Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? Hansı daha SƏRFƏLİDİR?


Digərləri 19 Apr 2025 17:06:00 118 0

Bünövrədən, yoxsa hazır binadan mənzil alaq?  Hansı daha SƏRFƏLİDİR?

Hüquqi baxımdan çıxarışı olan binadan mənzil almaq daha məqsədə müvafiqdir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

O qeyd edib ki, belə mənzillərin gələcəkdə hüquqi problemləri ortaya çıxmayacaq.

"Çıxarışı olmayan binalardan mənzil alan şəxslər sonradan böyük problemlərlə üzləşirlər. Hazırda da bu problemlər var. Bütün tələb olunan sənədlər müvafiq icra qurumlarına təqdim edildikdən sonra bina qanunlara və normativ sənədlərə uyğun inşa edilibsə həmin bina təhvil-təslim aktı ilə təmin edilir. Belə olduğu halda müvafiq əmlak xidməti binada mənzil alan şəxslərə mülkiyyət sənədi təqdim edir.

Əgər vətəndaş dəqiqləşdiribsə, tikinti şirkətinin bütün sənədləri yerindədir və bina hazır olandan sonra mənzilinə çıxarış alacaq belə binalardan da mənzil almaq olar. Adətən bünövrədən mənzil alanların əksəriyyəti investisiya məqsədi ilə alanlardır. Əgər bu gün hər hansı şəxsə təcili mənzil lazımdırsa, o hazır mənzil alır. Lakin investisiya qoyaraq gələcəkdə daşınmaz əmlakın qiymətinin bahalaşacağını nəzərə alaraq bünövrədən mənzil alırlar. Bu da bazarda təməldən olan mənzillərin populyar olmasına gətirib çıxarır. Əvvəllər sənəd təqdim olunmadığına və tikintisi başa çatmadığına görə, həmin mənzilləri alarkən insanlar tərəddüd edirdi. Çünki bununla bağlı insanlar bir çox problemlər yaşayır. Bəzi tikinti şirkətləri pulları alaraq binanın tikintisini başa çatdırmayıblar. Elə olub ki, bina tikintisi başa çatsa da, təhvil-təslim aktını əldə etmək mümkün olmayıb. Normativ qaydalara uyğun tikinti aparılmadığından müvafiq dövlət qurumları tərəfindən binalara çıxarışlar təqdim olunmayıb. İndiki halda vətəndaş təməldən mənzil alırsa tikinti şirkətinin sənədləri ilə tanış olmalıdır", - o deyib.

Ekspert qeyd edib ki, həmin ərazinin ümumi bir çıxarışı olmalıdır:

"Sonra həmin sənəddən müvafiq hissələr bölünməlidir və ayrılmalıdır. Bu baxımdan məsləhət görürəm ki, vətəndaşlarımız bu məsələdə konsaltinq şirkətləri ilə birgə həll etsinlər. Hər hansı bir problem olarsa da, konsaltinq şirkəti müqavilə əsasında yarana biləcək problemi öz üzərinə götürsün. Hüquqi cəhətdən aydınlaşdırsın. Gələcəkdə mənzil tikintisinin başa çatdırılmasından sonra hər hansı sənədin alınıb-alınmaması ehtimalı varsa vətəndaş həmin mənzili almasın".

V. Oruc bildirib ki, sərfəlilik baxımından əvvəllər təməldən olan tikililər daha ucuz idi.

"Tutaq ki, hər hansı bir ərazidə hazır binalarda 1 kvadrat 2.000 idisə, təməl binalarda 1.500-1.600 manat idi. Bu da vətəndaşların büdcələrinə uyğun olurdu. Buna görə də təməl tikintilərə üstünlük verirdilər. Amma indiki halda daşınmaz əmlak biznes məqsədli olduğuna görə hətta təməl tikintilər bəzi yerlərdə daha yüksək qiymətə təklif olunur. Bu zaman sahibkarlar nəzərə alırlar ki, hazır binalar bu gün satılır. Təməl tikililər isə altı ay və yaxud bu il sonra satılacaq. Həmin dövrdə həm iqtisadi durum, həm manatın alıcılıq qabiliyyəti, eyni zamanda daşınmaz əmlakın qiymətində baş verə biləcək dəyişikliklər, proqnozlar və s. bunları hesablayaraq, əgər hazır bina 2.000 manatdırsa təməl tikililər 2.500 manata təklif olunur. Elə yerlər var ki, təməl tikililər hətta 4.000 manata təklif olunur", - o əlavə edib.

