"Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram"
Şou-biznes 09 Yan 2026 19:48:00 101 0
"Yeni seriallara dəvət alıram, çəkilmirəm. Çünki teatr səviyyədir. Serialda aktyor truppası, rejissor işi, maddiyat və mənəviyyat güclü olmalıdır. Bir-iki istedadlı seçirlər, qalanı yox. Bütün aktyor heyəti güclü olmalıdır. Bir dəfə çəkilmək üçün razılıq verdim. Amma çəkiləndə gördüm ki, tərəf müqabilim, aktyor truppası... Adını çəkməyəcəyəm, çəkilsəm deyərdim. Seriallara ciddi yanaşmaq lazımdır".
Bu xəbəri də oxu: Məşhur müğənni ilə keçmiş nazirin yeni görüntüləri yayıldı
Son.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Künc-bucaq" yutub layihəsində deyib. Aktrisa təklif aldığı serialdan ilk bölümdə imtina etdiyini bildirib. O, qeyd edib ki, çəkiliş zamanı aktyor heyətini bəyənməyib.
Aktrisa çox qonorar istəməsi haqda söhbətlərə aydınlıq gətirib:
"İllərdir bu sənətdə yol gəlirəmsə, zəhmətimin bəhrəsini görməliyəm. Amma görsəm rejissor işi, aktyor heyəti yaxşıdır, çəkilərəm. Heç qonorar danışmaram. Amma çəkilirəmsə, zəhmətimin bəhrəsi ödənilməlidir".
M.Əsədova qızı Gülərdən söz açıb. O, bildirib ki, övladının aktrisa olmasını istəmir:
"Qızımın fikirlərinə hörmətlə yanaşıram. Amma mən onun aktrisa olmasını istəmərəm. Bir aktrisa nə qədər tale oynayır. Mənim obrazlarım ürəyimə təsir edir. O əziyyəti qızımın yaşamasını istəmirəm. Qızım efirdən uzaq qalır. Diplomatiya sahəsində təhsil alır. Bu il magistraturaya hazırlaşır. Qızımın 20 yaşı var, hələ də sosial şəbəkələrdən uzaqdır. Mənim qızım TikTok-dan nə öyrənəcək? Lazım deyil. Qızım mənə aiddir, əvvəldən istəməmişəm. Deyirəm, qızım, istəsən instaqram aç, amma TikTok olmaz. Qızım daha çox kitab oxuyur".
Hər zaman formada qalmağa çalışan əsədova "Formada olmalıyam, obrazlarıma uyğun gəlməliyəm. Ona görə də idmanla, yoqa ilə məşğul oluram. Səyahəti çox sevirəm" sözlərini əlavə edib. (Axşam.az)
Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi str
Amerikalı rejissor Co Karnahanın "Not without hope" ("Ümidsiz
Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 n
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad instaqram hesabında etdiyi pay
"Baş komandan kimi səlahiyyətlərimi yalnız özüm məhdudlaşdıra bil
Xəbər verdiyimiz kimi, İranda davam edən iğtişaşlar zamanı Şimali Xoras
Ucar şəhər 2 nömrəli tam orta məktəbin 1958-1960-cı illərdə inşa olun
ABŞ ordusu Detroyt Avtomobil Sərgisinə hazırlıq çərçivəsində yeni M1E3
Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənil
"Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev cinay�
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə
"Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatveric
Türk Hava Yolları (THY) kabin heyətinin geyim qaydalarında dəyişiklik edib
Avant şirkətlər qrupu davamlı inkişaf strategiyası çərçivəsində daxil
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
