Kreditlə alınan "xoşbəxtlik": Toydan sonra illərlə borc ödəyirlər
Digərləri 11 Apr 2025 08:52:00 126 0
Mağazaların "Kreditlə al, rahat ödə!" reklamları, bloqerlərin dəbdəbəli həyatları və daha nələr. Günümüzdə xoşbəxtlik çox zaman maddi əşyalarla ölçülür.
Bu xəbəri də oxu: Gözümüzün altı niyə qaralır? Nə etməli?
Bəs kreditlə alınan bu xoşbəxtlik həqiqidirmi, yoxsa müvəqqəti bir illüziyadır?
Baku TV paytaxt sakinlərinin mövzu ilə bağlı fikirlərini öyrənib. Sakinlərin bir çoxu kreditdən uzaq olmağı tövsiyə edib.
"Pulun yoxdursa, evlənmə, nə məcburdur. Toydan sonra illərlə borc ödəyirlər", - deyə sakinlərdən biri söyləyib.
Bəs mütəxəssislər bu məsələyə necə baxırlar?
İqtisadçı Eldəniz Əmirov deyir ki, 2025-ci il fevralın sonuna olan göstəriciyə əsasən, Azərbaycanda 29 milyard 402 milyon manatlıq kredit qoyuluşu formalaşıb. Bunun da böyük hissəsi - 17 milyarddan çoxu ev təsərrüfatlarına düşür:
"Ümumilikdə artım dinamikasında istehlak kreditləri dayanmadan artır. Bunun müsbət tərəfləri ilə yanaşı, ciddi mənfi tərəfləri də var".
Psixoloq Dəniz Umarovanın sözlərinə görə, müəyyən bir məhsulun əldə edilməsi insanlarda özünəinam və xoşbəxtlik hissini artırır. Eyni zamanda, cəmiyyətlə ayaqlaşmaq fürsəti yaradır. Amma bu, müvəqqəti xarakter daşıyır:
"Zamanla xərclərin artması bir sıra psixoloji narahatlıqlara səbəb olur. Bəzən bu hal inklüziv xarakter daşıyır - real problemlərdən qaçmaq, mənfi emosiyalarla mübarizə, özünü təsdiqləmə ehtiyacı fonunda meydana gəlir". Son.az
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Muradov sosial şəbəkədə pay

Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3 212 dollara satıl�

Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pens

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri To

Bu effekt ABŞ-da ən az aktiv 25 faizdə xüsusilə özünü göstərib.

Müasir dünyanın siyasi mənzərəsi getdikcə daha da mürəkkəbləşir; geo

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs e

Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub

Azərbaycan qadını namusunu heç vaxt sevgilisinə, ərinə görə saxlayıb,

Son günlərdə havanın temperaturundakı kəskin dəyişikliklər bir çox öl

ABŞ-ın ən azı 22 ştatında xarici tələbələr Amerika vizalarının səb�

Almaniyanın "Siemens" konserninin İspaniya üzrə filialının rəhb

Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.
