Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı FOTO
Siyasət 25 Apr 2025 16:31:00 429 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Ağalar Əliyev ifadə verib və sualları cavablandırıb.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, zərərçəkmiş şəxs Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib.
O, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olan vaxt hüquq mühafizə orqanlarında çalışdığını deyib.
A.Əliyev "Miatsum hərəkatı" prosesinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını bildirib: "Dedilər ermənilər tələb edir ki, Qarabağ Ermənistana verilməlidir".
O, vertolyotların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Ermənistana və geriyə hərəkət etməsindən də bəhs edib: "Vertolyotları özüm görmüşəm. Ermənistandan adam da daşınırdı, silah da daşınırdı".
Zərərçəkmiş şəxs daha sonra dövlət ittihamçılarının, zərərçəkmiş şəxslərin nümayəndələrinin, müdafiə tərəfinin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.
"Xural" internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəh
25 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşı
Zaqatala sakinləri bazardakı qiymətlərdən şikayət edirlər.Sosial şəbə
"JTI Caucasus" şirkəti, "JT Group"-un ən yeni və qabaqc�
Bu gün Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi
Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlü
"Apple" "iPhone" istifadəçilərinə təhlükəsizliklə b
Moskva vilayətinin Balaşixa şəhərində partlayış baş verib.
İstanbul və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündəki zəlzələ
Son dövrlərdə, çox sayda istifadəçi Android smartfonlarına "WhatsApp
"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırs
