Leyla, Arzu və Alena Əliyevalar bayram şənliyində iştirak ediblər
Digərləri 29 Dek 2025 23:22:00 68 0
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq olub.
Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olunub.
Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bu il hazırlanan "Göyərçin" jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr olunan "Göyərçin" jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir. Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Şənlik zamanı "Göyərçin" jurnalından nağıl və şeirlər səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak ediblər.
Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla birgə rəqs edib, əyləniblər.
Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort üzərindəki şamları üfürüb.
Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş etdiriblər.
Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram hədiyyələri təqdim edilib. Bununla yanaşı, uşaqlara "Göyərçin" jurnalının xüsusi buraxılışı da hədiyyə olunub. Son.az
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında "Bakı Ağ
Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy tarixində dəy
1974-ci ildə vəfat etmiş Volf Messinq fevralın 26-dan bir gün əvvəl düny
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqta
İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitləri
"O qədər işimə bağlıyam ki, düşünürəm evlənsəm, sənətdən so
Ötən ay Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osm
Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xi
"Dekabrın 29-na keçən gecə Kiyev Rusiya Federasiyası Prezidentinin Nov
Şampan az spirtli içki sayılsa da, bəzi insanlar üçün ciddi sağlamlıq r
Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul ra
Xəbər verdiyimiz kimi, plastik cərrah Vüqar Ələkbərovun əməliyyat etdiy
Xalq artisti Faiq Ağayev doğum gününə özəl olaraq yeni nəğmə təqdim e
