Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırıldı
Siyasət 29 Dek 2025 15:09:00 74 0
Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb.
Bu xəbəri də oxu: İdman siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi olaraq qalır – Sevil Mikayılova
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda öz əksini tapıb.
Qanuna əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə Layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddəti 10 il olacaq.
Qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin "v" bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulur.
Qeyd edək ki, hazırda "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin "q" bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəy
Özbəkistanda məktəb direktorunun şagirdə məxsus mobil telefonla bağlı d
Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi
Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləş
"İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qa
Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adam
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı il üçün yaşay
Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatları üzrə aksiz
Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin g
Pop ulduz Röya Ayxanın açıqlamaları sosial şəbəkələrdə geniş maraq d
Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə sıfır dər�
"Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuş qeyri-formal mə
ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti nağdsız hesablaşmala
Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edil�
