İmmuniteti gücləndirən möcüzə: Qırmızı kələmin faydaları


Digərləri 18 Apr 2025 06:06:00 124 0

İmmuniteti gücləndirən möcüzə: Qırmızı kələmin faydaları

Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımından yüksək dəyəri ilə sağlam qidalanmada mühüm yer tutur.

Son.az xəbər verir ki, sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyan bu tərəvəz, immunitet sistemini gücləndirməklə yanaşı, ürək və damar sağlamlığını da dəstəkləyir.

Mineral və vitamin baxımından zəngin mənbə

Qırmızı kələm A, B6, C və K vitaminləri ilə yanaşı, maqnezium, fosfor, kalsium, kalium, dəmir, sink və mis kimi vacib minerallarla zəngindir. Fitokimyəvi tərkibi sayəsində həm çiy, həm də bişmiş formada sağlam qidalanma üçün ideal seçimdir.

Həzm sisteminə müsbət təsir göstərir

Liflə zəngin olan qırmızı kələm mədə-bağırsaq sisteminin daha yaxşı işləməsinə kömək edir. Salat formasında qəbul edildikdə, həzmi yüngülləşdirir və mədə problemlərini aradan qaldırmağa yardım edir.

Dərinin sağlam görünməsinə kömək olur

Tərkibindəki C vitamini sayəsində kolagen istehsalını artıran qırmızı kələm, dərini gənc və elastik saxlamağa kömək edir. Eyni zamanda nəmləndirici xüsusiyyəti ilə dərinin qurumasının qarşısını alır və ləkələrin azalmasına dəstək verir. Antiinflamatuar təsiri ilə sızanaq və digər iltihablı dəri problemlərinin qarşısını ala bilər.

İmmunitet sistemini möhkəmləndirir

Tərkibində bol miqdarda C vitamini və antioksidant olan qırmızı kələm, mövsümi xəstəliklərə qarşı bədəni qoruyur. Xüsusilə salat və ya şirə formasında mütəmadi olaraq istifadə edildikdə immunitet sistemini gücləndirir.

Bağırsaq sağlamlığını qoruyur

Qırmızı kələmin antioksidant və liflə zəngin tərkibi, bağırsaqların fəaliyyətini tənzimləyir və mikroblara qarşı qoruyucu təsir göstərir. Xüsusilə bağırsaq problemi yaşayanlar üçün qırmızı kələm suyu tövsiyə olunur.

Xəstəliklərə qarşı qoruyucu rol oynayır

Qırmızı kələmə tünd rəngini verən antosiyanin maddələri güclü antioksidant xüsusiyyətə malikdir. Tədqiqatlar göstərir ki, antosiyaninlər piylənmə, tip 2 diabet və ürək xəstəlikləri kimi bir sıra xəstəliklərin qarşısının alınmasında təsirli ola bilər.

Turşusu da faydalıdır

Qırmızı kələm turşu formasında da istifadə oluna bilər. Turşunun tərkibinə əlavə edilən sirkə və limon suyu onun faydasını daha da artırır. Xüsusilə sirkəli versiyası bağırsaq florası üçün faydalıdır.

Qırmızı kələm necə saxlanılmalıdır?

Qırmızı kələm soyuducuda doğranmış formada və ya turşu şəklində uzun müddət təravətini qoruya bilər. Hava keçirməyən qablarda limon və ya sirkə ilə saxlanması tövsiyə olunur. Turşu hazırlanarkən isə əvvəlcə doğranıb duzda gözlədilir, sonra isə sirkə və limon turşusu ilə fermentasiya edilir./Pravda.az

Aktrisanın ölüm səbəbi bilindi  Ailəsi meyitini yarmağa icazə verməmişdi  FOTO like
  • 18 Apr 05:05  
Digərləri Aktrisanın ölüm səbəbi bilindi Ailəsi meyitini yarmağa icazə verməmişdi FOTO

Amerikalı aktrisa Mişel Traxtenberqin ölüm səbəbi açıqlanıb.

arrow Ətraflı
Musiqi sədaları altında əməliyyat olundu  FOTO like
  • 18 Apr 04:04  
Digərləri Musiqi sədaları altında əməliyyat olundu FOTO

Türkiyədə kişi musiqi sədaları altında əməliyyat olunub.

arrow Ətraflı
Qərar verməzdən əvvəl mütləq qadınla məsləhətləşin like
  • 18 Apr 03:03  
Digərləri Qərar verməzdən əvvəl mütləq qadınla məsləhətləşin

Qərar verəcəksinizsə, mütləq bir qadınla məsləhətləşin.

arrow Ətraflı
Sevgilisindən ayrılan kimi tətilə çıxdı  FOTO like
  • 18 Apr 02:02  
Şou-biznes Sevgilisindən ayrılan kimi tətilə çıxdı FOTO

Türkiyədə şöhrət qazanan azərbaycanlı aktrisa Nesrin Cavadzade tətilə

arrow Ətraflı
“Özümü təhqir olunmuş kimi hiss edirəm” like
  • 18 Apr 01:01  
Şou-biznes “Özümü təhqir olunmuş kimi hiss edirəm”

"Əvvəllər biz elə mahnılar oxuyurduq ki, sənət göstərə bilək. Am

arrow Ətraflı
Məşhur pəhrizlər qaraciyərə necə təsir edir – həkimlərin xəbərdarlığı like
  • 18 Apr 00:48  
Digərləri Məşhur pəhrizlər qaraciyərə necə təsir edir – həkimlərin xəbərdarlığı

Bir çox insan pəhrizə keçmək istədikdə yalnız artıq çəkidən qurtulma

arrow Ətraflı
Nəfəs kirayədə qalırmış  VİDEO like
  • 18 Apr 00:36  
Şou-biznes Nəfəs kirayədə qalırmış VİDEO

Müğənni Nəfəsin kirayədə qaldığı məlum olub.

arrow Ətraflı
Ən asan "cheesecake" RESEPTİ  5 addımda hazırlayın like
  • 18 Apr 00:23  
Digərləri Ən asan "cheesecake" RESEPTİ 5 addımda hazırlayın

Ən asan və ləzzətli cheesecake resepti sobasız hazırlanır və az inqrediy

arrow Ətraflı
Azərbaycanda qadın müğənni qardaşı tərəfindən qətlə yetirildi like
  • 18 Apr 00:12  
Kriminal Azərbaycanda qadın müğənni qardaşı tərəfindən qətlə yetirildi

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində

arrow Ətraflı
"Həkimim dedi ki, yaşamaq, dünyada qalmaq istəyirsənsə…" like
  • 18 Apr 00:11  
Şou-biznes "Həkimim dedi ki, yaşamaq, dünyada qalmaq istəyirsənsə…"

Əməkdar artist Aybəniz Haşımova səhhətində problem yarandığını açı

arrow Ətraflı
Başlıbel faciəsinin ildönümüdür like
  • 18 Apr 00:02  
Digərləri Başlıbel faciəsinin ildönümüdür

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

arrow Ətraflı
Günün qoroskopu: Özünə qayğı göstər like
  • 18 Apr 00:01  
Digərləri Günün qoroskopu: Özünə qayğı göstər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Çavuşoğluya ağır itki like
  • 17 Apr 23:56  
Digərləri Çavuşoğluya ağır itki

Türkiyənin sabiq xarici işlər naziri, AKP-nin Antalyadan olan millət vəkil

arrow Ətraflı
“Bu həftə Rusiyadan cavab alacağıq”  Tramp like
  • 17 Apr 23:48  
Dünya “Bu həftə Rusiyadan cavab alacağıq” Tramp

"ABŞ bu həftə Ukrayna ilə atəşkəslə bağlı Rusiyanın cavabını a

arrow Ətraflı