Okeanlar artıq mavi rəngdə olmayacaq Bənövşəyi və ya qırmızı...
Dünya 18 Apr 2025 08:35:00 137 0
Yer kürəsinin səthinin dörddə üçünü əhatə edən okeanlar zamanla rəngini dəyişə bilər.
Bu xəbəri də oxu: İylə, saatına 50 manat qazan Qəribə iş elanı
Son.az xəbər verir ki, "Nature" jurnalında dərc olunan son araşdırmaya əsasən, okeanlara rəng verən komponentlərdə baş verən dəyişikliklər nəticəsində onların gələcəkdə bənövşəyi rəngə çevrilməsi ehtimalı var.
Tədqiqatçılar bildirirlər ki, Yerə kosmosdan baxdıqda "solğun mavi nöqtə" kimi görünməsinə baxmayaraq, qədim dövrlərdə - təxminən 3,8-1,8 milyard il əvvəl - okeanların rəngi yaşılımtıl olub. Bu dövrdə atmosferdə sərbəst oksigen olmayıb, planetdə yalnız birhüceyrəli orqanizmlər mövcud olub.
Okeanlara yağıntılarla axan dəmir və vulkanik fəaliyyət nəticəsində əmələ gələn dəmir birləşmələri suyun kimyasına təsir edərək, rəngin formalaşmasında əsas rol oynayıb. Anaerob (oksigensiz) fotosintez prosesi nəticəsində suya ayrılan oksigen bu dəmir birləşmələri ilə reaksiya verərək okean sularını yaşıla çevirib.
Alimlərin qənaətinə görə, okeanların rəngi zamanla bənövşəyi, qırmızı və ya qəhvəyi rəngə keçə bilər.
Bənövşəyi rəngin yaranması, oksigenin az, kükürdün yüksək olduğu mühitlərdə inkişaf edən bənövşəyi kükürd bakteriyaları ilə əlaqələndirilir. Qırmızı rəng isə dəmirlə zəngin axınlar və ya bəzi yosunların yaratdığı "qırmızı gelgit" hadisələri nəticəsində əmələ gələ bilər.
Mütəxəssislər bildirirlər ki, gələcəkdə Günəşin yaydığı ultrabənövşəyi şüaların artması bu dəyişikliklərə təkan verə bilər.
Fidan Son.az
Xalq şairi Vahid Əziz Sevgililər Günü ilə bağlı maraqlı açıqlamalar v

Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərd�

Meqa-star Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi keçirilib.

Çində fəaliyyət göstərən bir şirkətin qərarı ölkə mediasında geni�

Astroloqların fikrincə, bəzi bürc kişiləri xüsusilə qaynanaların seviml

Rusiyada ana körpəsini divara çırpıb.

Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımında

Amerikalı aktrisa Mişel Traxtenberqin ölüm səbəbi açıqlanıb.

Türkiyədə kişi musiqi sədaları altında əməliyyat olunub.

Qərar verəcəksinizsə, mütləq bir qadınla məsləhətləşin.

Türkiyədə şöhrət qazanan azərbaycanlı aktrisa Nesrin Cavadzade tətilə

"Əvvəllər biz elə mahnılar oxuyurduq ki, sənət göstərə bilək. Am

Bir çox insan pəhrizə keçmək istədikdə yalnız artıq çəkidən qurtulma

Ən asan və ləzzətli cheesecake resepti sobasız hazırlanır və az inqrediy
