Bu qaydaları pozan şəxslər 50 min manat cərimələnəcək
Digərləri 11 Apr 2025 12:27:00 122 0
Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşdirilir.
Bu xəbəri də oxu: Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.
Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların və qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 8000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 8000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə fiziki şəxslər 2000 manat məbləğində, vəzifəli şəxslər 6000 manat məbləğində, hüquqi şəxslər 8000 manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.
Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə 600 manat məbləğində cərimə ediləcək.
Heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə 3000 manat məbləğində cərimə ediləcək.
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.
Şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədə malik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habelə aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiq təlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təmin edilməməsinə görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 8000 manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.
Müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyasının fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 7000 manat məbləğində, hüquqi şəxslər 15 min manat məbləğində cərimə ediləcək.
Məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə fiziki şəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər 7000 manat məbləğində, hüquqi şəxslər 17 min manat məbləğində cərimə ediləcək.
Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı gü

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib.

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, R

Yanvar ayında Cənubi Afrikada helikopter qəzasının səbəbi məlum olub.

Pekin Seysmoloji Agentliyinin mütəxəssisləri Asiya ərazisində növbəti bi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Keniyaya səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşl�

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün 3

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənmə

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin əsas mərhələsi o

2023-cü ilin avqust ayından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentli

Rusiyanın Moskva şəhərində Azərbaycan vətəndaşı Şahin Abbasov və onu
