“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir


Digərləri 25 Apr 2025 15:50:00 96 0

“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, "JT Group"-un ən yeni və qabaqcıl "Ploom X Advanced" tütün qızdırma sisteminin Azərbaycanda satışa çıxarıldığını elan edir. "Ploom X" cihazı Bakıda seçilmiş satış nöqtələrində və onlayn www.ploom.az vebsaytında təqdim olunacaq.

"Azərbaycanda Ploom-un təqdimatı JTI şirkətinin istehlakçılarımızın dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ məhsullara investisiya qoymağa sadiqliyini nümayiş etdirir. Biz, az riskli məhsullar sahəsində yolun əvvəlindəyik və qızdırılan tütün kateqoriyasında mövcudluğumuzu genişləndirmək üçün iddialı planlarımız var. Azərbaycan, Qafqaz regionunda bu kateqoriyaya daxil olan ilk ölkədir və bu, bizim üçün əlamətdar bir hadisədir. Məqsədimiz istehlakçılarımız üçün dəyərli anlar yaratmaqla yanaşı, onların və fəaliyyət göstərdiyimiz cəmiyyətin daha yaxşı gələcəyinə töhfə verməkdir", deyə "JTI Caucasus" şirkətinin baş direktoru Sergey Buksa bildirib.

Azərbaycan "Ploom" cihazını təqdim edən regionun ilk ölkəsidir. Bu təqdimat Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Çexiya, Litva, İsveçrə, Polşa, Macarıstan, Rumıniya, İspaniya və digər ölkələrdə uğurla həyata keçirilən təqdimatlardan sonra baş tutur. "JT Group" 2025-2027-ci illər ərzində əsasən tütün qızdırma sistemləri kateqoriyasında olmaqla, dünya üzrə Az Riskli Məhsullar sahəsinə təxminən 650 milyard yapon yeni məbləğində sərmayə qoymağı planlaşdırır.

Yaponiyadan qabaqcıl texnologiya

"Ploom X Advanced" cihazı şirkətin texnoloji irsini əks etdirir.  HeatFlow™ texnologiyası sayəsində cihaz saniyələr ərzində optimal istilik paylanmasını təmin etməklə yanaşı, tüstüsüz və külsüz daha zəngin təcrübə təqdim edir. Tütün çubuqları isitmə elementi ilə birbaşa təmasa keçmədən, istilik hava axını vasitəsilə ötürülür.

Zərif dizaynı ilə seçilən Ploom X Advanced görünən düymə olmadan hazırlanıb və innovativ "IntuiTouch" sistemi ilə idarə olunur. LED indikatorlar vasitəsilə cihazın istifadəyə hazır olması, batareyanın şarj səviyyəsi və digər göstəricilər aydın şəkildə əks etdirilir.

"Ploom X Advanced" cihazı ilə qısa tanışlıq

Uzunmüddətli sessiyalar: "Ploom X Advanced" cihazı ilə istifadəçilər 5 dəqiqəlik sessiya ərzində istənilən qədər təcrübə yaşaya bilərlər.  Asan istifadə və etibarlılıq: Tam şarj olduqda cihazın batareyası 20-dən çox çubuq istifadə imkanı yaradır və USB-C vasitəsilə asanlıqla enerji ilə təmin edilir.  Unikal dizayn: "Ploom X Advanced" cihazı öz orijinal, praktik və kompakt dizaynı ilə seçilir. İstehlakçılar müxtəlif rənglər və aksesuarlar arasından seçim edərək fərdiliklərini ifadə edə bilərlər.  Müxtəlif tütün qarışıqları: "Sobranie" markalı xüsusi çubuqlar unikal ActivBlend™ və HeatFlow™ texnologiyaları sayəsində intensiv və orijinal tütün təcrübəsi təqdim edir. 

Əlavə məlumat üçün əlaqə:

JTI Azerbaijan

Korparativ Əlaqələr və Kommunikasiya   

+994 512307817

[email protected]

"JT" Şirkətlər Qrupunun üzvü olan "JTI" dünyanın 130-dan çox bazarında fəaliyyət göstərən aparıcı beynəlxalq tütün şirkətidir. Şirkət "Winston" və "Camel" kimi dünya üzrə ikinci və üçüncü ən böyük siqaret markalarının sahibidir. Digər qlobal markalara "MEVIUS" və "LD" daxildir. "JTI" həmçinin "Ploom" qızdırılan tütün cihazı, "Logic" veypinq cihazı və "Nordic Spirit" nikotin yastıqları ilə Az Riskli Məhsullar kateqoriyasında güclü mövqeyə malikdir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən şirkətin 46,000-dən çox əməkdaşı var və 2025-ci ildə ardıcıl olaraq on birinci dəfədir ki, "Qlobal Ən Yaxşı İşəgötürən" ("Global Top Employer") adına layiq görülüb. Ətraflı məlumat üçün: www.jti.com.

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın xatirəsi yad edilib like
  • 25 Apr 15:38  
Siyasət Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın xatirəsi yad edilib

Bu gün Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili

arrow Ətraflı
Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb like
  • 25 Apr 15:26  
Digərləri Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi

arrow Ətraflı
Bakıda yol üstündə dava like
  • 25 Apr 14:59  
Kriminal Bakıda yol üstündə dava

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.

arrow Ətraflı
Bu proqramı dərhal telefondan silin  Pulunuzu kartlardan like
  • 25 Apr 14:48  
Digərləri Bu proqramı dərhal telefondan silin Pulunuzu kartlardan

"Apple" "iPhone" istifadəçilərinə təhlükəsizliklə b

arrow Ətraflı
Moskvada partlayış: Rus general öldü like
  • 25 Apr 14:36  
Dünya Moskvada partlayış: Rus general öldü

Moskva vilayətinin Balaşixa şəhərində partlayış baş verib.

arrow Ətraflı
İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək? like
  • 25 Apr 14:24  
Digərləri İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

İstanbul və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündəki zəlzələ

arrow Ətraflı
Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər  DİQQƏT like
  • 25 Apr 14:12  
Digərləri Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər DİQQƏT

Son dövrlərdə, çox sayda istifadəçi Android smartfonlarına "WhatsApp

arrow Ətraflı
Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ayıbdır, utanmırsan?" like
  • 25 Apr 14:00  
Şou-biznes Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ayıbdır, utanmırsan?"

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırs

arrow Ətraflı
Prezident və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub like
  • 25 Apr 13:38  
Siyasət Prezident və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
Meyxanaçı həbs edildi like
  • 25 Apr 13:33  
Şou-biznes Meyxanaçı həbs edildi

Gəncə şəhərində meyxanaçı həbs edilib.

arrow Ətraflı
"Apple"dan Çinə zərbə like
  • 25 Apr 13:32  
Digərləri "Apple"dan Çinə zərbə

ABŞ ilə Çin arasında davam edən gömrük müharibəsi fonunda "Apple&q

arrow Ətraflı
“Qadın kimi xoşbəxt olmadım” like
  • 25 Apr 13:21  
Şou-biznes “Qadın kimi xoşbəxt olmadım”

Xalq artisti Məleykə Əsədova efirlərin birində qonaq olub.

arrow Ətraflı
Toydan sonra ƏDV niyə verilmir? like
  • 25 Apr 13:13  
Digərləri Toydan sonra ƏDV niyə verilmir?

Toydan sonra ƏDV (Əlavə Dəyər Vergisi) verilməməsi məsələsi Azərbayca

arrow Ətraflı