Bakıda böyük söküntülər olacaq Mənzillər bahalaşacaq


Digərləri 08 Apr 2025 11:05:00 111 0

Bakıda böyük söküntülər olacaq  Mənzillər bahalaşacaq

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Məlumata görə, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi çox yüksək olan bina və tikililəri əhatə edir.

Söküntü işləri paytaxtın mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Trend-ə açıqlamasında deyib ki, Bakı şəhərinin baş planına əsasən, paytaxtın infrastrukturu yenidən qurulacaq.

"Bunun üçün prioritet məsələlərdən biri də şəhərin yenilənməsi və yaşıllıq sahələrinin daha çox olmasına önəm verilməsidir.

Getdikcə şəhər əhalisi artır. Bununla yanaşı, şəhərdə sıxlıq da artır. Bunları aradan qaldırmaq üçün şəhər böyüməli və inkişaf eləməlidir. Bu səbəblərdən dolayı şəhərin kənar ərazilərə doğru böyüdülməsi, infrastrukturun inkişafı barədə planlar mövcuddur.

Paytaxtda aparılacaq söküntü və köçürülmə məsələləri də bu məqsədlərdən irəli gəlir. Prioritetlərdən biri də odur ki, yeni tikililər inşa edilən zaman şəhərin bu günə qədər olan memarlıq siması saxlanılmalı, tarixi binalar toxunulmaz qalmalıdır. İstismar müddəti bitmiş, yararsız binalar söküləcək. Artıq bu binalar müəyyən olunub.

İlkin mərhələdə 300-ə yaxın binanın sökülməsi gözlənilir. Bunun üçün tender elanı da verilib. Qiymtləndirici şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Hazırda söküntü ərazilərində kompensasiya məbləğləri müəyyən edilir və yeni tikililərdə vətəndaşlara yeni mənzillər təqdim olunur. Bununla bağlı vətəndaşlar və müvafiq qurumlar arasında danışıqlar gedir", - deyə o bildirib.

Cəmiyyət sədri qeyd edib ki, baş verən dəyişikliklər qiymətlərə təsir etməklə yanaşı, şəhərin abadlaşdırılmasında rol oynayacaq:

"Yeni infrastruktur dəyişiklikləri mühüm yeniliklərlə nəticələnəcək. Həmin ərazilərdə qiymətlərin artımını gözləyirik. Çünki infrastruktur inkişaf edirsə, yaşıllıq sahələri artırsa, nəqliyyata əlçatanlıq varsa, qiymətlərin artımı qaçılmaz olur. Lakin digər ərazilərdə qiymətlərin stabilləşəcəyi gözlənilir.

Ümumi kontekstdə götürdükdə, bu, bahalaşmanın miqyasında müəyyən tənzimləyici faktor rolunu oynayacaq. Qiymətlərin artımı təkcə Azərbaycanla bağlı deyil. Dünyada baş verən bahalaşmalar da birbaşa ölkəmizə təsir edir. Əgər əvvəllər vətəndaşlara mənzil almaq üçün 10 yer təqdim olunurdusa, söküntüdən sonra binalar tikildikcə seçim sayı da artacaq".

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, Bakı şəhərində binaların sökülməsi və yeni tikililərin inşası, adətən, mənzil bazarına birbaşa təsir edir və qiymətlərin artmasına səbəb ola bilər.

"Sökülən binaların yerində yeni və müasir tikililərin inşa edilməsi, ümumiyyətlə, daha yaxşı infrastruktur və xidmətlərlə yanaşı, daha yüksək qiymətlərə səbəb ola bilər. Yeni mənzillərin yüksək keyfiyyəti və daha yaxşı şəraiti alıcıların marağını artırır və qiymətlərin yüksəlməsinə təsir edir.

Binaların yerində yeni layihələr başlamazsa, mənzil sayı azalacaq. Bu, bazarda təklifin azalması ilə nəticələnəcək və qiymətlərin artmasına səbəb ola bilər. Xüsusilə şəhərin mərkəzi yerlərində olan binalar söküləndə, bu, daha çox hiss olunur. Binaların sökülməsi və yeni layihələrin həyata keçirilməsi ümumilikdə şəhərin infrastrukturunun inkişafını gətirə bilər. Bu, ərazinin cəlbediciliyini artırır və nəticədə, həmin ərazidəki mənzillərin qiymətləri yüksəlir", - deyə o qeyd edib.

Amerikanın səhv hesabı: husilər İrandan güclüdür like
  • 08 Apr 10:50  
Siyasət Amerikanın səhv hesabı: husilər İrandan güclüdür

2025-ci ilin martında ABŞ hərbi hava qüvvələri İranın dəstəklədiyi Y�

arrow Ətraflı
Kubinkada nə baş verir?  Sakinlər etiraz edir like
  • 08 Apr 10:45  
Digərləri Kubinkada nə baş verir? Sakinlər etiraz edir

Paytaxtın Nəsimi rayonundu Kubinka kimi tanınan ərazisində bir müddət əv

arrow Ətraflı
Buzovnalılar istəklərinə çatdılar  Həmin film dəyişdirildi like
  • 08 Apr 10:40  
Digərləri Buzovnalılar istəklərinə çatdılar Həmin film dəyişdirildi

"Youtube"da yayımlanan və ssenarisi Əli Ucala tərəfindən yazıla

arrow Ətraflı
İstirahətə gedən aktrisanın dənizdən meyiti tapıldı  FOTO like
  • 08 Apr 10:35  
Digərləri İstirahətə gedən aktrisanın dənizdən meyiti tapıldı FOTO

Rusiyalı aktrisa istirahətə getdiyi faciəvi şəkildə ölüb.

arrow Ətraflı
Səkidə maşın saxlayanlar  Cərimələr... like
  • 08 Apr 10:28  
Digərləri Səkidə maşın saxlayanlar Cərimələr...

Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş ver

arrow Ətraflı
"Azeri Light" markalı neftin qiyməti ucuzlaşdı like
  • 08 Apr 09:56  
Digərləri "Azeri Light" markalı neftin qiyməti ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 4

arrow Ətraflı
Hakan Fidan İsrailə xəbərdarlıq etdi like
  • 08 Apr 09:53  
Digərləri Hakan Fidan İsrailə xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bölgədə həyata keç

arrow Ətraflı
İcra başçısına itki üz verdi like
  • 08 Apr 09:47  
Digərləri İcra başçısına itki üz verdi

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasova ağır itki �

arrow Ətraflı
Rubl, avro UCUZLAŞDI  Dollar isə bu QİYMƏTƏ SATILIR like
  • 08 Apr 09:29  
Digərləri Rubl, avro UCUZLAŞDI Dollar isə bu QİYMƏTƏ SATILIR

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
ADA Universitetinin 7ci Siyasi Forumunun iştirakçıları Füzuliyə səfər ediblər like
  • 08 Apr 09:21  
Siyasət ADA Universitetinin 7ci Siyasi Forumunun iştirakçıları Füzuliyə səfər ediblər

ADA Universitetinin 7-ci Siyasi Forumunun iştirakçıları Füzuli şəhərinə

arrow Ətraflı
Apreldə sevgi hekayələrini yenidən yazacaq BÜRCLƏR like
  • 08 Apr 09:16  
Digərləri Apreldə sevgi hekayələrini yenidən yazacaq BÜRCLƏR

Astroloqlar bəzi bürclərin nümayəndələrinin aprel ayında artıq sevgidə

arrow Ətraflı