Biraylıq icra başçısı olan Elxan İbrahimov kimdir?
Digərləri 29 Dek 2025 22:27:00 59 0
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu xəbəri də oxu: Türkiyədə İŞİDə qarşı əməliyyat 7 polis əməkdaşı yaralandı
Son.az qafqazinfo-ya istinadən ötən ay icra başçısı təyin edilən Elxan İbrahimovun dosyesini təqdim edir:
43 yaşlı sabiq icra başçısı 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
2025-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2006-cı ildə Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar "Holiday Inn Baku Airport" hoteldə, "Baker Tilly" audit şirkətində, "Embawood" şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var. Son.az
İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitləri
"O qədər işimə bağlıyam ki, düşünürəm evlənsəm, sənətdən so
Ötən ay Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osm
Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xi
"Dekabrın 29-na keçən gecə Kiyev Rusiya Federasiyası Prezidentinin Nov
Şampan az spirtli içki sayılsa da, bəzi insanlar üçün ciddi sağlamlıq r
Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul ra
Xəbər verdiyimiz kimi, plastik cərrah Vüqar Ələkbərovun əməliyyat etdiy
Xalq artisti Faiq Ağayev doğum gününə özəl olaraq yeni nəğmə təqdim e
Bakı Müasir Musiqi Cəmiyyəti Beynəlxalq Muğam Mərkəzində "Kiçik
Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
