Karamelizə soğanlı yumurta: Səhər yeməyinin yeni sevimlisi
Digərləri 20 Yan 2026 23:34:00 83 0
Bu resept xüsusilə həftəsonu səhər yeməkləri üçün həm çox doyurucu, həm də hazırlanması asan bir alternativdir. Soğanın karamelizə olunmuş dadı ilə qaynadılmış yumurtanın vəhdəti süfrənizə fərqlilik qatacaq.
Bu xəbəri də oxu: Azərbaycanda arı ailələri niyə məhv olur?
Son.az lazım olan ərzaqları təqdim edir: Yumurta: 3-4 ədəd (sayı istəyə görə dəyişə bilər)
Soğan: 2 ədəd böyük boy (aypara şəklində doğranmış)
Kərə yağı: 1 xörək qaşığı
Zeytun yağı: 2 xörək qaşığı
Tomat pastası: yarım çay qaşığı (rəng verməsi üçün)
Ədviyyatlar: Duz, istiot, pul bibər, kəklikotu (kekik).
Hazırlanma qaydası: Yumurtaları bərk hala gələnə qədər qaynadın (təxminən 8-10 dəqiqə). Qabıqlarını soyub tən ortadan iki yerə bölün.
Tavaya zeytun yağını və kərə yağını əlavə edin. Aypara şəklində doğradığınız soğanları tavaya tökün. Soğanlar yumşalıb tam qızılı rəng (karamelizə) alana qədər orta odda qovurun.
Soğanlar qovrularkən bir çimdik şəkər tozu əlavə etsəniz, karamelizə prosesi daha uğurlu olar.
Qovrulmuş soğanların üzərinə tomat pastasını və ədviyyatları (duz, istiot, kəklikotu, pul bibər) əlavə edib 1-2 dəqiqə də qarışdırın.
Ortadan böldüyünüz yumurtaların sarı hissəsi aşağı baxacaq şəkildə soğanların üzərinə düzün.
Tavanın qapağını örtüb 2-3 dəqiqə bu şəkildə bişirin ki, soğanların dadı yumurtaya keçsin. Üzərinə istəsəniz bir az da qırmızı bibər və ya doğranmış cəfəri səpərək isti şəkildə servis edin. Lalə Qüdrətova Son.az
Fevral ayında müğənni Qriqori Lepsin çıxışlarına tələbat kəskin şə
Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivə
ABŞ Prezidenti Donald Tramp Davos Sammiti öncəsi beynəlxalq diplomatiyanı s
Yeni Yasamal yaşayış massivində, dairəvi yol yaxınlığında bir neçə av
Makron Davosda kinayəli gülüşlə Trampı ələ salıb.
Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
Artıq çəkidən azad olmaq və enerjini artırmaq istəyənlər üçün qəhv�
Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivinə güclü qar y
Dünyanın ən ağıllı və texnoloji cəhətdən inkişaf etmiş şəhərləri
Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin ingilis dili m�
Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxan�
