"Madurodan sonra o da devriləcək, az qalıb"
Dünya 08 Yan 2026 10:22:00 77 0
ABŞ senatoru Rik Skott hesab edir ki, Vaşinqtonun Venesueladan neft ixracına tətbiq etdiyi blokada kommunist Kuba rejiminə ciddi təzyiq göstərir və bu, Havana hökumətinin yaxın zamanda süqutuna gətirib çıxara bilər.
Son.az xarici mediaya istinadla xəbər verir ki, Skott "NewsNation" kanalında müsahibəsində bildirib ki, Kuba hökumətinin devrilməsi "bu il, ya da ən gec gələn il" baş verə bilər:
"Düşünürəm ki, bu mütləq baş verəcək. Maduro ilə bağlı da oxşar proqnozlar vermişdim, sadəcə bir az daha uzun çəkdi. Amma sonda demokratiya gələcək", - deyə senator vurğulayıb.
Onun sözlərinə görə, Kuba prezidenti Migel Dias-Kanelin rəhbərlik etdiyi rejim artıq çökmə mərhələsinə daxil olub.
"Bu, Diaz-Kanel və ümumilikdə Kastro rejiminin sonu olacaq. Biz artıq bu prosesin içindəyik", - deyə Skott Kubaya qarşı iqtisadi təzyiqlərin və hərbi risklərin artdığını qeyd edib.
ABŞ prezidenti Donald Tramp da son açıqlamalarında Kubanın "süquta hazır" vəziyyətdə olduğunu bildirib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə yeni
Prodüser Pərviz Əfqan "Öz aramızda" verilişində müğənni Rahi
Xəbər verdiyimiz kimi, ötən gün Qazaxın Xanlıqlar kəndində "SOCAR
Yanvarın 8-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbista
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasın
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop
ABŞ-nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Səyahət həvəskarları üçün maraqlı bir marşrut müəyyən edilib. Portu
Türkiyənin ən yaxşı universitetlərini müəyyən edən URAP (University Ra
Yumşaq biskviti və ipək kimi hamar kremi ilə klassikləşmiş bu şirniyyat
3-4 həftə ərzində müntəzəm və orta miqdarda tünd şokolad istehlakı qa