Daşınmaz əmlak satışı ilə məşğul olan Fuad Yusifov isə Trend-ə qeyd edib ki, tikintisi hələ davam edən binalarda müəyyən qeyri-müəyyənliklər, tikinti keyfiyyəti ilə bağlı problemlər, çətinliklər ola bilər.


Xəbərə aid video

Bu adamın qaraciyəri solda, ürəyi sağdadır like
  • 19 Apr 16:54  
Digərləri Bu adamın qaraciyəri solda, ürəyi sağdadır

Qaraciyəri solda, ürəyi sağda - Dünyada cəmi 30 nəfərdə rast gəlinən

arrow Ətraflı
Məşhur aktyor səhnədən yıxıldı  vəziyyəti ağırdır like
  • 19 Apr 16:53  
Şou-biznes Məşhur aktyor səhnədən yıxıldı vəziyyəti ağırdır

Rusiyanın Xalq artisti Mixail Boyarski üç metr hündürlükdən yıxılaraq x

arrow Ətraflı
4 kq narkotiki görün evdə harda gizlədiblər like
  • 19 Apr 16:42  
Kriminal 4 kq narkotiki görün evdə harda gizlədiblər

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 19 Apr 16:35  
Digərləri Azərbaycanda zəlzələ oldu

Yardımlıda 3,3 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
"SevilSevinc, Səmra, Miri Yusif 1000 manatı mənə çox gördü" like
  • 19 Apr 16:30  
Şou-biznes "SevilSevinc, Səmra, Miri Yusif 1000 manatı mənə çox gördü"

"Miss Azərbaycan"nın qalibi Səmra Hüseynova açıqlaması marağa

arrow Ətraflı
İsrailin İrana zərbə endirəcəyi tarix bəlli oldu like
  • 19 Apr 16:18  
Dünya İsrailin İrana zərbə endirəcəyi tarix bəlli oldu

İsrail yaxın aylarda İranın nüvə infrastrukturlarına məhdud zərbələr

arrow Ətraflı
Bu BÜRCLƏR həftə sonunda "Qara zolaq"a düşəcək: göz yaşları axıdacaqlar like
  • 19 Apr 16:09  
Digərləri Bu BÜRCLƏR həftə sonunda "Qara zolaq"a düşəcək: göz yaşları axıdacaqlar

Həftənin sonuna doğru bürcün bəzi əlamətləri çətin anlardan keçməli

arrow Ətraflı
Bu ölkə Krımı Rusiya ərazisi kimi tanıyacaq? like
  • 19 Apr 16:08  
Dünya Bu ölkə Krımı Rusiya ərazisi kimi tanıyacaq?

Amerika hakimiyyəti Moskva və Kiyev arasında imzalanmış sülh sazişi çər

arrow Ətraflı
Saqqızla bağlı bilmədiyimiz şok həqiqət like
  • 19 Apr 15:56  
Digərləri Saqqızla bağlı bilmədiyimiz şok həqiqət

Siz heç vaxt düşünməzdiniz, amma gündəlik vərdişə çevrilmiş saqqız

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: bu küçədə hərəkət like
  • 19 Apr 15:52  
Digərləri Sürücülərin NƏZƏRİNƏ: bu küçədə hərəkət

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Li

arrow Ətraflı
Medvedyevin yaxta kolleksiyas: biri 100 milyon DOLLAR like
  • 19 Apr 15:32  
Digərləri Medvedyevin yaxta kolleksiyas: biri 100 milyon DOLLAR

Rusiyanın keçmiş prezidenti və baş naziri Dmitri Medvedyevin 100 milyon dol

arrow Ətraflı
Vəziyyəti ağır olan türkiyəli aktyorun qəzadan sonra ilk GÖRÜNTÜSÜ like
  • 19 Apr 15:31  
Şou-biznes Vəziyyəti ağır olan türkiyəli aktyorun qəzadan sonra ilk GÖRÜNTÜSÜ

Xəbər verildiyi kimi, TRT-nin "Gönül dağı" serialının baş rol

arrow Ətraflı
Bulvarda dənizdən meyit tapıldı like
  • 19 Apr 15:26  
Digərləri Bulvarda dənizdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Tramp tarixə düşdü like
  • 19 Apr 15:20  
Dünya Tramp tarixə düşdü

ABŞ Prezidenti Donald Tramp hakimiyyətinin ikinci dövrünün ilk 100 gününd

arrow Ətraflı