İranın hüzünlü Sürəyyəsi: Şah onu boşayanda niyə ağlayırdı?


Digərləri 19 Yan 2026 07:35:00 77 0

İranın hüzünlü Sürəyyəsi: Şah onu boşayanda niyə ağlayırdı?

İranda növbəti dəfə gərginliyin yaşanması bu ölkənin tarixində böyük faciələr yaşamış simaları yenidən gündəmə gətirir. Bu adlardan biri də keçmiş İran şahı Rza Pəhləvinin ikinci həyat yoldaşı, "Qəmgin şahzadə" kimi tanınan Süreyyə İsfəndiyari Bəxtiyardır. Onun saraydan uzaqlaşdırılmasından sonra Gülüstan sarayı heç bir kraliçaya xoşbəxtlik gətirmədi.

Son.az xəbər verir ki, qonşu İran tarix boyu sakitlik və sabitlik üzü görməyib. Siyasi çevrilişlər, üsyanlar və hakimiyyət savaşları ölkə xalqına daim ağrı-acı yaşadıb. Bu taleyin ən simvolik fiqurlarından biri isə zümrüd gözləri ilə məşhur olan Süreyyə idi. Deyilənə görə, onun ahı bu gün də qarışan İranın üzərində kölgə kimi dolaşır.

1941-1979-cu illərdə İranı idarə edən Şah Rza Pəhləvi ilk evliliyini 1939-cu ildə Misir şahzadəsi Fövziyyə ilə qurmuşdu. Bu nikahdan Şəhnaz adlı qız övladı dünyaya gəlsə də, taxta oğlan uşağı varis vermədiyi üçün cütlük 1945-ci ildə ayrıldı.

Şahın ikinci evliliyi isə 1951-ci ildə Tehrandakı Gülüstan sarayında Süreyyə İsfəndiyari ilə oldu. İranlı diplomat Xəlil İsfəndiyari ilə alman əsilli Eva Karlın yeganə qızı olan Süreyyə İranda doğulsa da, Avropada böyümüşdü. Onu Şahla bağlayan təkcə sevgi deyil, həm də taxta varis vermək arzusu idi. Lakin Süreyyə ana ola bilmədi. O dövrdə tibbin imkanları məhdud idi və saray təzyiqləri nəticəsində bu sevgi yeddi ildən sonra sona çatdı.

1958-ci ildə Şah göz yaşları içində boşandıqlarını açıqladı. "Mənim xoşbəxtliyim qurban verildi", - deyən Süreyyə ömrünün qalan hissəsini Avropada keçirdi. Bir müddət italyan rejissor Franko İndovina ilə romantik münasibət yaşasa da, onun 1972-ci ildə təyyarə qəzasında həlak olması Süreyyəni bir daha sındırdı. Bundan sonra "Qəmgin şahzadə" həyatının sevgi səhifəsini birdəfəlik bağladı.

Şah isə 1959-cu ildə Fərəh Diba ilə evləndi və bu nikahdan ikisi oğlan olmaqla dörd övladı dünyaya gəldi. Lakin taxt bu ailəyə də səadət gətirmədi. 1979-cu ildə Ayətullah Xomeyninin rəhbərliyi ilə baş verən inqilabdan sonra Pəhləvi ailəsi ölkəni tərk etdi. Şah Rza Pəhləvi 1980-ci ildə Misirdə vəfat etdi. Sonrakı illərdə ailə faciələri davam etdi: qızı Leyla 2001-ci ildə Londonda, oğlu Əli Rza isə 2011-ci ildə intihar edərək həyatını itirdi.

