Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
Digərləri 29 Dek 2025 14:21:00 83 0
Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılacaq.
Bu xəbəri də oxu: Tramp və Zelenski "MaraLaqo"da bir araya gəldi
Son.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən azad ediləcək.
Həmçinin, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi 2029-cı il yanvarın 1-dək ƏDV-dən azad ediləcək.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, sözügedən güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.
Pop ulduz Röya Ayxanın açıqlamaları sosial şəbəkələrdə geniş maraq d
Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə sıfır dər�
"Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuş qeyri-formal mə
ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti nağdsız hesablaşmala
Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edil�
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbl
Məşhur fransız münəccimi Nostradamusun 2026-cı illə bağlı proqnozları
Gəncədə "Megastore" mağazasına basqın edən Nicat Abdullayevin m
Vergi Məcəlləsinə edilən bir sıra dəyişiklikləri təsdiqlənib.
Bakı-Ələt-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hiss�
"2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqlənib.
Qızı tərəfindən yaşadığı evdə öldürülən məşhur türk müğənni
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis
