Metroda tikinti işləri bu vaxtdan başlayacaq, 11 ay davam edəcək


Digərləri 11 Apr 2025 09:46:00 119 0

Metroda tikinti işləri bu vaxtdan başlayacaq, 11 ay davam edəcək

Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.

Son.az xəbər verir ki, hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə "28 May" stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə - ən yaxşı halda 4 dəqiqəlik intervalla - platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli - yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq "Dərnəgül" elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə - "Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək "Nizami" stansiyasını birbaşa "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində "Nizami" stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:

"Dərnəgül" istiqamətindən gələn sərnişinlər "Nizami" stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar; "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər isə "28 May" stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

İçərişəhər-28 May-Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.

Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir.

Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün "28 May" stansiyasında həm "İçərişəhər", həm də "Dərnəgül" istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da "28 May" stansiyasından yalnız "İçərişəhər" və "Həzi Aslanov" istiqamətinə, "Cəfər Cabbarlı" stansiyasından isə yalnız "Dərnəgül" və "Xətai" istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.

Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcəkdir.

Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaqdır. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

Bakı Metropoliteni, bu mühüm mərhələnin mümkün qədər operativ şəkildə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edir, sərgilənəcək anlayışa görə sərnişinlərə və ictimaiyyətə təşəkkürünü bildirir.

Daha bir yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı like
  • 11 Apr 09:45  
Digərləri Daha bir yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Yol polisindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ like
  • 11 Apr 09:37  
Digərləri Yol polisindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda

arrow Ətraflı
26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb like
  • 11 Apr 09:28  
Digərləri 26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin xəstəxanada ölüb

26 gün əvvəl avtomobil qəzasında xəsarət alan sərnişin dünən xəstəx

arrow Ətraflı
Həmin taksidəki qadın  “Bir də gördüm ki, uçuram” like
  • 11 Apr 09:28  
Digərləri Həmin taksidəki qadın “Bir də gördüm ki, uçuram”

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda "BYD" markalı avtomobil

arrow Ətraflı
Firad Əliyevə ağır itki like
  • 11 Apr 09:20  
Digərləri Firad Əliyevə ağır itki

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidməti

arrow Ətraflı
3 bürcün həyatında hər şey yaxşıya doğru dəyişəcək like
  • 11 Apr 08:59  
Digərləri 3 bürcün həyatında hər şey yaxşıya doğru dəyişəcək

Bu BÜRCLƏR üçün sevgi və xoşbəxtlik nağılı başladı

arrow Ətraflı
Kreditlə alınan "xoşbəxtlik": Toydan sonra illərlə borc ödəyirlər like
  • 11 Apr 08:52  
Digərləri Kreditlə alınan "xoşbəxtlik": Toydan sonra illərlə borc ödəyirlər

Mağazaların "Kreditlə al, rahat ödə!" reklamları, bloqerlərin d

arrow Ətraflı
Hüseyn Dəryanın oğlu türkiyəli reperlə bir arada like
  • 11 Apr 08:43  
Şou-biznes Hüseyn Dəryanın oğlu türkiyəli reperlə bir arada

Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Muradov sosial şəbəkədə pay

arrow Ətraflı
Qızılın qiyməti yeni rekorda imza atdı like
  • 11 Apr 08:29  
Digərləri Qızılın qiyməti yeni rekorda imza atdı

Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3 212 dollara satıl�

arrow Ətraflı
Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi? like
  • 11 Apr 08:21  
Digərləri Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pens

arrow Ətraflı
Mövqelərimiz atəşə tutuldu like
  • 11 Apr 08:13  
Digərləri Mövqelərimiz atəşə tutuldu

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri To

arrow Ətraflı
Yaşı 40dan yuxarı olan şəxslərə xoş xəbər: ömrünüzü 6 il uzada bilərsiniz like
  • 11 Apr 08:11  
Digərləri Yaşı 40dan yuxarı olan şəxslərə xoş xəbər: ömrünüzü 6 il uzada bilərsiniz

Bu effekt ABŞ-da ən az aktiv 25 faizdə xüsusilə özünü göstərib. 

arrow Ətraflı
Antalya Forumu yeni çoxqütblülüyün aynası kimi like
  • 11 Apr 08:05  
Siyasət Antalya Forumu yeni çoxqütblülüyün aynası kimi

Müasir dünyanın siyasi mənzərəsi getdikcə daha da mürəkkəbləşir; geo

arrow Ətraflı
Berkay Gezgin azadlığa buraxıldı like
  • 11 Apr 07:59  
Digərləri Berkay Gezgin azadlığa buraxıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs e

arrow Ətraflı
Qəzadakı sərnişin: "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırdı" like
  • 11 Apr 07:54  
Digərləri Qəzadakı sərnişin: "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırdı"

Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub

arrow Ətraflı