“Avtomagistral” anlayışı dəyişir
Digərləri 19 Yan 2026 11:07:00 71 0
"Yol hərəkəti haqqında" qanunda "avtomagistral" anlayışı dəyişir.
Bu xəbəri də oxu: Metroda ölən 41 yaşlı şəxsin kimliyi məlum oldu
Son.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "avtomagistral" dedikdə bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yol başa düşüləcək.
Qüvvədə olan qanunda isə avtomagistral nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki, həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz, ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri var, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulub, dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur. Hərəkət hissəsində də nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu
Füzuli icra başçısının müavinin əri sərxoş halda dini dəyərləri aş
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetm�
Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçı
Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya edilmiş nəc
Opera ifaçısı Taleh Yahyayev "Öz aramızda" verilişində qalmaqal
I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.
Disney animasiyasının qızıl dövründə mühüm rol oynamış rejissor və h
Baş rollarında Seda Bakan və Uğur Güneşin yer aldığı serialın yayım q
Canlı yayım zamanı müğənni Cəmilə ilə Əməkdar artist Ruhəngiz Allahv
