Göyçay heyvan satışı bazarının yaxın günlərdə açılışı olacaq
Digərləri 09 Yan 2026 17:55:00 74 0
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan satışı bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Göyçay rayonunda yerləşən heyvan bazarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb.
Son.az xəbər verir ki, bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün rampalar və çardaqlar quraşdırılıb, kanalizasiya sistemləri yenilənib, baytar həkimin daimi nəzarətini həyata keçirməsi üçün xüsusi məntəqə inşa edilib. Eyni zamanda, baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar yaradılıb. Bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri müasir tələblərə uyğun şəkildə yenidən qurulub.
Bununla yanaşı, qida təhlükəsizliyi və sanitariya normalarının təmin edilməsi məqsədilə bazar ərazisində fəaliyyət göstərən iaşə obyektləri ərazidən kənara çıxarılıb. Yaxın günlərdə Göyçay heyvan satışı bazarının açılması məsələsinə baxılacaq.
"Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatveric
Türk Hava Yolları (THY) kabin heyətinin geyim qaydalarında dəyişiklik edib
Avant şirkətlər qrupu davamlı inkişaf strategiyası çərçivəsində daxil
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Tanınmış aktrisa Xuraman Əliyeva etirafları ilə diqqət çəkib.
Yay fəslinin gəlməsinə hələ çox qalsa da indidən bağ evlərini rezervas
İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Fuad Həmid
Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu deyilən &q
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbayca
Bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni v
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Suriya prezidenti Əhməd Şara xəsarət alması ilə bağlı yayılan iddialar
Milli Məclisin deputatı Razi Nurullayev jurnalist Elçin Əlibəylinin qardaş
"Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.)
Gənc qalıb, görənlər böyük bacısı zənn etdi
