Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub FOTO
Kriminal 19 Apr 2025 17:42:00 104 0
23-29 aprel tarixlərində Bakıda keçiriləcək Fidan Hacıyeva adına II Beynəlxalq Opera Festivalının proqramı təqdim olunmuşdur. Yeddi gün ərzində paytaxtın müxtəlif səhnələrində həm tanınmış ifaçıların, həm də ilk dəfə böyük səhnəyə qədəm qoyacaq 6-16 yaş arası gənc istedadların iştirakı ilə möhtəşəm konsertlər təşkil olunacaq. Festival çərçivəsində keçiriləcək bütün tədbirlərdə Azərbaycanın Xalq artisti Fidan Hacıyeva çıxış edəcəkdir.
Bu xəbəri də oxu: Bakıda apteklər şəbəkəsinin müdiri döyüldü
23 aprel, saat 19:00 Festivalın açılışı, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının yeni səhnə quruluşu ilə başlayacaq. Tamaşa Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasının səhnəsində təqdim olunacaq. Bu səhnələşmədə Fidan Hacıyeva Vokal Məktəbinin Opera Teatrı istedadlı şagirdləri baş rollarda çıxış edəcəklər. Onlar arasında: Vüqar Hacıyev (Əsgər), Aysu Əliyeva (Gülçöhrə), Rauf Məmmədzadə (Süleyman), Şahirə Rzayeva (Asya), Nurlana Əsgərova (Telli). Xalq artisti Fidan Hacıyeva - Cahan xala obrazında, Vəli rolunu Əməkdar artist Tural Ağasıyev, Sultanbəy rolunu isə həm də tamaşanın quruluşçu rejissoru olan Əməkdar artist Fərid Əliyev canlandıracaq. Dirijor - Xalq artisti Cavanşir Cəfərov.
24 aprel, saat 19:00 Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində şagirdlərinin və şəhid mayor Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın rəhbərlik etdiyi "Şəhid övladları İncəsənət Akademiyası" iştirakı ilə "Qəlbimizdə yaşayanlar" adlı konsert təqdim olunacaq.
25 aprel, saat 19:00 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Gənc opera ulduzları" adlı konsert keçiriləcək. Konsertdə qadın kamera orkestri MEZZO və gənc istedadlar çıxış edəcək.
Bilet: iTicket
26 aprel, saat 14:00 Fidan Hacıyeva Vokal Məktəbinin "Belcanto" konsert zalında "Opera tarixi" adlı konsert təqdim olunacaq. Konsertdə məktəbin yetirmələri çıxış edəcək.
Bilet: iTicket
Türkiyənin siyasət, mədəniyyət və incəsənət xadimləri arasında çoxl

Qısa müddət əvvəl ekranlara vida edən "Yalı Çapkını" serial�

Hüquqi baxımdan çıxarışı olan binadan mənzil almaq daha məqsədə müva

Qaraciyəri solda, ürəyi sağda - Dünyada cəmi 30 nəfərdə rast gəlinən

Rusiyanın Xalq artisti Mixail Boyarski üç metr hündürlükdən yıxılaraq x

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi

"Miss Azərbaycan"nın qalibi Səmra Hüseynova açıqlaması marağa

İsrail yaxın aylarda İranın nüvə infrastrukturlarına məhdud zərbələr

Həftənin sonuna doğru bürcün bəzi əlamətləri çətin anlardan keçməli

Amerika hakimiyyəti Moskva və Kiyev arasında imzalanmış sülh sazişi çər

Siz heç vaxt düşünməzdiniz, amma gündəlik vərdişə çevrilmiş saqqız

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Li

"Başın xarabdır, həkimə get"
