“Qarşımda diz çöküb, dua oxumalısan” "Azdrama" qalmaqalı böyüyür


Şou-biznes 09 Apr 2025 20:44:00 126 0

“Qarşımda diz çöküb, dua oxumalısan”  "Azdrama" qalmaqalı böyüyür

Xalq artisti Əli Nur ötən gün "Azdrama"da dalaşması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.

Son.az xəbər verir ki, aktyor Axşam.az-a müsahibəsində yayılan xəbərləri yalanlayıb:

"Dünən bütün saytlar yayılan yalan məlumat əsasında aləmə car çəkdilər ki, "Azdrama"da dava olub, Xalq artisti Əli Nuru döyüblər. Əslində bu hadisə belə olub: Bizdə bədii şura var. Onun iclası idi. Cəmi 4 aktyor var: Rafiq Əzimov, Sabir Məmmədov, Füzuli Hüseynov və mən - Əli Nur. Burada teatrdakı hadisələri təhlil edirik. Teatrdakı hadisələr haqqında ən sonda danışdım. Dedim ki, bura Akademik Milli Dram Teatrıdır, öz estetikası, yaradıcılıq üsulu var. Bura eksperiment meydanı deyil. Burada bişmiş, düzgün fantaziyası, istedadı olan tanınmış rejissorlar tamaşa qoymalıdırlar. Bədii rəhbər postunu Mehriban Ələkbərzadə zəbt edib. İsrafil İsrafilov (Milli Dram Teatrının sabiq direktoru - red.) kimi. İsrafil İsrafilov 7 rejissoru bir əmri ilə teatrdan çıxartdı. Raykom katibi kimi bütün məsələləri tək həll etməyə başladı. Teatrı məhv edib çıxıb getdi. Bundan sonra teatrı tək veriblər Mehriban Ələkbərzadəyə. O teatrda istədiyi hərəkəti edir. Onu vaxtı ilə mən Sumqayıt Teatrında yanğınsöndürən stajına götürüb bir il yetişdirmişəm. İncəsənət Universitetinin rektoru Aslan Aslanovun yanına gətirmişəm. Aslan Aslanov da onu rejissorluq fakültəsinə qəbul edib. Mehriban daha sonra televiziyada müəyyən adamların köməyi ilə məşhur olmağa başladı. YUĞ Teartında işlədi. Gənc Tamaşaçılar Teatrının baş rejissor oldu. Birdən-birə "Azdrama"ya bədii rəhbər təyin olundu".

Ə.Nur bildirib ki, M.Ələkbərzadə Hikmət Rəhimov və Ziya Ağaya himayədarlıq edib:

"O, təyin olunmazdan əvvəl nüfuzunu göstərmək üçün vaxtlı ilə iki aktyora həmayədarlıq etdi: Biri Hikmət Rəhimov, digəri də cəmi bir rol "İblis" tamaşasında "Arif"i canlandıran Ziya Ağa. O tamaşanı oynayandan sonra xarici radiolara müsahibə verdi və onu teatrdan çıxartdılar. Mehriban bununla barışmadı. Həmin aktyorun xalası oğlu - Rus Dram Teatrından Murad adında aktyoru gətirdi həmin rola. Hansı ki, teatrda "Arif"i 5-6 ildir canlandıran istedadlı aktyorlar var. "Azdrama"da olan aktyor və aktrisalar heç bir teatrda yoxdur. Elçin Əfəndiyevin əsərini hazırlayanda "Ağabəyim" obrazını Günəş adında bir aktrisaya verdi. Mən heç onu görməmişəm, tanımıram. Buna görə aktrisalar Mehribanla başladılar mübahisə etməyə. O isə hikkəsindən dönmədi. Teartda Günəşdən də güclü aktrisalar var. Onaları qoyub Günəşi gətirdi, bu da narazılıqlar yaratdı".

Aktyor Əməkdar artist Füzuli Hüseynovdan danışıb. Ə.Nur teatrda yaşanan davanı belə izah edib:

"Mehriban teatrda kiməsə arxalanmalıdır. O, Əməkdar artist Füzuli Hüseynovu özünə dəstək üçün teatrda saxladı. Ən sonda mən çıxış edəndə Füzuli Hüseynov başladı mənə replikalar atmağa. Sonra da durub başladı qışqırıb-bağırmağa. Orada 4 aktyor, 1 aktrisa, teatrın direktoru və Mehriban var idi. Füzulini sürüyüb çıxarıb atdılar çölə. Mən də çıxışıma davam etdim. Axşam gördüm aləm dəyib bir-birinə. Yazdılar ki, aktyorlar Əli Nuru döyüb. Axı bunu kim edə bilər? Heç kim mənim qabağımda mənə qarşı nəsə edə bilməz. Mehribanın işarəsi ilə Füzuli belə bir hərəkət etdi və atdılar bayıra. Mehriban şou düzəltmək və imicini düzəltməkdən ötəri sözügedən sayta zəng edib tapşırıb ki, Əli Nur çıxş edib teatrda, aktyorlar da onu döyüb. Həmin sayt da heç bir şeyi araşdırmadan, mənimlə əlaqə saxlamadan bunu yayıblar. Bütün media da bu olmayan şounu yayıb. İndi mən saytı məhkəməyə verib 100 min manat təzminat tələb edəcəyəm. Çünki olmayan hadisəni şou düzəldərək, məni nüfuzdan salaraq yayıblar. Bunun başında Mehriban Ələkbərzadə durur. Bütün dünya məni təkcə aktyor deyil, filosof alim kimi tanıyır. Bir neçə ay bundan əvvəl Türkiyədə Ərdoğanla görüşəndə ölkəmiz haqqında onunla fikirlərimi bölüşdüm, o da məni qucaqlayıb bağrına basdı. Bütün bunları qəbul etməyən Mehriban bu gün teatrda at oynadır, hikkədir, qurduğu tamaşalarda "n" qədər zəiflər var. Çünki onun nə rejissor, nə də aktyor sənətindən xəbəri var. Heç bir aktyora imkan vermir ki, öz istədiyi kimi monoloq desin. Bunların məqsədi şou yaradıb mənim imicimi aşağı salmaqdır. Onları məhkəmə vasitəsi ilə cəzalandıracağam".

