit bir axşam rutini sənə yaxşı təsir edəcək. Həftə sonu isə sosial həyatdan bir az uzaqlaşıb özünə zaman ayırmaq faydalı olacaq.
Tərəzi bürcü (23 sentyabr - 22 oktyabr)
Bu həftə Tərəzilər üçün əsas mövzu maliyyə məsələləri, öz dəyərləri və münasibətlərdə tarazlıqdır. Ayın Əqrəb bürcündə olması həftənin ilk günlərində gəlir və xərclərini nəzərdən keçirməyə ehtiyac yaradacaq. Gecikmiş ödənişlər, borcları yenidən qurmaq və ya yeni bir yatırım planı hazırlamaq gündəmə gələ bilər.
Xüsusilə münasibətlərdə qarşılıqlı güvən, özünü dəyərli hiss etmək və qarşı tərəfi qiymətləndirmək önə çıxacaq. Həftənin ortasında fikir ayrılıqları olsa da, bu münasibəti daha sağlam səviyyəyə daşıya bilər.
Fiziki sağlamlıqda boğaz, böyrəklər və dəri problemlərinə qarşı diqqətli olmalısan. Həftənin sonuna yaxın isə gözləmədiyin dəstək və ya maddi imkanla qarşılaşa bilərsən.
Əqrəb bürcü (23 oktyabr - 21 noyabr)
Bu həftə Əqrəblər üçün "özüm" və "biz" tarazlığı, şəxsi dəyişiklik və münasibətlərdə məsuliyyət dövrüdür. Ayın öz bürcündə olması ilə həftəyə dərin duyğular və güclü sezgilərlə başlayırsan. Özünü ifadə edərkən qətiyyətli olacaqsan, amma kənardan sərt görünə bilərsən. Ona görə ünsiyyətdə daha yumşaq və anlayışlı olmağa çalış.
Həftənin ortasında münasibətlərdə qarşı tərəfin sərhədlərinə hörmət etmək vacib olacaq. Sevgililər səndən daha çox emosional dəstək gözləyə bilər. Subay Əqrəblər üçün isə bu həftə dərin ruhani əlaqə quracaqları biri ilə tanışlıq mümkündür. Maddi baxımdan isə gözlənilməz hadisələr və çətinliklər çıxarsa, soyuqqanlı qalmaq lazımdır.
Sağlamlıq baxımından bel, sidik yolları və cinsiyyət orqanlarına diqqət etməlisən. Bitki əsaslı müalicələr və su terapiyası bədəninə yaxşı təsir edəcək. Həftə sonu isə sezgilərin güclənəcək və yuxuların sənə vacib işarələr verə bilər.
Oxatan bürcü (22 noyabr - 21 dekabr)
Bu həftə Oxatanlar üçün daxili təmizlənmə, ruhən yenilənmə və özünü daha yaxşı tanımaq vaxtıdır. Həftənin ilk günlərində enerjin aşağı ola bilər, özünü yorğun, dalğın və ruhsuz hiss edə bilərsən. Amma bu vəziyyəti şəxsi inkişaf üçün istifadə etsən, özün haqqında dərin anlayışlar əldə edə bilərsən. Meditasiya, yoqa sənə çox yaxşı təsir edəcək.
Həftənin ortasında Ay sənin bürcünə keçir və enerjin sürətlə artacaq. Uzun zamandır başlayıb çəkinidiyin işə başlamaq üçün ideal vaxtdır. Təhsil, seminarlar, sosial media layihələri və reklam işləri ilə məşğul olmaq üçün əlverişli dövrdür. Ancaq sevgi həyatında bir az çaşqınlıq və xəyallara qapılmaq təhlükəsi var. Qarşındakı insanı həddindən artıq ideallaşdırmadan, real olmağa çalışmalısan.
Sağlamlıqda isə ayaqlar, topuq hissəsi və qaraciyər həssas ola bilər. İdman edərkən özünü yormamağa və kifayət qədər dincəlməyə diqqət yetirməlisən.
Oğlaq Burcu (22 Dekabr - 19 Yanvar)
