Hərbi forma geyinməyə xüsusi günlərdə icazə veriləcək


Digərləri 11 Apr 2025 12:24:00 112 0

Hərbi forma geyinməyə xüsusi günlərdə icazə veriləcək

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə daşıya bilərlər.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin "e" və "ə" bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir.

Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.

Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib like
  • 11 Apr 12:21  
Digərləri Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib.

arrow Ətraflı
"Baş redaktor"a hökm oxundu like
  • 11 Apr 12:16  
Digərləri "Baş redaktor"a hökm oxundu

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, R

arrow Ətraflı
Pinqvin helikopter qəzasına səbəb oldu like
  • 11 Apr 12:06  
Dünya Pinqvin helikopter qəzasına səbəb oldu

Yanvar ayında Cənubi Afrikada helikopter qəzasının səbəbi məlum olub.

arrow Ətraflı
Dağıdıcı zəlzələlər gəlir  Ərazilər AÇIQLANDI like
  • 11 Apr 12:00  
Dünya Dağıdıcı zəlzələlər gəlir Ərazilər AÇIQLANDI

Pekin Seysmoloji Agentliyinin mütəxəssisləri Asiya ərazisində növbəti bi

arrow Ətraflı
Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı like
  • 11 Apr 11:56  
Digərləri Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət

arrow Ətraflı
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib like
  • 11 Apr 11:52  
Digərləri Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

arrow Ətraflı
Tramp Türkiyəyə gedir like
  • 11 Apr 11:50  
Dünya Tramp Türkiyəyə gedir

ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərləri çərçivəsində T

arrow Ətraflı
KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib like
  • 11 Apr 11:47  
Digərləri KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib

Keniyaya səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşl�

arrow Ətraflı
İmamoğlu hakim qarşısına çıxarılır like
  • 11 Apr 11:23  
Digərləri İmamoğlu hakim qarşısına çıxarılır

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün 3

arrow Ətraflı
Taksi sürücülərinin yarıdan çoxu 8 saatdan çox işləyir  SORĞU like
  • 11 Apr 11:18  
Digərləri Taksi sürücülərinin yarıdan çoxu 8 saatdan çox işləyir SORĞU

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənmə

arrow Ətraflı
Sərnişinlərin NƏZƏRİNƏ  Xətt dəyişdirmək üçün bunu edəcəksiniz like
  • 11 Apr 10:21  
Digərləri Sərnişinlərin NƏZƏRİNƏ Xətt dəyişdirmək üçün bunu edəcəksiniz

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin əsas mərhələsi o

arrow Ətraflı
Həmin qəza niyə baş verdi?  Tas dəyişdi, amma hamam eynidi like
  • 11 Apr 10:18  
Digərləri Həmin qəza niyə baş verdi? Tas dəyişdi, amma hamam eynidi

2023-cü ilin avqust ayından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentli

arrow Ətraflı
Moksvada parkinqə görə qətl törədən azərbaycanlıların məhkəməsi başladı like
  • 11 Apr 10:17  
Digərləri Moksvada parkinqə görə qətl törədən azərbaycanlıların məhkəməsi başladı

Rusiyanın Moskva şəhərində Azərbaycan vətəndaşı Şahin Abbasov və onu

arrow Ətraflı
”Bu tıxaclar nə vaxta kimi belə davam edəcək?” like
  • 11 Apr 10:12  
Şou-biznes ”Bu tıxaclar nə vaxta kimi belə davam edəcək?”

Müğənni Mehin Hümbətova tıxaclardan şikayət edib.

arrow Ətraflı