Asanlıqla etibar edən 3 bürc: Onlar hər kəsə yaxşı enerji yayırlar like
  • 19 Yan 07:07  
Digərləri Asanlıqla etibar edən 3 bürc: Onlar hər kəsə yaxşı enerji yayırlar

Astrologiyada bəzi bürclər var ki, onların qəlbində pislik yoxdur. Bu bür

arrow Ətraflı
Avtomobil gedir, sürücü yatır: Tesla məharəti like
  • 19 Yan 06:35  
Digərləri Avtomobil gedir, sürücü yatır: Tesla məharəti

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.

arrow Ətraflı
Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR like
  • 19 Yan 06:06  
Digərləri Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Son illər arıqlamaq və sağlam yaşamaq məqsədilə bir çox insan çörəkd

arrow Ətraflı
Dünyada ən çox satılan elektrikli like
  • 19 Yan 05:05  
Digərləri Dünyada ən çox satılan elektrikli

Dünyada ən çox satılan 10 elektrik və "plug-in hybrid" avtomobill

arrow Ətraflı
Soyuq havada çay əvəzinə su içsək, hansı FAYDALARI olacaq? like
  • 19 Yan 04:04  
Digərləri Soyuq havada çay əvəzinə su içsək, hansı FAYDALARI olacaq?

Qış aylarında bir çox insan isinmək üçün tez-tez çay və digər isti i�

arrow Ətraflı
Turşu yeməyin xərçəngə qarşı FAYDALARI like
  • 19 Yan 03:03  
Digərləri Turşu yeməyin xərçəngə qarşı FAYDALARI

Turşular (xiyar, kələm, kələm turşusu, kimçi və s.) əsrlərdir qida ras

arrow Ətraflı
Ev heyvanlarından insana keçən xəstəliklər  Həkim AÇIQLADI like
  • 19 Yan 02:02  
Digərləri Ev heyvanlarından insana keçən xəstəliklər Həkim AÇIQLADI

"İstənilən ev heyvanı infeksiya daşıyıcısı ola və sahiblərini al

arrow Ətraflı
Şəbnəm Tovuzludan pis xəbər  Nazilə Səfərli açıqladı like
  • 19 Yan 01:05  
Şou-biznes Şəbnəm Tovuzludan pis xəbər Nazilə Səfərli açıqladı

Müğənni Şəbnəm Tovuzlunun səhhətində problem yaranıb. 

arrow Ətraflı
Ən gənc milyarderdir  uğur SİRRİ like
  • 19 Yan 01:01  
Digərləri Ən gənc milyarderdir uğur SİRRİ

"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın �

arrow Ətraflı
Atəşkəsdən sonra Ərdoğan Şara ilə danışdı like
  • 19 Yan 00:52  
Digərləri Atəşkəsdən sonra Ərdoğan Şara ilə danışdı

Suriyada Şam rəhbərliyi və YPG/SDG qruplaşması arasında atəşkəs əldə

arrow Ətraflı
Həm yeyən, həm də əkən qazanır: Bu meyvə yeni gəlir mənbəyidir like
  • 19 Yan 00:47  
Digərləri Həm yeyən, həm də əkən qazanır: Bu meyvə yeni gəlir mənbəyidir

Dünya şöhrətli kulinarlar və qidalanma mütəxəssisləri tərəfindən tə

arrow Ətraflı
Azərbaycan elminə ağır itki   FOTO like
  • 19 Yan 00:46  
Digərləri Azərbaycan elminə ağır itki FOTO

Azərbaycan elminə ağır itki üz verib.

arrow Ətraflı
Türkiyə XİN Suriyada əldə olunan atəşkəsə münasibət bildirib like
  • 19 Yan 00:40  
Digərləri Türkiyə XİN Suriyada əldə olunan atəşkəsə münasibət bildirib

Türkiyə Xarici İşlər Nazirliyi Suriya hökuməti ilə YPG/SDG qruplaşması

arrow Ətraflı
Ayda ilk otel bu vaxt açılacaq like
  • 19 Yan 00:34  
Dünya Ayda ilk otel bu vaxt açılacaq

Ayda oteldə yerləşmə ilə ilk planetlərarası səyahət üçün namizədlə

arrow Ətraflı
Sobada gül kələmi: Dilimdilim, xırçıldayan ləzzət like
  • 19 Yan 00:21  
Digərləri Sobada gül kələmi: Dilimdilim, xırçıldayan ləzzət

Gül kələmini qızartmadan, çox yağ çəkmədən və ağır qoxusunu duymada

arrow Ətraflı