Qurban Qurbanov hamı ilə görüşdü Bir ondan başqa
Digərləri 28 Apr 2025 10:46:00 67 0
"Qarabağ" Premyer Liqanın yeni çempionu oldu – Paltardəyişmə otağında maraqlı anlar yaşandı
Bu xəbəri də oxu: 7 yaşlı uşaq qıcolmadan öldü
Xəbər verdiyimiz kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olub.
Son.az xəbər verir ki, Ağdam təmsilçisi 32-ci turun "Sabah"la qarşılaşmasında 1:1 hesablı heç-heçə edərək çempionluğu rəsmiləşdirib və qızıl medallara sahib çıxıb. Qarşılaşmadan dərhal sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov paltardəyişmə otağında komanda üzvləri ilə görüşərək onların hər birini təbrik edib.
Lakin həmin anlarda maraqlı və bir qədər də gərgin bir məqam yaşanıb. Belə ki, Qurban Qurbanov bütün futbolçularla əl verib görüşdüyü halda, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Bəhlul Mustafazadənin bu vəziyyətdən narazı qaldığı və hisslərini gizlədə bilmədiyi açıq-aşkar görünür.
Hadisə azarkeşlər və futbol ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub. İzləyicilər bu hadisənin təsadüfi olub-olmaması, yoxsa arxa planda başqa səbəblərin olub-olmaması barədə fərqli fikirlər irəli sürüblər.
Hazırda nə Qurban Qurbanov, nə də Bəhlul Mustafazadə məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Kənan Son.az
Maşın yumağa getmişdilər, bir ailənin 3 üzvü öldü

Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərin

1975-ci ilin Bakı səhəri... Küçələri yenicə yuyulmuş şəhərin dar sə

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub aras�

21 aprel tarixində vəfat edən Papa Fransisk üçün Vatikanın Müqəddəs Py

Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz B

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT Plat

Yer Kürəsinin manyetik sahəsi - manyetosfer - Günəşdən gələn yüklü hi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı apa

Yeni həftə beş bürcün nümayəndələri üçün əsl möcüzə olacaq. Taro

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 25 aprel tarixində baş ver�

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Məd�

Bu gün Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqət

Azərbaycan mədəniyyəti tarixində öz dəsti-xətti, öz imzası ilə iz qoy

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
