Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı
Digərləri 09 Yan 2026 20:42:00 67 0
Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu və onunla birlikdə korrupsiya işi çərçivəsində mühakimə olunan digər şəxslərin həbsdə qalması barədə qərar qəbul edilib. İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən keçirilən son iclasda İmamoğlu da daxil olmaqla, ümumilikdə 402 nəfərin həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.
Bu xəbəri də oxu: Diplomların verilmə forması dəyişdi Elektron olacaq
Son.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan və "İmamoğlu Cinayət Təşkilatı" adlandırılan quruluşla bağlı ittihamnamədə çox ciddi cəzalar nəzərdə tutulub. Əkrəm İmamoğlu "təşkilatın qurucusu və lideri" kimi təqdim olunur. Prokurorluq onun 142 müxtəlif cinayət əməlinə görə 828 ildən 2352 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edir. İttihamnamədə korrupsiya və qanunsuz maliyyə əməliyyatları ilə bağlı geniş iddialar yer alıb.
Prezidentliyə namizəd və İBB sədri kimi fəaliyyət göstərmiş Əkrəm İmamoğlu ötən ilin 23 mart tarixindən bəri Silivridəki Mərmərə həbsxanasında saxlanılır. Məhkəmənin bu gün keçirilən iclasında prokurorluğun vəsatəti təmin edilib və müttəhimlərin həbs müddətinin davam etdirilməsinə qərar verilib. İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı rəsmi açıqlama yayaraq mühakimə prosesinin davam etdiyini bildirib.
Qeyd edək ki, ötən ilin iyulun 16-da Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Əkrəm İmamoğluna "terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq"dan bəraət versə də, "vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə 1 il 5 ay 15 gün, "hədə-qorxu" maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
Bu məkəmə işi Türkiyənin ən böyük korrupsiya araşdırmalarından biri hesab olunur. İttiham olunan 402 nəfər arasında bələdiyyənin müxtəlif vəzifəli şəxsləri və iş adamları da var. Araşdırmanın nəticəsi olaraq hazırlanan İBB ittihamnaməsi çərçivəsində məhkəmənin növbəti iclaslarında şahidlərin dinlənilməsi və sübutların araşdırılması gözlənilir. Lalə Qüdrətova Son.az
"Rəqsanənin "Manaf məni axtarmayıb" deməsindən çox incidim
Məlum olduğu kimi, ABŞ ordusu Venesuela ilə əlaqəli olduğu bildirilən &q
Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini k
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq istəyi ətrafında
Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) "Telegram" və "W
Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbiz
"Yeni seriallara dəvət alıram, çəkilmirəm. Çünki teatr səviyyədir
Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi str
Amerikalı rejissor Co Karnahanın "Not without hope" ("Ümidsiz
Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 n
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad instaqram hesabında etdiyi pay
"Baş komandan kimi səlahiyyətlərimi yalnız özüm məhdudlaşdıra bil
Xəbər verdiyimiz kimi, İranda davam edən iğtişaşlar zamanı Şimali Xoras
Ucar şəhər 2 nömrəli tam orta məktəbin 1958-1960-cı illərdə inşa olun
ABŞ ordusu Detroyt Avtomobil Sərgisinə hazırlıq çərçivəsində yeni M1E3
