Ev kirayə verənlərin nəzərinə Cərimə 5 dəfə artırılıb


Digərləri 13 Yan 2026 10:20:00 83 0

Ev kirayə verənlərin nəzərinə  Cərimə 5 dəfə artırılıb

Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu. 

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır. 

Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus evlərin kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir. 

Vergidən yayınma hallarının qarşısının alınması sahəsində daha bir yenilik isə maliyyə sanksiyaları (cərimə) ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu əmələ görə cərimə əvvəl də olsa da, məbləği 40 manat idi. Bu da o deməkdir ki, evini kirayə verən şəxs vergi qeydiyyatına alınmaq üçün ərizə vermədiyi halda artıq 40 manat yox, 200 manat cərimə olunacaq.

Qeyd edək ki, bundan başqa, vergi ödəyicisi əldə etdiyi kirayə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə 40 manat məbləğində cərimə olunur. Həmçinin verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında cərimə tətbiq edilir. 

Lakin o da vurğulanmalıdır ki, evini kirayəyə verən şəxs vergi orqanında qeydiyyata alınmadan da əldə etdiyi gəlirə görə vergi ödənişini həyata keçirə bilər.

Belə ki, 2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında qeydiyyata durmadan agent müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Qanunvericiliyə görə, vergi agenti vergini hesablayır, onu vergi ödəyicisindən tutur və təyinatı üzrə köçürür. Vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca qeydiyyat aparmaq vergi agentinin öhdəliyidir.

Təcrübədə evini müqavilə bağlamadan kirayəyə verilməsi hallarında ev sahibləri ilə yanaşı, kirayəçilərin də məsuliyyətə cəlb olunduğu hallara rast gəlmək olur. Belə ki, bu halda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmək kirayəçilər üçün məsuliyyət yaradır. Bu halda İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.

“Teşkilat”ın aktyoru vəfat etdi like
  • 13 Yan 10:15  
Şou-biznes “Teşkilat”ın aktyoru vəfat etdi

Türkiyənin tanınmış teatr və kino aktyoru Koray Ergün 68 yaşında vəfat

arrow Ətraflı
Yeni ailə quranlara 19 min manat veriləcək like
  • 13 Yan 10:00  
Digərləri Yeni ailə quranlara 19 min manat veriləcək

Türkiyədə ailə qurmağa hazırlaşan ehtiyaclı gənclər üçün yeni maddi

arrow Ətraflı
İran iqtisadiyyatında tarixi böhran: Rial "sıfır”a düşdü like
  • 13 Yan 09:55  
Digərləri İran iqtisadiyyatında tarixi böhran: Rial "sıfır”a düşdü

İranda illərdir davam edən iqtisadi sanksiyalar, yüksək inflyasiya və neft

arrow Ətraflı
“Azeri Light” markalı neftin qiyməti artdı like
  • 13 Yan 09:50  
Digərləri “Azeri Light” markalı neftin qiyməti artdı

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef

arrow Ətraflı
Aysunun geyimi tənqid edildi like
  • 13 Yan 09:45  
Şou-biznes Aysunun geyimi tənqid edildi

Müğənni Aysun İsmayılova bu dəfə səhnə obrazı ilə tənqid hədəfinə

arrow Ətraflı
Tanınmış aktyor yenidən xəstəxanaya yerləşdirildi like
  • 13 Yan 09:44  
Şou-biznes Tanınmış aktyor yenidən xəstəxanaya yerləşdirildi

Türkiyəli məşhur aktyor və aparıcı Ufuk Özkan qaraciyər çatışmazlı�

arrow Ətraflı
Azərbaycanda bu valyutalar BAHALAŞDI like
  • 13 Yan 09:30  
Digərləri Azərbaycanda bu valyutalar BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

arrow Ətraflı
Lidersiz etirazlar və gələcəksiz rejim: İran dalanda like
  • 13 Yan 09:24  
Dünya Lidersiz etirazlar və gələcəksiz rejim: İran dalanda

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür like
  • 13 Yan 09:17  
Digərləri Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür

13 yanvar 2026-cı il saat 15:00-a qədər şagirdlərin elektron yerdəyişməs

arrow Ətraflı
Bu ərazilərdə 10:00dan saat 13:00dək işıq olmayacaq like
  • 13 Yan 09:09  
Digərləri Bu ərazilərdə 10:00dan saat 13:00dək işıq olmayacaq

Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində f

arrow Ətraflı
Qonşu ölkədə güclü zəlzələ oldu like
  • 13 Yan 09:00  
Dünya Qonşu ölkədə güclü zəlzələ oldu

Rusiyanın Kuril adaları yaxınlığında 5,6 bal gücündə hiss olunmuş zəl

arrow Ətraflı
Dünyanın ən böyük nadir torpaq elementi ehtiyatlarına sahib ölkələr açıqlandı like
  • 13 Yan 08:41  
Digərləri Dünyanın ən böyük nadir torpaq elementi ehtiyatlarına sahib ölkələr açıqlandı

Smartfonlardan döyüş təyyarələrinə, elektromobillərdən külək turbinl�

arrow Ətraflı
Kəvərli və qarğıdalı unlu duzlu maffin: Az ərzaqla praktik ləzzət like
  • 13 Yan 08:23  
Digərləri Kəvərli və qarğıdalı unlu duzlu maffin: Az ərzaqla praktik ləzzət

Bu resept həm az inqrediyent tələb edir, həm də uzun müddət yumşaqlığ�

arrow Ətraflı
Çinli turistin Vyetnam səfərindən sonrakı çemodanı: İçində nələr var? like
  • 13 Yan 08:08  
Digərləri Çinli turistin Vyetnam səfərindən sonrakı çemodanı: İçində nələr var?

Vyetnam son illər çinli turistlərin ən çox üstünlük verdiyi istirahət m

arrow Ətraflı
Yeməkdən dərhal sonra çay içirsinizsə, bir daha düşünün like
  • 13 Yan 07:35  
Digərləri Yeməkdən dərhal sonra çay içirsinizsə, bir daha düşünün

Bir çoxumuz üçün yeməkdən sonra tünd bir çay içmək əvəzedilməz bir

arrow Ətraflı