Onlara ikiqat maaş veriləcək
Digərləri 19 Yan 2026 10:56:00 85 0
Azərbaycan Prezidenti "Əmək Məcəlləsi"nə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir.
Bu xəbəri də oxu: Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, vacib dəyişikliklərdən biri də, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır. Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək.
Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.
Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək.
Ayxan Son.azAzərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetm�
Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçı
Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya edilmiş nəc
Opera ifaçısı Taleh Yahyayev "Öz aramızda" verilişində qalmaqal
I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.
Disney animasiyasının qızıl dövründə mühüm rol oynamış rejissor və h
Baş rollarında Seda Bakan və Uğur Güneşin yer aldığı serialın yayım q
Canlı yayım zamanı müğənni Cəmilə ilə Əməkdar artist Ruhəngiz Allahv
Çində əhalinin sayı azalmaqda davam edir. 2025-ci ildə ölkə əhalisi 3,39
Mətbəxlərimizdə meyvə yeyərkən və ya yemək hazırlayarkən zibil qutusu
