Psixologiyaya görə tək sual ilə dəyərinizi ölçməyin yolu
Digərləri 30 Dek 2025 06:35:00 81 0
İnsanların sizə verdiyi dəyər, sizi öz həyatlarındakı "prioritetlər (üstünlüklər)" siyahısına hara qoymaları ilə birbaşa bağlıdır. Bu, sadəcə sözlərlə deyil, davranış və zaman ayırma forması ilə özünü büruzə verir.
Bu xəbəri də oxu: Yeni il, yeni yol Bu bürclərin taleyi dəyişəcək
Son.az xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi sual olduqca sadədir:
"Bu aralar sənin üçün ən vacib olan şeylər nələrdir?"
Bu sual qarşı tərəfi müdafiə olunmağa sövq etmədən, onun daxili dünyasını açmağa məcbur edir. Psixoloji baxımdan əhəmiyyətli olan məqam, bu suala verilən cavabda sizin yerinizin olub-olmamasıdır.
Psixoloqlara görə, dəyər görülüb-görülmədiyinizi anlamaq üçün bu detallara diqqət yetirməlisiniz:
Sizi birbaşa qeyd edirmi: Sizinlə keçirdiyi vaxtı və ya sizi ən vacibləri arasında sayırmı? Tərəddüd edirmi: Cavab verərkən duruxurmu, yoxsa təbii şəkildə sizi qeyd edir? Ümumi ifadələr işlədirmi: Sizi "işlər", "ailə" və ya "dostlar" kimi ümumi anlayışların içində itirirmi? Mövzunu tez dəyişirmi: Sualdan qaçmaq üçün başqa tərəfə yönəlirmi?Mütəxəssislər bildirir ki, "çox işim var", "bu aralar başım qarışıqdır" kimi ifadələr hər zaman mənfi məna daşımır. Lakin bu ifadələr mütəmadi təkrarlanırsa və həmin məşğuliyyət içində sizin üçün heç vaxt konkret yer açılmırsa, bu, psixoloji məsafənin göstəricisidir. Dəyər verilən insanlar, ən gərgin vaxtda belə prioritet olaraq qalırlar.
İnsan beyni dərindən önəm verdiyi şeyləri düşünmədən, avtomatik olaraq ilk sıralarda sadalayır. Zehnin ön plana çıxardığı bu ünsürlər insanın duyğusal iyerarxiyasını (hisslərin dərəcəsini) ortaya qoyur.
Yadda saxlamalı olduğunuz 4 əsas məqam:
Dəyər verilən insan net şəkildə anılır. Qeyri-müəyyən cavablar məsafəyə işarə edir. Davranışlar hər zaman sözlərdən daha vacibdir. Ardıcıllıq və tutarlılıq ən güclü sübutdur.Lalə Qüdrətova Son.az
Mütəxəssislər bildirirlər ki, 30 yaşdan sonra maddələr mübadiləsi yava
Nevrologiya Mütəxəssisi Dr. Elif Sarıönden Gencer stress, narahatlıq və q
Xərçənglə mübarizə sahəsində aparılan yeni elmi araşdırma diqqət ç�
ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə keçir
Xaricdə yeni həyat qurmaq arzusunda olanlar üçün gözlənilən siyahı aç�
Meyxanaçı Orxan Lökbatanlı xanımına açdığı mağazadan danışıb.
Maye sabun şüşələrinin göz qırpımında boşaldığını hiss etmisinizmi
Adi toyuq yumurtası təkcə əlçatan zülal mənbəyi deyil, eyni zamanda sağ
"Mən xoşbəxt sənətkar deyiləm. Çünki o boyda səs hər yerdə eşid
Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evl
Son.az 30 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Mətbəxdə istifadə edilən elektrikli çaydan (kettle) zamanla içərisində
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında "Bakı Ağ