Bu həftə Oğlaq bürcləri üçün sosial çevrələr, dostlar və gələcək planlar ön plana çıxır. Dost çevrəsində bəzi gizli qalmiş məsələlər gündəmə gələ bilər. İstəmədən də olsa, bəzi insanlarla yollarını ayırmaq istəyi hiss edə bilərsən. Həftənin ortasında isə Oxatan bürcündəki Ay enerjisi ilə birlikdə daha çox gələcəyinlə bağlı planlar qurmağa başlaya bilərsən. Yeni layihələrə başlamaq, şəbəkəni genişləndirmək üçün əlverişli dövrdür.
Maddi mövzularda ehtiyatlı olmalısan; dost çevrəsindən gələn yatırım təklifi cazibədar görünsə də, riskləri düzgün analiz etmədən qərar vermə. Sağlamlıq baxımından dizlər, sümük quruluşu və dəri həssas ola bilər. Özünə qayğı göstərmək vacibdir.
Dolça Burcu (20 Yanvar - 18 Fevral)
Bu həftə Dolça bürcləri üçün kariyera, ictimai mövqe və gələcək hədəflər ön plandadır. Ayın Əqrəb bürcündəki təsiri ilə iş həyatında duyğusal qərarlar verməkdən çəkinməlisən. Özünü ifadə etmək istəsən də, həssas məsələlərdə diplomatik olmaq daha faydalı olacaq.
Həftə ortasında Ayın Oxatan bürcünə keçməsi ilə dostlarla daha aktiv sosiallaşa bilərsən, yeni tanışlıqlar və iş birliyi imkanları gündəmə gələ bilər. Xüsusilə həftə sonuna doğru iş yerində yanlış anlaşılmalar və gözlənilməyən xırda problemlər yarada bilər. Sağlamlıq sahəsində ayaq biləklərinə və sinir sisteminə diqqət yetirmək önəmlidir.
Balıq Burcu (19 Fevral - 20 Mart)
Balıq bürcləri üçün bu həftə ruhsal inkişaf, uzaq səfərlər, təhsil və dünyagörüşünü genişləndirmək önə çıxır. Ayın Əqrəb bürcündəki təsiri ilə özünü daha dərindən sorğulaya, həyata fərqli prizmadan baxmağa başlaya bilərsən. Hafta başında sənə ilham verəcək fikir ya da müəllim ilə qarşılaşa bilərsən.
Ayın Oxatan bürcünə keçməsi ilə kariyera sahəsində sürətli dəyişikliklər yaşana bilər. Planlaşdırmadığın bir məsuliyyət üstünə gələ bilər, ani qərarlara qarşı açıq qalmalısan. Həftə sonuna doğru motivasiyanda dalğalanmalar ola bilər. Aldığın xəbərləri dərhal doğru qəbul etmə; hər şeyin dərinini yoxlamaq vacibdir. Fiziki olaraq isə dəniz məhsulları və su tərkibli qidalar bu həftə sənə daha çox yaxşı gələcək.
Ulduz Son.az
Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Ç

Hollandiyada yerləşən məşhur tərəvəz istehsalçısı HAK bəzi konservl

"Qarabağ" Premyer Liqanın yeni çempionu oldu – Paltardəyişmə otağında

Maşın yumağa getmişdilər, bir ailənin 3 üzvü öldü

Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərin

1975-ci ilin Bakı səhəri... Küçələri yenicə yuyulmuş şəhərin dar sə

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub aras�

21 aprel tarixində vəfat edən Papa Fransisk üçün Vatikanın Müqəddəs Py

Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz B

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT Plat

Yer Kürəsinin manyetik sahəsi - manyetosfer - Günəşdən gələn yüklü hi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı apa

Yeni həftə beş bürcün nümayəndələri üçün əsl möcüzə olacaq. Taro

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 25 aprel tarixində baş ver�

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Məd�
