Dünya böyük risklə üzüzə: Böhran olacaq


Digərləri 08 Apr 2025 11:50:00 115 0

Dünya böyük risklə üzüzə: Böhran olacaq

ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına əlavə 50% gömrük vergisi tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Bu qərar həyata keçirilsə bəzi Çin mallarının ABŞ-yə 104%-ə qədər vergi ilə daxil olması mümkün olacaq. Bu açıqlamadan sonra Çin hökuməti geri addım atmadan cavab verəcəyini bildirib və 10 aprel tarixindən etibarən ABŞ mallarına 34% əlavə vergi tətbiq edəcəyini elan edib.

Son.az BBC-yə istinadla xəbər verir ki, ABŞ-nin yeni gömrük vergiləri 9 apreldə qüvvəyə minir. Tramp bu addımı atmaqda məqsədinin ölkəsinin ticarət balansını qorumaq və daha ədalətli müqavilələr əldə etmək olduğunu bildirib. O, bəzi ölkələrin ABŞ ilə razılaşma masasına oturduğunu və bu razılaşmaların ədalətli olacağını qeyd edib.

Çin isə Trampın təhdidlərinə sərt reaksiya verərək bu siyasəti "həddindən artıq yanlış" adlandırıb. Çin Ticarət Nazirliyi əlavə gömrük vergilərinə "sonuna qədər mübarizə aparılacağını" bəyan edib. Çinin Vaşinqtondakı səfiri isə bu addımları "iqtisadi zorakılıq" kimi qiymətləndirib.

Trampın gömrük tarifləri açıqlamasından sonra qlobal maliyyə bazarlarında ciddi dalğalanma yaşanıb. ABŞ və Avropa birjalarında kəskin enişlər olub. Xüsusilə bank səhmlərindəki itkilər investorları daha çox narahat edib. HSBC və Standard Chartered kimi beynəlxalq bankların səhmləri 10%-dən çox dəyər itirib.

Eyni zamanda neft və mis kimi əmtəələrin qiyməti də 15%-dən çox enib. Bu məhsullar qlobal iqtisadi sağlamlığın göstəriciləri hesab olunur və qiymətlərdəki bu cür enişlər böhranın yaxınlaşdığına işarə kimi qəbul edilir.

Bu eniş bazarların gələcəkdə iqtisadi zəifləmə gözləntisinə işarə edir. Çünki əmtəə bazarındakı düşüşlər adətən dünya üzrə tələbin azalacağını göstərir. Bu isə iqtisadi yavaşlamanın əlamətlərindən biri sayılır.

Hazırda bir çox iqtisadçı və mütəxəssis bu prosesin resessiyaya yol aça biləcəyindən narahatdır. Hərçənd ki, resessiya hələ baş verməyib, amma risk əvvəlki dövrlərə nisbətən daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, iqtisadiyyatda ardıcıl iki rüb ərzində ümumi istehsal və ixracın azalmasına resessiya deyilir. Tarixdə çox az sayda qlobal resessiya baş verib. 1930-cu illərdə Böyük İqtisadi Böhran, 2008 maliyyə böhranı və Covid pandemiyası zamanı böyük iqtisadi enişlər yaşanmışdı. Bu hallar dünya iqtisadiyyatı üçün nadir və ağır təcrübələr olub. İndi isə dünya yeni bir risklə üz-üzədir: iqtisadi müharibə qlobal ticarəti yavaşlada, iqtisadi durğunluq yarada bilər.

İslam Son.az

Gömrük Komitəsində əməliyyat  Vəzifəli şəxslər həbs edildi like
  • 08 Apr 11:48  
Digərləri Gömrük Komitəsində əməliyyat Vəzifəli şəxslər həbs edildi

Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və o

arrow Ətraflı
Buraxılış imtahanının cavabları BU TARİXDƏ elan olunacaq like
  • 08 Apr 11:38  
Digərləri Buraxılış imtahanının cavabları BU TARİXDƏ elan olunacaq

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftəni

arrow Ətraflı
“Bandotdel” əməliyyat keçirdi  Saxlanılanlar var like
  • 08 Apr 11:32  
Kriminal “Bandotdel” əməliyyat keçirdi Saxlanılanlar var

"Bandotdel" vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs

arrow Ətraflı
Ukraynanın Kursk vilayətində şiddətli döyüşlər gedir like
  • 08 Apr 11:30  
Dünya Ukraynanın Kursk vilayətində şiddətli döyüşlər gedir

Ukraynanın Kursk vilayətində Guevo və Gornal yaşayış məntəqələri yax�

arrow Ətraflı
Əlil qız öldü, əmisi saxlanıldı like
  • 08 Apr 11:30  
Digərləri Əlil qız öldü, əmisi saxlanıldı

Astara rayonun Kijəbə qəsəbəsində bədbəxt hadisə baş verib. 

arrow Ətraflı
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib like
  • 08 Apr 11:25  
Siyasət Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
1ci sinfə qəbul qaydalarında yeniliklər var like
  • 08 Apr 11:21  
Digərləri 1ci sinfə qəbul qaydalarında yeniliklər var

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq.

arrow Ətraflı
Bakıda kişi özündən 12 yaş balaca xalası oğlunu öldürdü like
  • 08 Apr 11:20  
Digərləri Bakıda kişi özündən 12 yaş balaca xalası oğlunu öldürdü

Bakıda kişi xalası oğlunu öldürməkdə şübhəli bilinir.

arrow Ətraflı
Emin Əmrullayev ixtisarlardan danışdı: "Bizim işimiz..." like
  • 08 Apr 11:18  
Digərləri Emin Əmrullayev ixtisarlardan danışdı: "Bizim işimiz..."

İxtisarlarla bağlı çoxlu suallar olur, amma demək istəyirəm ki, bizim iş

arrow Ətraflı
Qaraçuxurda peyda olan manyak deyilmiş like
  • 08 Apr 11:16  
Digərləri Qaraçuxurda peyda olan manyak deyilmiş

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində manyak peyda olduğu iddi

arrow Ətraflı
Xalq artistinə hücum etdilər  "Azdrama"da əlbəyaxa dava like
  • 08 Apr 11:13  
Şou-biznes Xalq artistinə hücum etdilər "Azdrama"da əlbəyaxa dava

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəy

arrow Ətraflı
Azərbaycanda tələbə vəfat etdi like
  • 08 Apr 11:11  
Digərləri Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat edib.

arrow Ətraflı
Teztez maşın yuduzduranların NƏZƏRİNƏ: Belə yumaq... like
  • 08 Apr 11:10  
Digərləri Teztez maşın yuduzduranların NƏZƏRİNƏ: Belə yumaq...

Avtomobilin təmiz saxlanması həm estetik görünüş, həm də texniki baxım

arrow Ətraflı
Bakıda böyük söküntülər olacaq  Mənzillər bahalaşacaq like
  • 08 Apr 11:05  
Digərləri Bakıda böyük söküntülər olacaq Mənzillər bahalaşacaq

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qe

arrow Ətraflı