Ana 3 yaşlı qızını amansız şəkildə qətlə yetirdi: Sevdaya ömürlük həbs cəzası
Digərləri 09 Apr 2025 21:39:00 112 0
Konyada, 3 yaşlı qızı Səma Nurun boğazını kəsərək öldürən ana Sevda Kocabıyık, "yaxşı hal" endirimi ilə ömürlük həbs cəzasına məhkum edildi.
Bu xəbəri də oxu: Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI Çantalarınızı hazır saxlayın
Son.az sözcü-yə istinadla xəbər verir ki, hadisə, 25 mart 2023-cü ildə Konyanın Sarayönü rayonunun Karabıyık məhəlləsində baş verib. Üç uşaq anası olan 35 yaşlı Sevda Kocabıyık, əvvəlcə qızı Səma Nurun, sonra isə öz boğazını bıçaqla kəsib. Səma Nur həyatını itirib, ağır yaralanan ana isə Sarayönü Dövlət Xəstəxanasına aparılıb.
Müalicədən sonra saxlanılan Kocabıyık, ağıl və ruhi vəziyyətinin yerində olub-olmadığının müəyyən edilməsi üçün Kayseri Şəhər Xəstəxanasına göndərilib. Burada aparılan yoxlamalardan sonra ağıl və ruhi vəziyyətinin normal olduğu müəyyənləşib və o, həbs edilib.
Sevda Kocabıyık barəsində "Alt soydan olan və özünü müdafiə edə bilməyəcək şəxsə qarşı qəsdən adam öldürmə" maddəsi ilə Konya 4-cü Ağır Cəza Məhkəməsində cinayət işi açılıb.
İddiada qeyd olunub ki, Kocabıyık qızını öldürdükdən və özünü yaraladıqdan sonra bıçağı qızının yastığının altında gizlədib. Kocabıyık ifadəsində bıçağı qorxu içində yastığın altına qoyduğunu deyib.
Kayseri Şəhər Xəstəxanasından təqdim olunan rəyə əsasən, Kocabıyıkın "qəsdən adam öldürmə" cinayətinin hüquqi mənasını və nəticələrini dərk etdiyi, bu cinayətə dair davranışlarını idarə etmə qabiliyyətinin tam olduğu qeyd olunub.
Bu gün keçirilən məhkəmə iclasında Sevda Kocabıyık və tərəflərin vəkilləri iştirak edib.
Prokuror Kocabıyıkın ruhi sağlamlığının yerində olduğunu və ona ağırlaşdırılmış ömürlük həbs cəzası verilməsini tələb edib.
Məhkəmə heyəti Kocabıyıkı "özünü müdafiə edə bilməyəcək şəxsə qarşı qəsdən adam öldürmə" cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib. Lakin məhkəmələrdəki davranışlarını nəzərə alaraq "yaxşı hal" endirimi tətbiq edilib və cəza ömürlük həbs cəzasına endirilib. Lalə Qüdrətova Son.az
"Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 fai

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin böl

Hindistanlı model və aktrisa Şerlin Çopra geyiminə görə tədbirdə çəti

Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır dərmanlardan

Xalq artisti Əli Nur ötən gün "Azdrama"da dalaşması ilə bağlı

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanla

Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqay

Məlum olduğu kimi ictimai yerlərdə siqaret çəkmək və siqaretin kötüyü

Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə

Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsu

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikana başsağlığı verib.

Sirr deyil ki, düz bir qarına sahib olmaq üçün ən yaxşı yol müntəzəm

İlon Maskın qardaşı Kimbal Mask ABŞ prezidenti Donald Trampı tarif siyasə
