Bakının ən bahalı evləri bu küçələrdədir Kvadratı 17 min manat
Digərləri 18 Yan 2026 22:43:00 61 0
Paytaxtın bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan da bahadır.
Bu xəbəri də oxu: Atəşkəsdən sonra Ərdoğan Şara ilə danışdı
Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində mənzilin 1 kv metri 17550 manata təklif olunur.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar bəlli olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.
Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdursa, Ağ şəhər layihəsində bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə isə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat civarında dəyişir. Bəs qiymətlərdə formalaşan bu qədər artıma səbəb nədir?
Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması, həm də investisiya maraqları ilə bağlıdır. Paytaxtın mərkəzində mənzil almaq təkcə yaşayış deyil, həm də gələcəkdə böyük qazanc vəd edən aktiv hesab olunur. Bundan başqa, buradan ev alıb yüksək qiymətə kirayə verənlər də var. İnfrastruktur genişləndikcə həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, ikinci Qar
ABŞ-nin Qrenlandiya siyasətinə dəstək vermədikləri üçün 8 Avropa ölk�
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Şam rəhbərliyi ilə
Suriya ordusu ilə YPG/SDG qruplaşması arasında günlərlə davam edən şidd
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax
Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsində
İran son anti-hökumət etirazları zamanı Tehranda fəaliyyət göstərən he
Hindistandan Ermənistana "Pinaka" idarə olunan raketlərinin ilk par
Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var
Klassik pankek dadından fərqli olaraq, tərkibindəki portağal şirəsi və q
Qəbizlik həzm sisteminin yavaşlaması nəticəsində yaranan və gündəlik h
Almaniya Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyadakı missiyasının başa
Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər
Yağan güclü qar səbəbindən Ağsu aşırımında avtomobillərin hərəkət
