“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”


Digərləri 08 Yan 2026 11:53:00 97 0

“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”

"Hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdehdir. Amma hər bir kəsin qardaşı, bacısı var. Onların hər biri ayrı-ayrı yerlərdə yaşayır və ayrı təsərrüfatdır. Bir sözlə, hər kəsin nəsli-kökü böyükdür. İnsan hər bir şəxsə necə nəzarət edə bilər ki və niyə nəzarət etməlidir ki?"

Son.az xəbər verir ki, bunu deputat Razi Nurullayev "TV Müsavat"a açıqlamasında qardaşı oğlunun Dubayda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib.

O bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər: "Onlar Rusiya vətəndaşlarıdır, övladları orada doğulub, böyüyüblər. Mən onların üzünü 3-5 ildən bir görürəm. Öz həyatı, öz işi, biznesləri var. Qardaşlarım bu pulları hansı zülmlərlə qazanıblar, Allah bilir. Onların biznesləri, pulları məni maraqlandırmır, marağımda deyil. Toyu olan qardaşım oğlu bu məclisi öz pulu ilə təşkil edib. Bizneslə məşğuldur, atasının puluna ehtiyacı yoxdur. Xanımının ailəsi də imkanlıdır. Mən də bunları bilmirdim, sonradan dedilər".

Millət vəkili qardaşı oğlunun toyunun təmtaraqlı keçirilməsindən də danışıb: "Toyda 50 nəfər iştirak edib. Bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak ediblər. O toyda məgər Cenifer Lopez və ya Teylor Svift gəlib oxuyurdu? Orada cəmi iki müğənni olub. Halbuki Azərbaycanda ən zəif toya 10 müğənni gətirilir. Bu toyda dəbdəbə haradadır? Bunu niyə şişirdib mənə bağlayırlar ki?! Hər kəsin qazancı özünündür. Hətta bu şəxs qardaşın olsa belə, onun pulunun sənə aidiyyəti yoxdur. Qarşılıqsız sevgini, pulu insana ancaq ata və anası verə bilər. Yenə də deyirəm ki, bu toy dəbdəbəli olmayıb. Saat 5-də başlayıb və axşam 10-un yarısı bitib. İndi Azərbaycan toylarına baxaq. Masaya qoyulan yeməklərin 80 faizi atılır. Mən həmişə buna qarşı çıxmışam. Şadlıq evlərində səs uducunun olmamasını demişəm və deyirəm də. Mən əgər gedib toy etsəm və bu toyda israfçılığa yol versəm, insanların məni qınamağa haqqı var. Amma mənim Rusiya vətəndaşı olan və orada yaşayan qardaşıma görə cavabdeh deyiləm. Qardaşıma ağıl vermək hüququm yoxdur və özümü ondan ağıllı hesab etmirəm. Mən biznes bacarsaydım, siyasətə də gəlməzdim və qulağım da sakit olardı. Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər. Bu onun öz işidir".

Məşhur türk aktyoru ilk dəfə cinsiyyətini dəyişməsindən DANIŞDI like
  • 08 Yan 11:50  
Şou-biznes Məşhur türk aktyoru ilk dəfə cinsiyyətini dəyişməsindən DANIŞDI

"Çukur" serialında Timsah Celil obrazı ilə tanınan aktyor Ahmet M

arrow Ətraflı
Rusiya tankeri ABŞ tərəfindən saxlanılıb  ANBAAN GÖRÜNTÜLƏRİ like
  • 08 Yan 11:48  
Dünya Rusiya tankeri ABŞ tərəfindən saxlanılıb ANBAAN GÖRÜNTÜLƏRİ

Yanvarın 7-də ABŞ-nin Rusiyaya məxsus "Marinera" tankerini saxlama

arrow Ətraflı
Norm Sement zavodunun istehsal gücü artırılıb  FOTO like
  • 08 Yan 11:35  
Digərləri Norm Sement zavodunun istehsal gücü artırılıb FOTO

"Norm" ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı güc

arrow Ətraflı
Bu ailələrə 600 manatadək sosial yardım veriləcək like
  • 08 Yan 11:25  
Digərləri Bu ailələrə 600 manatadək sosial yardım veriləcək

"Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata

arrow Ətraflı
Sabiq dövlət vergi müfəttişi 400 min manatlıq dələduzluqda təqsirləndirilir like
  • 08 Yan 10:56  
Digərləri Sabiq dövlət vergi müfəttişi 400 min manatlıq dələduzluqda təqsirləndirilir

Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında d�

arrow Ətraflı
Tramp Rusiyaya qarşı sərt sanksiyalar paketini təsdiqlədi like
  • 08 Yan 10:43  
Dünya Tramp Rusiyaya qarşı sərt sanksiyalar paketini təsdiqlədi

ABŞ prezidenti Donald Tramp artıq Moskvanı iqtisadi cəhətdən sarsıtmaq ü

arrow Ətraflı
Dövlət Məşğulluq Agentliyinin yeni sədri kimdir?  DOSYE like
  • 08 Yan 10:34  
Digərləri Dövlət Məşğulluq Agentliyinin yeni sədri kimdir? DOSYE

1 oktyabr 2024-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe

arrow Ətraflı
Bakıda torpaq ən çox bu rayonlarda bahalaşıb  SİYAHI like
  • 08 Yan 10:32  
Digərləri Bakıda torpaq ən çox bu rayonlarda bahalaşıb SİYAHI

Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində art

arrow Ətraflı
"Madurodan sonra o da devriləcək, az qalıb" like
  • 08 Yan 10:22  
Dünya "Madurodan sonra o da devriləcək, az qalıb"

ABŞ senatoru Rik Skott hesab edir ki, Vaşinqtonun Venesueladan neft ixracına

arrow Ətraflı
Məşğulluğun sədri dəyişdi  Yeni rəhbər Hasil Abbasov oldu like
  • 08 Yan 10:19  
Digərləri Məşğulluğun sədri dəyişdi Yeni rəhbər Hasil Abbasov oldu

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə yeni

arrow Ətraflı
"Rahidə Baxışovanın "ölüm xəbəri"ni yazdırdıq ki..." like
  • 08 Yan 10:15  
Şou-biznes "Rahidə Baxışovanın "ölüm xəbəri"ni yazdırdıq ki..."

Prodüser Pərviz Əfqan "Öz aramızda" verilişində müğənni Rahi

arrow Ətraflı
Partlayışda ölən SOCAR əməkdaşının like
  • 08 Yan 10:10  
Digərləri Partlayışda ölən SOCAR əməkdaşının

Xəbər verdiyimiz kimi, ötən gün Qazaxın Xanlıqlar kəndində "SOCAR

arrow Ətraflı
MDMdə rəhbərlik yeniləndi: Umeyra İbrahimova sədr oldu like
  • 08 Yan 10:03  
Digərləri MDMdə rəhbərlik yeniləndi: Umeyra İbrahimova sədr oldu

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasın

arrow Ətraflı