Ə.Nur bildirib ki, M.Ələkbərzadəni məhkəməyə verəcək:

"Mehribanı da məhkəməyə verəcəyəm. Bunu o yaradıb. Mehribanla bağlı bugünə qədər heç yerə şikayət etməmişəm. Amma indi edəcəyəm. Prezidentə, cənab nazirimizə müraicət edəcəyəm. Onları cəzalandırmalıyam. Mehriban, sən diz çöküb şükür etməlisən ki, "Azdrama" kimi nəhəng teatrdın kollektivi ilə işləyirsən. Burada oyunbazlıq etmə. Sən "raykom katibi" deyilsən, rejissorsan. Sən o posta yaramırsan. Orada dahilər əyləşib: Adil İsgəndərov, Həsənağa Turabov, Əliabbas Qədirov, Azər Paşa Nemətov. Sən özünü uşaq yerinə qoyub hikkəlik edirsən. Xain, paxılsan. Mən həm şəhid atasıyam. Mehriban, sən məni görəndə diz çöküb dua oxumalısan. Mənim kölgəmdə bu teatra gəlmisən". 

Qusar xəstəxanasına köhnə dərmanlar verdiyi deyilən aptek işçisi ilə bağlı QƏRAR like
  • 09 Apr 20:39  
Digərləri Qusar xəstəxanasına köhnə dərmanlar verdiyi deyilən aptek işçisi ilə bağlı QƏRAR

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanla

arrow Ətraflı
Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var like
  • 09 Apr 20:36  
Digərləri Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var

Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqay

arrow Ətraflı
İctimai yerdə söyüş söyənlər cərimələnə bilər  XƏBƏRDARLIQ like
  • 09 Apr 20:31  
Digərləri İctimai yerdə söyüş söyənlər cərimələnə bilər XƏBƏRDARLIQ

Məlum olduğu kimi ictimai yerlərdə siqaret çəkmək və siqaretin kötüyü

arrow Ətraflı
Şeyxə Fatimə bint Mübarək Mehriban Əliyevanı təbrik edib like
  • 09 Apr 20:27  
Siyasət Şeyxə Fatimə bint Mübarək Mehriban Əliyevanı təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə

arrow Ətraflı
Yevgeniya Qutsul ev dustaqlığına buraxıldı like
  • 09 Apr 20:25  
Dünya Yevgeniya Qutsul ev dustaqlığına buraxıldı

Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsu

arrow Ətraflı
Azərbaycan XİN Dominikana başsağlığı verib like
  • 09 Apr 20:22  
Siyasət Azərbaycan XİN Dominikana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikana başsağlığı verib.

arrow Ətraflı
Bu qidalarla düz qarına sahib olun like
  • 09 Apr 20:18  
Digərləri Bu qidalarla düz qarına sahib olun

Sirr deyil ki, düz bir qarına sahib olmaq üçün ən yaxşı yol müntəzəm

arrow Ətraflı
Maskın qardaşı Trampa qarşı çıxdı  FOTO like
  • 09 Apr 19:55  
Dünya Maskın qardaşı Trampa qarşı çıxdı FOTO

İlon Maskın qardaşı Kimbal Mask ABŞ prezidenti Donald Trampı tarif siyasə

arrow Ətraflı
Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Canımı itirdim..."  FOTO like
  • 09 Apr 19:47  
Şou-biznes Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Canımı itirdim..." FOTO

Səhnədə ürək tutması nəticəsində vəfat edən məşhur türk müğənni

arrow Ətraflı
İdarəolunan xaos: hibrid müharibə yeni qlobal strategiya kimi like
  • 09 Apr 19:29  
Siyasət İdarəolunan xaos: hibrid müharibə yeni qlobal strategiya kimi

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
“TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açan Cavad həbs edildi like
  • 09 Apr 19:24  
Digərləri “TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açan Cavad həbs edildi

"TikTok"da əvvəllər tanımadığı qadının fotolarından istifad�

arrow Ətraflı
Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib like
  • 09 Apr 19:20  
Siyasət Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fua

arrow Ətraflı
Səhər yoxsa gecə duş qəbul etmək lazımdır?  Həkim tövsiyəsi like
  • 09 Apr 19:20  
Digərləri Səhər yoxsa gecə duş qəbul etmək lazımdır? Həkim tövsiyəsi

Gündəlik həyatımızda çox tez-tez qarşılaşılan suallardan biri də səh

arrow Ətraflı
Küveyt Dövlətinin Vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 09 Apr 19:18  
Siyasət Küveyt Dövlətinin Vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sa

arrow Ətraflı