Prokurorluğa qəbulun nəticələri açıqlandı: 2 müsabiqə, 107 qalib
Digərləri 13 Yan 2026 11:27:00 85 0
Baş Prokurorluq tərəfindən elan edilən prokurorluq orqanlarına qulluğa qəbul üzrə müsabiqələrin nəticələri məlum olub.
Bu xəbəri də oxu: Yeni ailə quranlara 19 min manat veriləcək
Son.az xəbər verir ki, 15 aprel 2024-cü il tarixdə elan edilmiş sayca 26-cı müsabiqə üzrə 56 namizəd müvəffəqiyyət qazanıb. Qaliblərin 19-u qadın, 37-si kişidir.
Baş Prokurorluğun 13 yanvar 2025-ci il tarixli əmrinə əsasən həmin şəxslər müvafiq vəzifələrə təyin olunub və nəticədə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri kadr korpusunun 93,2 faizini təşkil edib.
Eyni zamanda, 15 aprel 2025-ci il tarixdə növbəti 27-ci müsabiqə 50 vakant ştat vahidi üzrə elan olunub. Namizədlərin sənədlərinin qəbulu "Elektron Prokurorluq" İnformasiya Sistemi vasitəsilə aparılıb və proses 30 sentyabr 2025-ci il tarixdə başa çatıb. Müsabiqədə iştirak üçün müraciət edən və tələblərə cavab verən 349 namizəd qeydiyyata alınıb. Onlardan 259-u kişi, 90-ı qadın olub.
10 oktyabr 2025-ci il tarixdə Dövlət İmtahan Mərkəzində elektron qaydada keçirilən test imtahanında 321 namizəd iştirak edib. Nəticələrə əsasən 125 kişi və 49 qadın olmaqla 174 nəfər yazılı imtahan mərhələsinə buraxılıb.
14 noyabr 2025-ci il tarixdə keçirilən yazılı imtahanda 171 namizəd iştirak edib və 71 nəfər, o cümlədən 59 kişi və 12 qadın uğur qazanıb. Namizədlər Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinikasında tibbi müayinədən keçib. İki namizəd könüllü olaraq müsahibə mərhələsində iştirakdan imtina edib.
4-12 dekabr 2025-ci il tarixlərində keçirilən müsahibələr nəticəsində 51 namizəd keçid balını toplayaraq müsabiqənin qalibi elan olunub. Bununla bağlı Baş Prokurorluğun Kollegiyasının 12 dekabr 2025-ci il tarixli qərarı ilə vakant ştat vahidlərinin sayı artırılaraq 51 müəyyən edilib. Qaliblərin 45-i kişi, 6-sı qadındır.
Müsabiqədə uğur qazananlar arasında Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Polis Akademiyası, Milli Aviasiya Akademiyası və xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları var. Qaliblərdən 11 nəfər magistratura pilləsinə qəbul olunub, 10 namizəd isə rus və ingilis dillərini sərbəst bilir. Onlardan biri Vətən müharibəsində, digəri isə 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi regionunda keçirilmiş antiterror əməliyyatlarında iştirak edib.
Qalib namizədlər 15 dekabr 2025-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində icbari təlimə cəlb olunub və təlimi uğurla başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alıblar.
Hazırda 51 gənc mütəxəssisin vakant ştat vahidlərinə təyin olunması nəticəsində müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edir.
Mina Mikayılova Son.az
Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan "Avtolük
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xa
Ermənistan hakimiyyəti Rusiya sərhədçilərini Türkiyə sərhədindəki Axu
İranın mühacirətdə olan vəliəhd şahzadəsi Rza Pəhləvinin həyat yolda
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Çin
Bu il ölkəyə gətirilən və ölkədə nəşr olunan neçə adda dini ədəbi
Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda elektrik enerjisi
Misirə məxsus "CASA C295" tipli hərbi-nəqliyyat təyyarəsi Azərb
Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yan
Türkiyənin tanınmış teatr və kino aktyoru Koray Ergün 68 yaşında vəfat
Türkiyədə ailə qurmağa hazırlaşan ehtiyaclı gənclər üçün yeni maddi
İranda illərdir davam edən iqtisadi sanksiyalar, yüksək inflyasiya və neft
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Müğənni Aysun İsmayılova bu dəfə səhnə obrazı ilə tənqid hədəfinə
Türkiyəli məşhur aktyor və aparıcı Ufuk Özkan qaraciyər çatışmazlı�
